Bəyaz dişlər təmizlik, özünə inam və estetik görünüş baxımından gündəlik həyatda əhəmiyyətli yer tutur. Ancaq fizioloji səbəblərə əlavə olaraq siqaret, antibiotik istifadəsi, qəhvə və çay tükətilməsi kimi daxili və xarici səbəblərdən ağ dişlər rəngi tündləşə bilər. Dişlərdəki bu rəng dəyişmələri ofis və ya evdə edilən müxtəlif diş ağardıcı üsullarla ağardıla bilər. Əgər dişlərə lazımı bəyazlatma prosesi tətbiq edilibsə, uzun müddət dişlər ləkəsiz qala bilər. Ancaq unutmayaq ki, dişlərin ağardılması ilə bağlı mütəxəssisə müraciət etmək və fərdi müalicə üsullarını tətbiq etmək vacib olandır.
Bəyaz təbəssüm hər kəsin arzusudur! Bəzilərinin öz dişləri sarı rəngdədir. Bəzi insanlar isə dişlərə ləkə salan qidaları həddən artıq tükətdikləri üçün dişlərdə saralmalar müşahidə olunur. Dişlərin müntəzəm olaraq fırçalanmasına baxmayaraq dişlərin saralmasının qarşısını almaq olmur. Özünə inama dərindən təsir edən bu vəziyyət qarşısında nə etmək lazımdır?
Bəzi dişlərdə anadangəlmə və ya sonradan qazanılmış vərdişlərə görə rəng dəyişikliyi olur. Gündəlik tükətilən qida və içkilər (çay, qəhvə, meyvə suyu, şərab) və ya siqaret də dişlərin təbii bəyazlığına kölgə salır.
Dişlərin ağardılması nədir?
Bu, dişlərin səthində məsaməli mina və dentin strukturunda əmələ gələn rəngli üzvi və qeyri-üzvi maddələrin diş bəyazlaşdırıcı gellərlə təmizlənməsi prosesidir. Sözügedən proses daxili və ya xarici səbəblərdən dişlərin rəngi dəyişdikdə tətbiq olunur.
İdeal diş bəyazlığına sahib olmaq heç də əlçatmaz deyil!
İdeal diş ağlığına sahib olmaq əslində çətin deyil. Dişlərinizdəki rəng dəyişmələri dişlərin bəyazladılması (bleaching) ilə aradan qaldırıla bilər və daha bəyaz dişlərə sahib ola bilərsiniz. Bu, diş daşının təmizlənməsi prosesindən xeyli fərqlidir. Ağartma prosesi zamanı dişin özünün rəng tonu 2-3 qat açıla bilər. Həmçinin ağartma prosesi həkim tərəfindən ofis mühitində tətbiq edilə və ya xəstənin evdə tətbiq edə biləcəyi evdə ağardıcı olaraq dişə verilən şəffaf lövhə sayəsində daha az miqdarda ağardıcı maddə olan gellərlə tətbiq oluna bilər.
Qeyd edək ki, ağardıcı diş pastası, ağız qarqarası kimi məhsullar da var. Lakin bu məhsulların həkim nəzarəti altındakı ağartma prosesi ilə müqayisədə təsiri çox aşağıdır. Həmin məhsulları dişlər həkim nəzarətində ağardıldıqdan sonra həkim məsləhəti ilə istifadə edilməsi daha doğru seçim olardı.
Dişlərin ağardılmasının hansı yolları var?
Dişlərin ağardılması üsulları istifadə edilən texnikaya və tətbiq sahələrinə görə dəyişir.
Dişlərin evdə bəyazladılması
Bu zaman ağzın içindən ölçülər alınır və şəxs üçün uyğun ağardıcı lövhə hazırlanır. Hazırlanmış bu lövhəyə müəyyən miqdarda diş ağardıcı gel vurulur. Bu qabın gün ərzində orta hesabla 4-6 saat istifadə olunacaq formada on- on beş gün və ya gecə yuxusundan öncə səkkiz- on gün müddətində istifadə olunan bir müalicə üsuludur.
Ofis tipli diş bəyazlatma (Dişlərin klinika şəraitində ağardılması)
Bu üsul "lazerlə ağartma üsulu" olaraq da bilinir və klinikada həkim tərəfindən tətbiq edilir. Tətbiq müddəti digər üsullardan daha qısadır. Diş həkimi tərəfindən dişlərə tətbiq olunan ağardıcı gel UV şüaları və ya lazerin köməyi ilə aktivləşdirilir, ağartma prosesi təxminən bir saat çəkir.
Qarışıq diş bəyazlatma (Dişlərin ev+ofis üsulu ilə ağardılması)
Bu üsulda dişlərin ağardılması evdə və ofis mühitində eyni vaxtda tətbiq edilir. Ağartma prosesi klinikada tətbiq olunduqdan sonra 2-3 gün də evdə davam etdirilərək dəstəklənir.
Tək dişin ağardılması bəyazlatma (Daxili ağardıcı)
Bu prosedur kanal müalicəsindən sonra rəngi dəyişən dişlərə tətbiq edilir. Dişdəki plomb çıxarılır, açılan yerə ağardıcı gel çəkilir. Daha sonra isə müvəqqəti plomb ilə diş bağlanır. İstədiyiniz rəng əldə olunana qədər seanslar 3 günlük fasilələrlə təkrarlanır.
Hansı diş ağartma üsulu daha uyğundur?
