Diş daşı nədir və yaranma səbəbləri nələrdir?
Diş daşı diş səthində yığılan və təmizlənməməsi nəticəsində daşa çevrilən ərpdir. Diş səthini örtən ərpdə qida maddələri və bakteriyalar var. Müntəzəm olaraq fırçalama ilə diş səthindən ərp çıxarılmalıdır. Əks halda ərp diş daşlarına çevrilir. Bu hal diş və diş ətinin sağlamlığına mənfi təsir göstərə bilər. Həmçinin təmizlənməyən bu tip daş diş ətinin çəkilməsinə də gətirib çıxarda bilər. Bu da dişlərin boşalması və itirilməsi ilə nəticələnir. Onun təmizlənməsi prosesi həkim müayinəsindən sonra verilən qərar əsasında baş verir."Diş daşı nədir?", "Diş daşı nə üçün əmələ gəlir?", "Dişlərin təmizlənməsi lazımdırmı?" Bu kimi sualların cavabını və diş daşları ilə bağlı daha ətraflı məlumatı məqalənin qalan hissəsində tapa bilərsiniz.

Diş daşı nədir
Diş daşları diş ərpi və tüpürcəkdə olan mineralların zamanla daş kimi sərt bir maddəyə çevrilməsidir. O əsasən diş səthinin diş əti ilə birləşdiyi xəttin altında yaranır. Daxilində qida qalıqları və mikroorqanizmləri saxlayan diş lövhəsi mütəmadi olaraq təmizlənməlidir. Diş fırçası, diş ipi və ağız qarqarası diş ərpinin getməsinə kömək edir. Bu ərp təmizlənmədikdə dişdə yararnan daşa çevrilə bilir. Xüsusilə ağız baxımının gigiyenasına əhəmiyyət verməyən insanlarda bu hal daha çox rast gəlinir. Bu hal dişlərini düzgün fırçalamayan və diş əti sərhəddini təmizləməyən insanlarda da müşahidə olunur.Diş daşı nə üçün yaranır?
Tüpürcəyinizdəki minerallar ağız boşluğuna daxil olan qidalarla birlikdə diş səthində toplanır. Yığılan ərp dişlərə yapışqanlıq hissi verir. Diş ərpi müntəzəm olaraq ağız gigiyenası ilə təmizlənməsə, sərtləşməyə başlayır. Sərtləşmənin miqdarı artdıqca bu tip daşlar əmələ gəlir. Adətən açıq rəngdə və sarımtıl görünür. Onun üzərində yığılan qida və içkilər onun rənginin qaralmasına səbəb olur.Diş daşı müalicə olunmalıdırmı?
Bu tip daşların miqdarı və ətraf toxumalara verdiyi zərəri müəyyən olunduqdan sonra onların təmizlənməsi prosesi başlanılır. Onu fırçalamaq və ya diş ipi ilə təmizləmək mümkün deyil. Təmizləmə prosesi həkimlər tərəfindən və xüsusi vasitələrlə edilir. Diş həkimləri və periodontoloqların istifadə etdiyi kretuar adlanan qarmaqşəkilli əl alətləri ilə diş daşları tək-tək təmizlənə bilər. Bundan əlavə, vibrasiya və su ilə işləyən cihazlarla da dişlərin daha sürətli təmizlənməsi mümkündür.Əgər bu tip daş təmizlənməzsə, o, dişlərin dibində yığılmağa davam edəcək. Bu da diş ətinin çəkilməsi, dişlərin sallanması, gingivit (diş əti iltihabı), periodontit (irəliləmiş diş əti iltihabı) və dişlərin itirilməsi kimi mənfi hallara səbəb ola bilər. O eyni zamanda diş səthini tamamilə örtə bilmə potensialındadır. Bundan başqa diş daşları ağız qoxusuna səbəb olan bakteriyaların yığılmasını artıraraq ağız gigiyenasını da poza bilir. Diş daşları əvvəlcə ağ və ya krem rəngində olur. Lakin daşlar diş ətinin altında uzun müddət yığılmağa davam etdiyi üçün rəngini qəhvəyidən qaraya dəyişməyə başlayır. Eyni zamanda diş ətinin və diş kənarlarının da tünd görünməsi səbəbiylə dişlərin estetik görünüşü korlanır. Bundan əlavə çox həcmdə diş daşları yığılan dişlərin təmizlənməsi də çətinləşə bilir. Qida qalıqları diş daşının kobud səthinə yapışdığı üçün onları fırça ilə çıxartmaq da olduqca mürəkkəbləşir.
Diş daşının yaranmasının qarşısını necə almaq olar?
Onun əmələ gəlməsinin qarşısını almaq həmişə mümkün olmaya bilər. Bəzi insanların tüpürcəklərindəki mineralların quruluşu və miqdarına görə bu tip daşlar əmələ gəlməsi qaçınılmaz olur. Ancaq yığılmanı azaltmaq üçün bəzi addımları atmaq mümkündür. İlk növbədə diş ərpinin yaranmasına səbəb olan amilləri aradan qaldırmaq lazımdır.Onun əmələ gəlməsinin qarşısını almaq üçün aşağıdakı məqamları nəzərə almaq tövsiyə olunur:
- Dişləri gündə iki dəfə ən az iki dəqiqə fırçalamaq
- Hər kəs üçün xüsusi olan ölçüdə və sərtlikdə diş fırçasından istifadə etmək
- Elektrikli diş fırçaları və ağız irriqatorlarından istifadə etmək
- Dişlər arasında yığılan ərpi təmizləmək üçün müntəzəm olaraq diş ipindən istifadə etmək
- Diş minasını bərpa etməyə kömək edən flüorlu diş pastalarından istifadə etmək
- Şəkərli və asidli qidalardan mümkün qədər uzaq durmaq
- Yeməkdən sonra dişləri fırçalamaq, bu mümkün olmadıqda isə ağzı su ilə yaxalamaq
- Siqaret və tütün məmulatlarının istifadəsindən çəkinmək
- Mütəmadi olaraq diş həkiminə baş çəkmək
Dişlərin təmizlənməsi nədir?
