Diş əti xəstəlikləri nələrdir, necə müalicə olunur?
Bu xəstəlik diş və ağız sağlamlığına pis təsir edən problemlərdən biridir. Əsasən də ağız boşluğunun gigiyenası, yanlış qidalanma vərdişləri, zərərli vərdişlər və bəzi xəstəliklər diş ətinin struktrunun pozulmasına, diş itkisinin yaranmasına qədər gətirib çıxarır.
Diş əti nədir?
Diş əti (gingiva) birləşdirici toxumadır. Diş əti alt və üst çənə sümüklərinin yuxarı hissələrini və dişlərin ətrafındakı toxumaları əhatə edir. Ümumiyyətlə diş əti dişləri və ətrafdakı ağız toxumalarını xarici faktorlardan qoruyur. Gingiva dişləri dəstəkləyərək ağız sağlamlığında mühüm rol oynayır. Bundan başqa qidaların üyüdülməsində dişlərə kömək edir. Sağlam diş ətinin rəngi qanla yaxşı qidalandığı üçün açıq çəhrayı rəngdə olur.
Ağızdakı epitel toxumaya isə selikli qişa deyilir. Diş ətinin selikli qişası dişlərin ətrafını əhatə edərək qida qalıqlarının anatomik nahiyələrə keçməsinin qarşısını alır. Ancaq həm ağız boşluğunda olan fərqli-fərqli mikroorqanizmlər və kimyəvi maddələr, həm də bədəndə yaranan bəzi sağlamlıq problemlərinin təsiri ilə diş ətinin sağlam quruluşu pozularaq zədələnir. Bu zaman diş əti yuxarıda sadaladığımız vəzifəsini yerinə yetirə bilmir. Nəticədə isə həm diş ətinin selikli qişasına, həm də dişlərin quruluşuna təsir edən fərqli ağız sağlamlığı problemləri yaranır.
Araşdırmalara görə diş əti problemlərinin müxtəlif xəstəliklərin yaranmasında böyük rolu var. Əsasən də diabet, ürək xəstəlikləri, insult və ağciyər xəstəlikləri, hamilə qadınlarda isə erkən doğum problemlərinə qədər gətirib çıxara bilir. Bütün bu səbəbləri nəzərə alaraq bu problemi düzgün diaqnoz etmək və müalicə etmək vacibdir.
Diş əti xəstəlikləri necə əmələ gəlir?
Sözügedən xəstəlik dişlərin ətrafındakı dəstəkləyici toxumalar sementə, periodontal birləşdirici toxumaya və çənə sümüklərinə təsir edə və diş ətini birbaşa zədələyə bilər. Sağlam insanlarda dişlər, kənardan görünənin əksinə, diş ətinin dərinliklərinə qədər uzanır və çənə sümükləri ilə birləşir. Bu mənada diş ilə diş əti arasına qida artıqları girir və zaman keçdikcə ağıziçi mikroorqanizmlər bu qalıqlarda çoxalaraq ətraf toxumalarda iltihaba səbəb ola bilir.
Ağız gigiyenasına düzgün əməl edilmədikdə qidalara aid artıqlar diş və diş əti üzərində yığılaraq mikroorqanizmlər tərəfindən diş daşı deyilən təbəqələrə çevrilir. Diş daşı əmələ gəldiyi toxumalarda iltihaba və müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Diş və ətraf toxumaların iltihablaşması nəticəsində periodontit və ya gingivit inkişaf edə bilər.
Diş əti iltihabı - Gingivit
Gingivit haqda danışmadan öncə yaxşı olar ki, gingiva nədir sualına cavab verək. Gingiva - diş əti, alveol sümüyünü və diş köklərini əhatə edən çəhrayı selikli qişadır. Gingivit isə diş ətində görülən xəstəliyin adıdır.
Gingivitli xəstələrdə diş əti zədələnir, qızarır və şişir. Gingivit çox yayılan diş əti xəstəliyi olsa da, pasiyentlər bu xəstəlikdən çox əziyyət çəkmirlər. Amma bu xəstəliyə ciddi yanaşmaq lazımdır. Çünki bu, başqa bir çox ciddi xəstəliklərə və hətta dişlərin itirilməsinə də gətirib çıxara bilir.
Diş əti xəstəliklərini yaradan başqa faktorlar hansılardır?
Sözügedən xəstəliyi yaradan bir sıra kənar amillər də var. Bu amillər aşağıdakılardır:
- Diş kariyesinin inkişaf etmiş mərhələsində çürüməyə gətirib çıxaran infeksiyalar diş əti iltihabı yarada bilər.
- Siqaret və alkoqol kimi zərərli vərdişlər diş ətlərini zədələyə bilir.
- Hamiləlik dövründə olan hormonal dəyişikliklər diş ətinin quruluşuna təsir edib xarici amillərə qarşı həssaslığını artıra bilir.
- Standartlardan aşağı səviyyədə düzəldilmiş plomb, qapaq və ya körpü diş ətlərini sıxdığı üçün sözügedən xəstəlikləri meydana gələ bilər.