Dişlərin bəyazladılması ilə maraqlanan pasiyentlərin ən çox verdiyi suallardan biri də hansı tip ağartma üsulunun daha uyğun olmasıdır. Diş rənginin ağa yaxın və bir neçə çalar daha açıq olması arzu edilirsə, yalnız lazer və ya ev ağardıcısı kifayət ola bilər. Ancaq siqaret, qəhvə və ya çay səbəbiylə dişlərdə çoxlu rəng dəyişikliyi varsa, kombinə diş ağardıcı üsul daha təsirli olur. Hər kəsin dişinə uyğun diş ağardıcı üsula qərar vermək üçün həkim müayinəsi vacibdir.
Dişləri ağartmağın zərərləri nələrdir?
Pasiyentlər tərəfindən ən çox verilən digər sual isə bunun zərərli olub-olmamasıdır. Ağardıcı üsullar dişlərdə bəzi həssaslığa səbəb ola bilər. Bu həssaslıq havaya, çox isti və ya soyuq yeməklərə və içkilərə qarşı ola bilər. Bu hal normal və gözlənilən yan təsirdir. Prosedurdan sonra dişlərin həssaslığı ümumiyyətlə 24-48 saat ərzində yox olur. Gözlənilməz bir vəziyyət yarandıqda isə həkimə müraciət etmək lazımdır. Diş həkimi nəzarəti altında edilən ağartma dişlərə zərər vermir.
Dişlərin ağarması prosesi nə qədər çəkir?
Dişlərin ağarması insandan insana dəyişir. Orta ağartma müddəti 2-3 həftədir. Antibiotik istifadəsi nəticəsində yaranan boz rəngi ağartmaq daha çətindir və nəticə əldə etmək daha uzun vaxt tələb edə bilər.
Ağardılan dişlərin qalıcılığı nə qədər müddətdir?
Dişləri ağartdıqdan sonra rəng zamanla solmağa başlayır. Bu müddət xəstənin rəngli mayelərdən (çay, kofe, şərab, kola və s.) və siqaretdən istifadə etməsindən asılı olaraq dəyişir. Doğru qulluq edilərsə, dişlərin bəyazlığı altı aydan bir ilə qədər davam edə bilər. Əgər bu proses altı ayda bir və ya iki seans tətbiq edilərsə də dişlərdəki bəyazlıq uzun müddət qala bilər. Unutmayaq ki, ağartmadan və ondan sonrakı iki gün ərzində çay, qəhvə, şərab, kola və tütün məmulatları kimi rəngli mayelərdən qəti şəkildə uzaq durmaq lazımdır.
Dişlərin rənginin fərqli olmasının səbəbləri nələrdir?
Diş rənginin insandan insana fərqli olmasının müxtəlif səbəbləri var. Dişlərin rənglənməsinə səbəb daxili və ya xarici amillər ola bilər.
Bunlara aşağıdakılar aiddir:
- Fizioloji rəng dəyişmələri
- Dişlərin siniri çıxarıldıqda
- Amalgam plombundan sonra yaranan rəng dəyişmələri
- Hamiləlik və uşaqlıq dövründə antibiotik istifadəsi nəticəsində yaranan rəng dəyişmələri
- Kanal müalicəsi nəticəsində dişin daxili rənginin dəyişməsi
- Tez-tez qəhvə, çay, siqaretin tükədilməsi nəticəsində yaranan rəng dəyişmələri
- Travma nəticəsində dişin içindəki canlı toxumanın canlılığını itirməsi nəticəsində yaranan rəng dəyişimləri və s.
Ev tipli diş bəyazlatmada nələrə diqqət edilməlidir?
Bazarda müxtəlif diş ağardıcı məhsullar satılır. Evdə dişlərin bəyazladılmasında diqqət yetirilməli olan məqam tövsiyə ediləndən çox həcmdə gel tətbiq edilməməsidir. Əks halda lövhənin içindən axan gel diş ətlərini qıcıqlandıracaq. Əgər belə bir vəziyyət baş verərsə, diş ətləri dərhal yuyulmalı və diş həkimi ilə əlaqə saxlanmalıdır.
Dişlərin ağardılması üçün yaş həddi varmı?
Pasiyentlərin ən çox verdiyi üçüncü sual isə dişlərin ağardılma yaşıdır. Bu prosedur on səkkiz yaşından yuxarı hər kəsə tətbiq oluna bilər. Ağardılma hər zaman tətbiq edilə bilərmi? - deyə soruşanlara isə onu demək istərdik ki, prosedurun tətbiq edilməsi pasiyentin hal-hazırkı vəziyyəti ilə bağlıdır. Məsələn, bu proseduru hamilə qadınlara tətbiq etmək tövsiyə edilmir.
Təbii və ya təbii olmayan alternativ yollarla dişlərin ağardılması risklidirmi?
Axtarış zamanı qarşınıza qida sodası ilə, zərdəçal ilə, kokos yağı ilə, çiyələk ilə, alüminium folqa ilə, limonla, alma sirkəsi ilə, qoz qabığı ilə dişlərin bəyazladılması və s. kimi türkəçarələrlə qarşılaşa bilərsiniz. Ancaq bu tip maddələrin ağardılma prosesində heç bir faydası yoxdur. Hətta dişlərinizə geri dönüşü olmayan ciddi zərərlər verə bilərlər.
Əgər siz də dişlərinizin bəyazlığından məmnun deyilsinizsə, sağlam və gözqamaşdıran dişlərə sahib olmaq üçün bizə müraciət edin.