Son Günlər Hamı Niyə Xəstələnir? — Viruslardan Qorunmağın Vacib Yolları

Viruslar sərhəd tanımır...

Bu, tənəffüs sistemində xəstəlik yaradan viruslara da aiddir. Son günlər əhali arasında yuxarı tənəffüs yollarının virus infeksiyalarına yoluxma hallarının artması və sağalma müddətinin uzanması müşahidə olunur. Bu isə insanlarda yeni bir virusun yayılması ilə bağlı narahatlıq yaradır.

Səyahətlər, sıx təmas, mövsüm dəyişiklikləri və kollektiv mühitlər virusların sürətlə yayılmasına səbəb olur. Bu viruslara qrip, koronaviruslar, RSV və digər respirator viruslar daxildir.


Əksər hallarda xəstəlik yüngül keçir. Lakin bəzi insanlarda ağırlaşmalar inkişaf edə bilər. Xüsusilə yaşlılar, xroniki xəstəliyi olanlar, uşaqlar və immun sistemi zəif şəxslərdə pnevmoniya, bronxit, nəfəs darlığı, ürək-damar problemləri və uzunmüddətli halsızlıq müşahidə oluna bilər.

🛡️ Qorunmanın ən təsirli yolları:

• gigiyena qaydalarına əməl etmək
• əlləri tez-tez yumaq
• xəstə insanlarla yaxın təmasdan çəkinmək
• xəstə olduqda istirahət etmək
• immun sistemini güclü saxlamaq

Unutmayaq ki, immunitet “bir gündə güclənən” sistem deyil. Orqanizmin sağlam həyat tərzi ilə davamlı şəkildə dəstəklənməsi viruslara qarşı ən düzgün daxili müdafiədir.


Bunun üçün vacibdir:

✔️ kifayət qədər yuxu
✔️ balanslı qidalanma
✔️ zülal, vitamin və minerallarla zəngin qidalar
✔️ kifayət qədər su qəbulu
✔️ fiziki aktivlik
✔️ stressin azaldılması

Vitamin C, D və sink immun sisteminin normal fəaliyyətinə dəstək verə bilər.
💉 Viruslardan qorunmada yüksək dozalı infuzion Vitamin C-nin mühüm rolu var. Çünki virusla mübarizədə iştirak edən immun hüceyrələrinin Vitamin C-yə tələbatı artır. Orqanizmdə kifayət qədər Vitamin C olmadıqda, immun hüceyrələri viruslara qarşı müdafiə mexanizmlərini tam formalaşdıra bilmir.

Yalnız yüksək dozalı infuzion Vitamin C — Pascorbin 7.5 g / 50 ml — immun hüceyrələrinin bu yüksək tələbatını ödəməyə kömək edir.

✨ Yüksək dozalı Vitamin C:

• viruslardan qorunmağa
• xəstəliyin daha yüngül keçməsinə
• ağırlaşmaların qarşısının alınmasına dəstək ola bilər

📌 Engystol:

1 tablet gündə 3 dəfə dilaltı qəbul edilir.