Dişlərin təmizlənməsi diş həkimləri tərəfindən diş daşlarının təmizlənməsi üçün həyata keçirilən bir prosedurdur. Bu proses klinika şəraitində həyata keçirilməlidir. Qarmaqlı alətlərin köməyi ilə diş səthində, diş əti səviyyəsində və diş ətinin altında yığılmış daşlar çıxarılmalıdır. Beləliklə, prosedurun sonunda dişlər və diş ətləri əvvəlki sağlam quruluşunu bərpa edə bilər. Dişlərin təmizlənməsi prosesi zamanı çay, qəhvə, siqaret və s. kimi faktorlara görə dişlərdə yığılan qaramtıl ləkələr də çıxarıla bilər.Diş daşlarının təmizlənməsi kimlərə edilə bilər?
Müxtəlif səbəblərdən dişlərində ləkələr və ya diş daşları olan insanlarda onların təmizlənməsi aparılır. Dişlərinizi fırçalamaq, diş ipindən istifadə etmək və ya qarqara istifadə etmək diş daşlarının təmizlənməsində təsirli deyil. Bu səbəbdən diş daşlarının təmizlənməsi evdə öz üzərinizdə edilə biləcək bir prosedur deyil.Altı ayda bir müntəzəm olaraq diş həkimi müayinəsinə gedən insanlara dişlərin vəziyyəti ilə bağlı məlumat verilir. Lazım gələrsə, diş əti xəstəliyi (periodontologiya) mütəxəssisi və ya diş həkimi tərəfindən diş daşlarının təmizlənməsi prosesi həyata keçirilir. Bunun sayəsində də ömür boyu sağlam ağız gigiyenasına sahib olmaq mümkün olur. Bu tip daşın səbəb olduğu diş ətinin qanaması, diş əti ağrısı və diş ətinin şişməsi kimi problemlər də varsa, onlardan da azad olmaq mümkündür. Ən vacibi isə ağız qoxusundan əziyyət çəkən insanlar da bu problemlemdən azad ola bilərlər.
Diş daşı necə təmizlənir?
Adətən ağzından xoşagəlməz qoxu gələn və ya diş daşlarının nəticəsi olaraq dişlərində qaralma müşahidə edilən pasiyentlər diş həkiminə üz tuturlar. Diş daşlarının təmizlənməsi diş həkimləri tərəfindən diş klinikalarında həyata keçirilən prosesedurdur. Bu prosedur ağrılı olmadığı üçün heç bir keydicidən istifadə olunmur. Lakin diş ətində şişlik, qızartı və ağrı olan insanlar bu prosedur zamanı istifadə edilən cihazlardan gələn su və vibrasiya səbəbindən həssaslıq hiss edə bilərlər. Belə hallarda ağrı hiss edilən nahiyələrin anesteziyaya ehtiyacı ola bilər. Xüsusi alətlərin köməyi ilə diş səthindən daşlar qısa müddətdə təmizlənir. Əgər pasiyentin dişlərində diş daşlarının həcmi çoxdursa, onu tamamilə təmizlənməsi üçün bir neçə seans proses təkrarlana bilər.Diş daşları təmizləndikdən sonra dişlərin təkrarən daş toplamaması üçün hansı tədbirlər görülməlidir?
Təmizləndikdən sonra diş baxımı aparılmazsa, yenidən ərp və daş əmələ gələ bilər. Təmizlənmə prosedurundan sonra həkiminizin tövsiyə etdiyi ağız baxımı vasitələrindən istifadə etməli və ağız gigiyenası qaydalarına əməl etməlisiniz.Diş daşları təmizləndikdən sonra aşağıda sadalananları nəzərə almaq lazımdır:
- Həkimin uyğun gördüyü müddət qədər yemək və içməkdən çəkinmək
- Həmin mərhələdə yumşaq tüklü diş fırçasından istifadə etmək
- Günlük tətbiq etdilən normal ağız gigiyenasını davam etdirmək
- Həddindən artıq soyuq və ya isti qidaları tükətməmək
- Bu dövrdə hiss edilən həsasslığın normal olduğunu bilmək
- Müayinə üçün mütəmadi olaraq həkim müayinəsinə getmək
Dişlərin daşlardan təmizlənməsi zərərlidirmi?
Dişləri daşlardan təmizləmək zərərli bir prosedur deyil. Lazım gəldikdə ağız sağlamlığı üçün faydalı bir prosesdir. Dişlərin təmizlənməsində istifadə edilən əl alətləri və ultrasəs cihazları diş minasını cızmadan diş daşlarını təmizlədiyi üçün dişlərə zərər vermir. Ən vacibi isə diş daşlarının təmizlənməsi öz sahəsində mütəxəssis olan diş həkimləri tərəfindən klinik mühitdə tətbiq edildikdə heç bir neqativ halla qarşılaşmayacaqsınız.
Digər məqalələrimizə nəzər yetirin: