Həkim qəbuluna yazıl

Canlı çat

Doğru Diş Fırçasını Seçmək üçün 8 Önəmli Məsləhət

Doğru diş fırçası necə seçilməlidir?


İdeal diş fırçası ən azı üç sıralı, orta yumşaqlıqda və yuvarlaq neylon tüklərdən ibarət olmalıdır. Kiçik başlı fırçalarla daha rahat və daha detallı fırçalamaq mümkündür. Fırçanızdakı tüklər paralelliyini itirdikdə dəyişdirilməlidir. Bu da təxminən üç ay edir.  Əgər tüklər paralelliyini bir aydan tez itirirsə, bu o deməkdir ki, siz dişlərinizi çox sərt fırçalayırsınız. Diş dırçaları elə saxlanmalıdır ki, həm tez qurusun, həm də bir-biri ilə təmas etməsin. Onu da qeyd edək ki, ən azı 2 fırçanız olmalıdır. Neylon diş fırçaları tam olaraq bir günə quruyur.  Hər gün eyni fırçadan istifadə etsəniz fırça tam qurumayacaq və vəzifəsini yerinə yetirmək üçün çox yumşaq olacaq..  Diş fırçaları ümumiyyətlə rütubətli və isti mühitlərdə saxlandığı üçün bakteriya və virusların yaranması  və çoxalması üçün çox uyğun mühit əmələ gəlir.  Qrip virusunun olduğu yerdə dişlərinizi fırçaladığınız zaman isə xəstılik törədici virus sizə yoluxur.





Asit (turşu) tərkibli içkilər (portağal suyu, limon, bəzi şəkərli qazlı içkilər və s.) içdikdən sonra otuz dəqiqə ərzində dişlərinizi fırçalamayın və ya dişlərinizi fırçaladıqdan sonra otuz dəqiqə ərzində asitli içkilərdən uzaq durun.  Asitli içkilər tüpürcəyin PH balansını pozur və dişlərdə əmələ gələn qoruyucu təbəqəni əridir. Daha sonra dişlərinizi fırçaladığınız zaman qoruyucu təbəqə dişlərinizdən tamamilə çıxır və dişlərin səthi az miqdar da olsa aşınır.

Diş fırçaları hamımıza məlum olan və mağazalarda gördüyümüz bazarda ümumi bilinən bu tip fırça variantları ilə məhdudlaşmır. Buna görə də sizin üçün ən uyğun fırçaya diş həkiminizlə birlikdə qərar versəniz daha yaxşı olar. Bundan başqa bir neçə fərqli fırçadan istifadə etdikdən sonra xəstələr özlərinə daha uyğun olanı seçə bilərlər. 

Fırçasının bucaqlı olub-olmaması və sapın bucaqlı olub-olmaması istifadəçinin şəxsi seçim məsələsidir. Unutmayaq ki, fırça seçərkən fırçanın ucunun ölçüsü çox önəmlidir. Pasiyentlərin diş ətinin dərinliyi və fırçanı həmin nahiyədə hərəkət etdirə bilməsi çox vacib məsələdir. Buna görə də çox böyük başlıqlı fırçalar istifadə zamanı problemlər yarada bilər. Mümkün mərtəbə daha kiçik başlıqlı fırçalar faydalı ola bilər. Diş həkimləri tərəfindən daha çox arxa hissələrə asanlıqla çata bilən fırçalar seçmək tövsiyə olunur.

Dişlərinizi və diş ətlərini təmizləmək üçün ən yaxşı diş fırçaları yumşaq, yuvarlaq və ya cilalanmış tükləri olanlardır. Sıx və ya sərt diş fırçaları diş ətinizə zərər verə bilər. Fırçanın ölçüsü və forması elə olmalıdır ki, hər dişə çata bilsin. Uşaqlar və böyüklər üçün müxtəlif ölçülü diş fırçaları eləcə də müxtəlif tüklərdən hazırlanmış diş fırçaları mövcuddur. Unutmayaq ki, bu fırçanın yalnız tüklərinin ucları təmizliyi edir. Ona görə də fırçanı var güc ilə basmağa ehtiyac yoxdur. Unutmayaq ki, xaricə əyilən tüklər diş fırçanızı dəyişdirməyin vaxtının keçdiyini göstərir.

Uşaqlara diş fırçası alarkən nəyə fikir verilməlidir?


Uşaqların dişlərinin fırçalanmağa başlanması üçün ən ideal zaman dilimi iki yaş yarım - üç yaş arasıdır. Ancaq bu mərhələdə vacib olan dişlərin fırçalanmasından çox bu vərdişi onlara sevdirmək və qazandırmaqdır.  İlkin mərhələdə onların marağını çəkmək üçün rəngli və fərqli dadları olan diş məcunlarından istifadə oluna bilər. Uşaqlar bu prosesi oyun kimi qəbul etdikləri üçün yalnız görünən hissələri fırçalayarlar. Bu səbəbdən ən yaxşısı ana və atanın uşağı müşayiət etməsi və ona dişlərini fırçalamağı öyrətməsidir. Əvvəla uşaqların dişləri və diş ətləri böyüklərdən çox daha həssas olduğu üçün istifadə edilən məhsul da bu həssas quruluşa uyğun olmalıdır. İkinci olaraq uşağın ağız ölçüsünə uyğun yumşaq tükləri olan fırçalar alınmalıdır. Sərt fırçanın tükləri dişləri aşındıracağı üçün istifadə üçün uyğun deyil. Ümumi olaraq uşaqların səhər yeməyindən sonra və gecə yatmazdan əvvəl üç dəqiqə dişlərini fırçalamasını təmin etmək kifayətdir.

Böyüklər diş fırçası seçərkən nələrə diqqət etməlidirlər?

 
Böyüklər isə diş fırçaları seçərkən həkimlər tərəfindən təstiq olunmuş və məsləhət görülən ağız və diş quruluşuna uyğun gələn müxtəlif markalı diş fırçalarını almaq vacibdir. Bundan başqa gündə bir dəfə diş ipi ilə bu fırçanın çata bilmədiyi yerləri təmizləmək də dişlərin sağlamlığı üçün önəmlidir. Həmçinin mütəmadi olaraq qarqara etmək yaxşı nəfəs almağa kömək edir. Fırça nə çox sərt, nə də çox yumşaq olmalıdır. Ancaq şəxsin diş ətləri çox həssas və ya xəstədirsə, yumşaq tüklü fırçalar seçmək daha yaxşı olar. Fırçanın tüklərinin qalınlığı və forması kimi fırça sapının da qalınlığı önəmlidir. Belə ki, fırça seçərkən çox nazik tutacaqlı fırçalar yerinə müəyyən qalınlıqda və yumşaqlıqda olan fırçalara  üstünlük verilməlidir. Bu sayədə dişlər fırçalanarkən daha rahat hərəkət etmək mümkün olacaq. Bundan əlavə bazarda yeni olan dil təmizləmə xüsusiyyətlərinə malik fırçalar da bizim üçün ideal ola bilər. Ağız və diş sağlamlığı üçün təkcə dişlərimizi deyil diş ətlərimizi və dilimizi də fırçalamalıyıq. Əsasən də diş əti və ağız içi problemləri olanlar yanaq təmizləmə funksiyasına malik diş fırçalarından istifadə etməlidirlər. Təbii ki, diş fırçası ilə yanaşı, diş pastası da çox vacibdir. Əgər mümkündürsə, flüorlu  və həkimimizin tövsiyə etdiyi diş pastalarını seçməniz tövsiyə olunur.
 
 

Elektrikli diş fırçaları zərərlidirmi?


