Tükənmə sindromu və xroniki yorğunluq: stress beyninizi necə yorur və Yüksəkdozalı Vitamin C niyə vacibdir?

Xroniki yorğunluq sindromu (Chronic Fatigue Syndrome – CFS) zamanı oksidativ stress əsas patofizioloji amillərdən biri hesab olunur.                                                                                                    

Xroniki yorğunluq sindromunda daha çox:

  • əzələ ağrıları 
  • fiziki zəiflik 
  • hərəkət məhdudiyyəti 
  • əzələ disfunksiyası daha qabarıq müşahidə olunur.




Tükənmə (Burnout) sindromunda isə:

  • yorğunluq 
  • halsızlıq 
  • iş qabiliyyətinin azalması 
  • stresə dözümlülüyün zəifləməsi kimi psixovegetativ əlamətlər ön plana çıxır.
Araşdırmalar göstərir ki, psixoloji stress orqanizmdə prooksidativ və iltihabi prosesləri gücləndirir (Hapuarachchi, Chalmers və b., 2003). Uzunmüddətli, xüsusilə iş mühitində olan stress tükənmə sindromunun əsas səbəblərindən biri hesab edilir.

Yüksəkdozalı Vitamin C və yorğunluq

141 sağlam ofis işçisi üzərində aparılmış ikiqat kor klinik tədqiqatda 10 qram venadaxili Yüksəkdozalı Vitamin C infuziyasının yorğunluğa təsiri öyrənilmişdir.
Nəticələr göstərmişdir ki:
  • infuziyadan 2 saat sonra yorğunluq əhəmiyyətli dərəcədə azalmışdır 
  • təsir təxminən 24 saat davam etmişdir 
  • oksidativ stress markerləri aşağı düşmüşdür 
Ən yaxşı nəticələr qanda Vitamin C səviyyəsi aşağı olan şəxslərdə müşahidə edilmişdir (Suh, Bae və b., 2012). Yüksəkdozalı Vitamin C-nin venadaxili istifadəsi onkoloji xəstələrdə də yorğunluğun azalmasına kömək edə bilər (Vollbracht, Schneider və b., 2011).

Oksidativ stress və risklər

Tədqiqatlar göstərir ki:
  • kəskin psixoloji stress oksidativ stress yaradır 
  • tükənmə sindromu olan şəxslərdə oksidativ stress markerləri yüksək olur 
  • ürək-damar xəstəlikləri və insult riski artır (Grossi, Perski və b., 2003; Toker, Shirom və b., 2005). Tükənmə və xroniki yorğunluq simptomlarının ağırlığı artdıqca oksidativ stress göstəriciləri də yüksəlir. (Richards, Roberts və b., 2000; Vecchiet, Cipollone və b., 2003).

Əzələlər və fiziki aktivlik

Xroniki yorğunluq sindromu olan şəxslərdə:
  • fiziki aktivlik azalır 
  • əzələ toxumasında oksidativ zədələnmə yaranır 
  • fiziki yüklənmə zamanı Yüksəkdozalı Vitamin C sərfiyyatı artır (Jammes, Steinberg və b., 2005).
Bu səbəbdən alimlər antioksidant terapiyanın, xüsusilə Yüksəkdozalı Vitamin C-nin istifadəsini perspektivli hesab edirlər.

Sinir sistemi və Yüksəkdozalı Vitamin C

  • Sinir hüceyrələri yüksək oksigen sərf etdiyi üçün oksidativ stresə qarşı daha güclü müdafiəyə ehtiyac duyur 
  • Sinir toxumasında Yüksəkdozalı Vitamin C konsentrasiyası yüksəkdir 
  • Psixi stress oksidativ və iltihabi prosesləri artırır 
  • Depressiya zamanı oksidativ stress və Yüksəkdozalı Vitamin C çatışmazlığı müşahidə olunur 
  • Oksidativ stress sinir hüceyrələrinə və neyrotransmitterlərə zədələyici təsir göstərir 
  • Yüksəkdozalı Vitamin C güclü neyroprotektiv təsirə malikdir 
  • Yüksəkdozalı Vitamin C stresə davamlılığı artırır və serotonin, dofamin kimi neyrotransmitterlərin yaranması üçün vacibdir 
  • Tükənmə və xroniki yorğunluq zamanı oksidativ stress simptomların ağırlığı ilə düz mütənasibdir 
  • Yüksəkdozalı Vitamin C-nin terapevtik effekti elmi və eksperimental tədqiqatlarla təsdiqlənmişdir 




 Enerji azalması, zehni yorğunluq və stress zamanı Yüksəkdozalı Vitamin C ilə antioksidant dəstək mühüm rol oynaya bilər.