Oksidativ Stressə Qarşı Güclü Dəstək: Yüksəkdozalı C Vitamini

Niyə məhz Yüksəkdozalı C vitamini? 

Kəskin və xroniki xəstəliklər zamanı orqanizmdə “oksidativ stress” adlanan zərərli proses artır. Bu zaman yaranan sərbəst radikallar hüceyrələrə, DNT-yə və toxumalara zərər verə bilər. Nəticədə iltihab güclənir, immun sistem zəifləyir və bir çox xroniki xəstəliklərin yaranması və ağırlaşması üçün şərait yaranır.




Müddəalar:
  1. Proqressiv iltihabi xəstəliklər çox zaman zəif antioksidant müdafiə və C vitamini çatışmazlığı ilə müşayiət olunur.
  2. Xroniki iltihabi və onkoloji xəstəliklərdə yalnız qidalanma və oral C vitamini ilə kifayət qədər askorbat səviyyəsinə çatmaq mümkün olmur.
  3. Araşdırmalar göstərir ki, iltihabəleyhinə təsir üçün fizioloji normadan 10–15 dəfə yüksək C vitamini konsentrasiyası tələb oluna bilər.
  4. Endotel funksiyasının qorunması üçün qanda C vitamininin daha yüksək səviyyədə (15-40 mq/dl) olması vacibdir.
  5. Oral qəbulun mənimsənilməsi məhdud olduğuna görə, terapevtik məqsədlə yüksəkdozalı C vitamini infuziyaları istifadə olunur.
  6. Yüksəkdozalı C vitamini infuziyaları həm kəskin, həm də uzunmüddətli müalicədə adətən yaxşı tolerə olunur.
  7. Eksperimental və klinik müşahidələr Yüksəkdozalı  Vit C- nin bəzi şiş toxumalarına toksik təsir göstərə biləcəyini göstərir.
  8. Adjuvant və palliativ terapiyada Yüksəkdozalı C vitamini həyat keyfiyyətinin yaxşılaşmasına kömək edə bilər
     ✔️ yorğunluq
     ✔️ ürəkbulanma
     ✔️ halsızlıq
     ✔️ yuxu pozuntuları
     ✔️ iştahasızlıq kimi simptomların azalmasına dəstək ola bilər.
  9. Postoperativ dövrdə Yüksəkdozalı C vitamini infuziyaları infeksiya riskinin azalmasına kömək edə bilər.
  10. Kimyaterapiya və radioterapiya zamanı əlavə dəstək kimi istifadə olunduqda bəzi yan təsirlərin daha yüngül keçməsinə dəstək ola bilər.
  11. Preklinik araşdırmalar göstərir ki, C vitamini bəzi kimyaterapiya preparatlarının təsirini gücləndirə bilər.

Xroniki xəstəliklərdə oksidativ stres, xroniki iltihab olduğu üçün Vit C – yə tələbat qat-qat artır.

Vitamin C – nin peroral qəbulu zamanı, orqanizm üçün lazım olan miqdarı əldə etmək qeyri-mümkündür, çünki onun bağırsaqdan sorulması olduqca məhduddur. Oral nə qədər çox Vit C qəbul olunsa da, bağırsaqdan az miqdar sorula bilir. Və bu Vit C- nin orqanizm üçün çox vacib olan funksiyalarını yerinə yetirməsinə imkan vermir. Məhz bu səbəblərdən həm kəskin, həm xroniki, həm bədxassəli xəstəliklərdə Yüksəkdozalı Vit C əvəzedilməz preparatdır.