Dişləri fırçalayan zaman bərk basmanın nəticəsi olaraq diş ətlərində qızartılar və hətta qanamalar meydana gələ bilər. Son zamanlarda isə doğru başlıq taxılaraq istifadə olunan enerji ilə işləyən diş fırçalarının hər hansı bir zərəri müşahidə olunmayıb. Belə ki, istifadəsi digərlərinə görə daha rahat olan elektrikli diş fırçaları dişlərə zərər vermirlər. Bu fırçalar əl manevrləri zəif olanlar üçün istifadədə avantaj yaradır. Ümumilikdə isə həm əl ilə istifadə olunan, həm də elektrikli fırçaların hər ikisinin də məqsədi eynidir.
 Ancaq bir daha qeyd edək ki, normal diş fırçalarından daha təsirli nəticə verən elektrikli diş fırçaları ərp əmələ gəlməsini aradan qaldırır. Diş ətinə zərər verməyən və diş əti xəstəliklərini minimuma endirən elektrikli diş fırçaları araşdırmalara görə adi diş fırçalarına nisbətən diş ətinə zərər vermir və diş ətinin qanamasına səbəb olmur. Elektrikli diş fırçaları daha kiçik və yuvarlaq olduğundan ağızda daha rahat hərəkət edir və dərin təmizlik edir. Mütəxəssislər elektrikli diş fırçalarının bakteriya və ərp əmələ gəlməsinə qarşı daha təsirli olduğunu bildirirlər.

Diş fırçası alan zaman nələrə üstünlük verilməlidir?

  • İlk növbədə fırça ağzımızın bütün hissələrinə çata bilməlidir.
  • Rahat tutuş təmin etməli və ağız quruluşuna uyğun dizayn edilməlidir. 
  • İstifadə olunan diş fırçaları mütəmadi olaraq üç aydan bir dəyişdirilməlidir. 
  • Hər marka diş fırçası fərqli xüsusiyyətlərə malikdir və bu diş fırçaları ölçü, forma, tüklərin düzülüşü və tüklərin sərtliyinə görə dəyişir. 
  • Dişlərə zərər verməmək üçün orta və ya yumşaq fırça seçmək lazımdır.
  • Yumşaq tükləri olan diş fırçaları daha çevikdir və diş ətinin kənarından bir qədər aşağıya çata bilir. Bu fırçanın tüklərinin dişlər arasındakı bölgənin daxili hissələrinə çatmasına imkan verir.
  • Əlil, əllərini hərəkət etdirə bilməyən və ya əl hərəkəti zəif olan və parkinson xəstəliyi olan insanlara elektrikli diş fırçalarından istifadə etmək tövsiyə olunur.
  • Ortodontik müalicəsi həm uşaqlarda, həm də böyüklərdə geniş istifadə olunur. Dişlərində breket olanlar daha yaxşı təmizlik üçün ortası çökək tüklərdən ibarət olan  dərə kimi fırçalara üstünlük verə bilərlər.
 
 

Diş fırçası nə zaman dəyişdirilməlidir?


Hər şeydə olduğu kimi diş fırçasının da müəyyən zamana qədər ömrü var. Təmizlik və gigiyena üçün diş fırçasının mütəmadi olaraq dəyişdirilməsi ən vacib nüanslardan biridir. Mütəxəssislərə görə diş fırçaları üç aydan bir yenisi ilə əvəz olunmalıdır.
Ancaq bu müddət  fırçanın daşıdığı üstünlüklərə görə azalıb arta bilər. Məsələn, fırçada əyriliklər, deformasiyalar, aşınmalar, rəngində dəyişikliklər varsa, bu hal fırçanın dəyişmə vaxtının gəldiyindən xəbər verir. Bəzı fırçalar isə istehsal olunma formalarına görə korlanmazlar. Ancaq mikorb yaratmağa meyilli hala gəldiyi üçün onların da ən az üç aydan bir dəyişilməsi tövsiyə olunur.