Ürəkbulanma nədir, niyə baş verir?
Ürəkbulanma adətən qusmadan əvvəl baş verən, xoşagəlməz hiss ilə xarakterizə olunan mürəkkəb və subyektiv bir hissdir.
Ürəkbulanma müxtəlif səbəblərdən ola bilər, o cümlədən:
- Mədə-bağırsaq problemləri (qastrit, peptik xoralar, gastroesofageal refluks, bağırsağın iltihabi xəstəlikləri)
- İnfeksiyalar (viral qastroenterit, bakterial infeksiyalar)
- Bəzi dərmanlar və müalicələr
- Qida zəhərlənmələri
- Qurd invaziyası
- Emosional stress və depressiya
- Vestibulyar pozğunluqlar (Menyer xəstəliyi, xoşxassəli paroksismal vertigo)
- Nevroloji səbəblər (Migren, kəllədaxili təzyiq və beyin digər patologiyaları)
- Hamiləlik
👉 Diqqətinizi çəkə bilər: Zəhərlənmə Əlamətləri - İlkin Müdaxilə Necə Olmalıdır?
Ürəkbulanmanın növləri:
- Kəskin
- Xroniki
- Postoperativ (anesteziya və ya prosedur zamanı istifadə olunan dərmanlarla əlaqədar)
- Kimyaterapiya, şüaterapiya (xərçəng xəstəliklərində)
- Səhər bulantıları (çox vaxt hamiləlikdə)
Ürəkbulanma çox vaxt başgicəllənmə, mədə narahatlığı, ağız suyunun artması, soyuq tər, gəyirmə, qusma, həyəcan və narahatçılıqla birgə gedə bilir.
👉 Diqqətinizi çəkə bilər: Miqren Nədir? Miqren Əlamətləri, Səbəbləri və Müalicəsi
Ürəkbulanmanın Müalicəsi
Müalicə səbəbə görə aparılır. Qida zəhərlənmələrində xəstə təcili toksikologiya şöbəsinə göndərilir.Yüngül ürəkbulanmalarda zəncəfilli, nanəli çaydan istifadə, az-az, tez-tez qidalanma, lazımi maye qəbulu tövsiyə olunur.
İntegrativ Təbabətdə itirilmiş su balansını bərpa etmək və toksiki təsirləri aradan qaldırmaq üçün orqanizmdə drenaj- detoksikasiya tədbirləri görülür, vitamin-mineral disbalansı bərpa edilir.
Metamer-seqmentar, biopunktura ilə xüsusi pəncərələrdən mədəalt ıvəz, mədə, qaraciyər, öd kisəsinə təsir edərək pozulmuş funksiyalar bərpa olunur, vegetativ sinir sistemi tarazlaşdırılır, qidalanmada xüsusi pəhriz təklif edilir.