- Bəzi genetik sindromlarda da bu problemi tez-tez müşahidə etmək mümkündür.
- Bəzi doğuşanəzarət dərmanları, steroidlər, bəzi qan təzyiqi dərmanları və ya kimyaterapiya dərmanları da diş ətinə zərər verə bilir.
- İİV/QİÇS kimi immunitet sistemində pozulmalara gətirib çıxaran xəstəliklər zamanı da diş ətlərində infeksiyalar yarana bilər.
Bu problemə səbəb olan digər faktor isə genetik amildir. Əgər ailənizdə diş ətinin xəstəlikləri yaşayan başqa fərdlər varsa, gec olmadan diş həkimin müayinəsinə getməyi tövsiyə edirik.
Diş əti şişməsi nədir?
Diş ətinin forması pozularaq ölçüsünün böyüməsi, şişkinlik, qızartı, ödemli bir görüntünün olması diş əti şişməsi kimi qeyd edilir. Ödemli diş əti xarici amillərin təsiri ilə zədələnməyə meyilli olub hətta ən ağır infeksiyaların inkişafına yol açır. Diş ətinin şişməsi müalicə olunmadığı təqdirdə dişlərin sıralanmasını pozaraq ağız sağlamlığına neqativ təsir edir.
Diş əti xəstəliklərinin əlamətləri nələrdir?
Diş ətlərində problemləri, toxumalardakı xəstəliklərin dərəcəsindən və əlaqəli xəstəliklərin şiddətindən asılı olaraq müxtəlif kliniki əlamətlərlə təzahür edə bilər:
- Diş ətində şişkinlik, qızartı, həssaslıq;
- Tez-tez diş ətində müşahidə olunan qanamalar;
- Diş ətinin geri çəkilməsi;
- İsti, soyuq və ya qida məhsullarına qarşı həssaslıq;
- Dişlərin boşalması və ya dişlərin itirilməsi;
- Çeynəmə zamanı dişlərdə ağrı;
- Diş gigiyenasına nə qədər riayət olunsa da getməyən ağız qoxusu;
- Diş ilə diş əti arasına iltihablı mayenin yığılması;
- Dişləmə zamanı alt və üst çənənin tam olaraq üst-üstə düşməməsi (malokluziya);
- Diş protezlərinin tam olaraq oturmaması və s.
Diş əti xəstəlikləri zamanı hansı tədbirlər görülməlidir?
Diş ətinin sağlam olması üçün ən önəmli addım - ağız gigiyenasına düzgün əməl edilmədir. Bu baxımdan xəstəliyin müalicəsi zamanı ilk addım - diş və diş əti çevrəsindəki zərərli toxumalar təmizlənməlidir.
Ümumilikdə, bu problemin müalicə üsullarını 3 hissəyə ayırmaq olar:
Dərin təmizlik
Dərin təmizlik zamanı diş həkimi müxtəlif alətlərlə qida qalıqları, diş ərpi, diş daşları və s. kimi diş ətinə zərər verən maddələri təmizləyir.Dərmanla müalicə
Dərmanla müalicə zamanı diş həkimi tərəfindən pasiyentə ağız içindəki mikroorqanizmlərin yox edilməsi və ağız gigiyenasına dəstək üçün müxtəlif antiseptik ağız qarqara məhlulları, diş və diş ətində olan infeksiyaları müalicə etmək üçün antibiotiklər təyin edir.
Cərrahi müdaxilə
Diş ətinə cərrahi müdaxilə adətən diş ətində və ya çənə sümüklərində ağır səviyyədə zədələr yarandığı zaman tətbiq olunur. Belə ki, flap əməliyyatı deyilən bir əməliyyatla diş ətləri qaldırılır, diş ilə sümük toxumaları arasında meydana gələn ərp və infeksiya mənbələri çıxarılır və mikroorqanizmlərin yenidən inkişaf etmə ehtimalı olan anatomik hissələr müalicə edilir. Əməliyyatdan sonra isə diş əti yerinə tikilir və sağalma müddəti nəzarətə götürülür.
İnteqrativ təbabət
İnteqrativ təbabətdə diş əti xəstəliklərinə, digər sistemli iltihabi proseslər kimi, yanaşma kompleksli və fərdidir. Pasientlər detoksikasiyaedici, iltihabəleyhinə, immunmoduləedici terapiya alır; yəni müalicə nəticəyə deyil, xəstəliyin səbəbinə yönəlidir.
Diş əti xəstəliklərinin uşaq yaşlarında başlanması və erkən müdaxilənin əhəmiyyəti
Uşaq yaşlarında diş əti xəstəliklərinin başlanması düşündüyünüzdən daha yayğındır və bu vəziyyət gələcəkdə ciddi stomatoloji problemlərə səbəb ola bilər. Zəif ağız gigiyenası, şəkərlə zəngin qidalanma və genetik meyllər uşaqlarda diş əti şişməsi və qanama kimi əlamətlərlə özünü göstərə bilər. Valideynlərin bu simptomları vaxtında müşahidə etməsi və tədbir görməsi uşağın diş sağlamlığının qorunmasında kritik rol oynayır.
