Diabet zamanı Yüksəkdozalı İnfuzion Vitamin C əks-göstəriş deyil!

Diabet və Vitamin C haqqında bilinən yanlış fikir

Uzun illərdir bir çox insan düşünür ki, yüksək dozada Vitamin C diabet xəstələri üçün təhlükəlidir. Hətta bəzi həkimlər arasında belə bu barədə tərəddüdlər var. Amma müasir araşdırmalar göstərir ki, venadaxili Vitamin C istifadəsi diabet zamanı prinsipial əks-göstəriş sayılmır. 

Diabet zamanı orqanizmdə nə baş verir?

Şəkərli diabet zamanı orqanizmdə oksidativ stres artır. Bu isə:
  • damarların zədələnməsinə, 
  • yorğunluğa, 
  • immun sistemin zəifləməsinə, 
  • yaraların gec sağalmasına, 
  • göz və ürək-damar problemlərinə səbəb ola bilir. 
Məhz buna görə diabet xəstələrinin antioksidantlara, xüsusilə də Vitamin C-yə ehtiyacı daha çox olur.




Vitamin C diabet xəstələrinə necə kömək edə bilər?

Vitamin C güclü antioksidantdır və orqanizmi sərbəst radikalların zərərindən qorumağa kömək edir. Araşdırmalara görə, o:
  • Hüceyrələri qoruyur 
  • İmmuniteti gücləndirir 
  • Damar sağlamlığını dəstəkləyir 
  • Yaraların sağalmasını sürətləndirir 
  • Yorğunluğu azaltmağa kömək edir 
  • İnsulin həssaslığını yaxşılaşdıra bilir 
  • Heksokinaza fermentini aktivləşdirərək , qlükozanın hüceyrədaxilinə keçməsini yaxşılaşdırır ki, qanda şəkərin azalmasına kömək edir.
 

Diabet xəstələrində Vitamin C niyə az olur?

Mütəxəssislər bildirirlər ki, diabet xəstələrinin qanında Vitamin C səviyyəsi çox vaxt aşağı olur. Bunun səbəbi:
  • yüksək şəkərin Vitamin C-ni daha tez tükətməsi, 
  • böyrəklər vasitəsilə daha çox xaric olunması, 
  • oksidativ stresin artmasıdır. 
Bu səbəbdən diabet xəstələri tez-tez halsızlıq, enerji azlığı və gec sağalan yaralarla qarşılaşırlar.
 

Hansı hallarda xüsusilə faydalı ola bilər?

Venadaxili Vitamin C infuziyaları xüsusilə:
  • Ayaq yaralarında 
  • Xroniki iltihablarda 
  • Diş əti problemlərində 
  • İmplant sonrası gec sağalmada 
  • Tez-tez infeksiya keçirən insanlarda 
faydalı dəstək kimi istifadə oluna bilər. 


 

Vacib məqam: 

Yüksək dozada Vitamin C infuziyasından sonra  qlükometrlər qan şəkərini yüksək göstərə bilər. Bu onunla əlaqədardır ki,qlükozanın quruluşu Vitamin C- nin quruluşu ilə eynidir,  qlikometr bunları fərqləndirə bilmir və səhvən yüksək nəticə alınır.
Bu səbəbdən infuziyadan sonrakı ilk saatlarda ölçülən nəticələrə ehtiyatla yanaşmaq lazımdır. 
Diabet zamanı venadaxili Vitamin C istifadəsi əks-göstəriş deyil. Əksinə, düzgün nəzarət və həkim məsləhəti ilə istifadə edildikdə orqanizmə ciddi dəstək ola bilər. Əsas məsələ istifadənin düzgün planlanması və şəkər göstəricilərinin doğru qiymətləndirilməsidir.