Uşaq diş həkiminin müntəzəm müayinələri, düzgün fırçalama texnikalarının öyrədilməsi və yaşa uyğun diş ipi istifadəsi bu xəstəliklərin qarşısını almağa kömək edir. Uşaqlarda diş əti xəstəliklərinin erkən aşkarlanması və müalicəsi yalnız diş itkisini deyil, həm də gələcəkdə formalaşa biləcək ortodontik problemlərin qarşısını almaqda faydalıdır.
Diş əti xəstəliklərinin qarşısını almaq mümkündürmü?
Bu xəstəliklərə adətən yanlış ağız gigiyenasından yarandığı üçün xəstəliklərin təkrarlanmaması və ya qarşısının alınması üçün ilk addımları bu yöndə atmaq daha doğrudur. Bu baxımdan aşağıdakı təklifləri həyata keçirərək problemin qarşısını ala bilərsiniz:
- Dişlər, diş ətləri, dil kimi ağız boşluğu orqanları düzgün texnika, uyğun diş fırçası və diş məcunu ilə gündə ən az iki dəfə müntəzəm olaraq fırçalanmalıdır.
- Dişlərin arasında qalan qida qalıqlarını təmizləmək üçün hər gün diş ipindən istifadə olunmalıdır.
- Balanslı və sağlam qidalanma vərdişlərinə yiyələnmək lazımdır.
- Siqaret və alkoqol kimi zərərli alışqanlıqlardan imtina edilməlidir.
- Hər altı aydan bir müntəzəm olaraq diş həkiminin müayinəsinə gedilməlidir.
Əgər sizin də diş əti probleminiz varsa, bu hal xəstəliklərlə nəticələnmədən işinin peşəkarı olan diş mütəxəssisində müayinədən keçin.
Diş əti xəstəlikləri ilə bağlı tez-tez verilən suallar
Diş çirk edərsə nə etməli?
Diş çirk edərsə nə etməli sualının cavabı ağız gigiyenasına əməl etmək və dərhal diş həkiminə müraciət etməkdir, çünki bu vəziyyət diş əti xəstəliklərinin başlanğıcı ola bilər.
Diş əti iltihabının müalicəsi necə aparılır?
Diş əti iltihabının müalicəsi üçün diş daşlarının təmizlənməsi, antiseptik qarqaraların istifadəsi və bəzi hallarda antibiotiklərlə dəstək verilməsi lazım ola bilər.
Damaq müalicəsi üçün dərman varmı?
Damaq müalicəsi üçün dərman adətən iltihabı və ağrını azaltmaq üçün istifadə edilir, lakin düzgün müalicə üçün diş həkimi tərəfindən qiymətləndirilmək vacibdir.
Damaqda irin müalicəsi necə aparılmalıdır?
Damaqda irin müalicəsi zamanı iltihab mənbəyinin aradan qaldırılması, antibakterial müalicə və bəzən də cərrahi müdaxilə tələb oluna bilər.
Damaq üçün qarqara necə seçilməlidir?
Damaq üçün qarqara seçərkən antiseptik təsirli və ağız selikli qişasını qıcıqlandırmayan məhsullar üstünlük təşkil etməlidir.
Damaq ağrısı üçün dərman nədir?
Damaq ağrısı üçün dərman olaraq yerli keyidici jellər və ya iltihabəleyhinə preparatlar istifadə edilir, amma dəqiq səbəbin müəyyən olunması üçün həkimə müraciət edilməlidir.
Dişin şişməsi zamanı nə etməli?
Dişin şişməsi zamanı nə etməli deyə düşünürsünüzsə, ilk addım olaraq soyuq kompres tətbiq edin və ən qısa zamanda mütəxəssisə müraciət edin.
Uşaqlarda diş əti şişməsi təhlükəlidirmi?
Uşaqlarda diş əti şişməsi diş çıxarma prosesindən qaynaqlana bilər, amma infeksiya riski olduğuna görə həkim müayinəsi vacibdir.
Damaq ağrısı üçün nə etməli?
Damaq ağrısı üçün nə etməli sualının cavabı ağız boşluğunun təmiz saxlanılması, iltihabəleyhinə preparatların istifadəsi və həkim məsləhəti almaqdır.
Diş çirkin müalicəsi necə aparılır?
Diş çirkin müalicəsi üçün diş daşları və ərplər təmizlənir, iltihab varsa antibiotik terapiyası aparılır və ağız gigiyenası qaydalarına əməl edilir.
Diş şişməsinə qarşı hansı tədbirlər görülə bilər?
Diş şişməsinə qarşı antiseptik qarqara, iltihabəleyhinə dərmanlar və lazımi hallarda cərrahi müdaxilə tətbiq oluna bilər.
Diş iltihabının müalicəsi zamanı hansı üsullar istifadə olunur?
Diş iltihabının müalicəsi zamanı dişin içində və ətrafında toplanan irin təmizlənir, infeksiyanın yayılmasının qarşısını almaq üçün dərman müalicəsi aparılır.