Həkim qəbuluna yazıl

Canlı çat

Breket Seçərkən Nəyə Diqqət Edim? Ağıza Zərəri var?

Breket nədir?


Əgər dişlər arasında boşluq, əyrilik, çənələrdə problemlər varsa, breket tətbiq olunmalıdır. Əsasən dişlərdə əyrilik müşahidə olunursa, mütləq breket müalicəsinə başlanılmalıdır. Çünki dişlərdəki əyriliklər müalicə olunmasa çənədə deformasiyalara səbəb ola bilər. Diş telinin ağızda qalma müddəti problemə uyğun olaraq 18 ilə 24 ay arasında dəyişir. Breketlərin yerləşdirilməsinə ortodont tərəfindən müayinənin nəticəsi olaraq mövcud problemə uyğun qərar verilir.

Breketlər haqqında nələri bilməliyik?


Əyri dişlərlə yaşamağa məcbur deyilsiniz! Texnologiyanın inkişafı ilə breketlərin də yeni versiyaları yaradılıb. Onların sayəsində artıq əyri dişlər tamamilə düzələ bilər. Hər kəsin eşitdiyi səhv məlumatın əksinə artıq böyüklərdə də breket tətbiq etmək və uğurlu nəticə almaq mümkündür. Diş breketləri sadəcə uşaqlara qoyulmur. Eyni zamanda böyüklərə də taxılan diş breketlər ilə əyri dişlərin düzəlməsi mümkündür. Dişlərə qoyulan özəl breketlər sayəsində əyri dişlər ən uyğun formada müalicə olunur. Diş teli müalicəsində ən vacib nüans dişlərin gigiyenasına olduqca diqqətli və məsuliyyətli yanaşılmadır. Breketlər hər hansı çürümə ilə nəticələnmədiyi kimi eyni zamanda dişlərdə ləkə və ya iz buraxmır. Breket müalicəsi bitdikdən sonra dişlərin əvvəlki əyri vəziyyətinə qayıtması çox nadir müaşidə olunur. Əsasən bərkitmə prosesi tətbiq olunmayan dişlərin əvvəlki vəziyyətinə qayıtması nadir olsa da müşahidə olunandır. Breketlərin qoyulması zamanı bərkitmə prosesi olduqca vacibdir. Bərkitmə müalicəsində dişlərin daxili hissəsinə xüsusi olaraq hazırlanmış tellər yapışdırılmalıdır. Ən vacib nüanslardan biri də müalicə dövründə pasiyentin mütəmadi olaraq müayinə olunmasıdır. 

Bu müalicə əsnasında istifadə olunan tellər olduqca incədir. Ona görə də pasiyentə və ya dişlərə əsla zərər vermir və şəxsi narahat etmir. Aşırı dərəcədə öndə və ya arxada olan dişlərə, diş əksikliyi və ya diş artıqlığı zamanı, əyri, boşluq olan və ya diş ətindən çıxması çətin olan dişlərə breket tətbiq etmək olduqca vacibdir.  

Breketlərin yerləşdirilmə üsulları nələrdir?


Breketlərin tətbiq olunmasından öncə dişlərdə kariyesin olub-olmaması müəyyən edilir, əgər çürük varsa, təmizlənir. Bəzi dişlər çəkilməlidirsə, çəkilir. Bu proseslərdən sonra ağıza ellips formasında material taxılır. Daha sonra breket qoyulur və yapışdırma prosesi ilə yekunlaşdırılır. Ən sonda isə breketin yerindən tərpənmə hallarının qarşısnı almaq üçün rezinlər taxılır. Breketlər taxıldıqdan sonra ağızda yad cism varmış kimi hiss yarana bilər. Qeyd edək ki, bu hiss uyğunlaşma dövrü ilə əlaqəlidir  və müvəqqətidir. 
 

Breketlərin hansı növləri var?


Diş breketləri müasir texnologiya ilə bir çox növə bölünür. Hər çeşidin də fərqli xüsusiyyətləri var. Təbii ki, bu mənada mütəxəssis həkimin tövsiyələri çox əhəmiyyətli olsa da, burada ən əhəmiyyətli detal xəstə-həkim əlaqəsinin olmasıdır. Breketlərin dörd cür növü mövcuddur. Bu növlər ağızda və ya çənədə struktur pozğunluqlarına əsaslanır. Breketlər dişin quruluşuna görə hazırlansa da ən vacib nüans xəstənin özünü rahat hiss etməsi və özgüvənli olmasıdır. Bunları nəzərə alaraq müasir tibbdə müxtəlif növ breketlərin istehsalını müşahidə edirik. 

Bu növlər aşağıdakılardır:
  • Metal breketlər
  • Keramika şəffaf breketlər
  • Linqual breketlər
  • Telsiz ortodontiya

Breketlər əsasən əyri dişlərin düzəlməsi üçün istifadə olunan müalicə növüdür. Breketlər həmçinin diş telləri və tellərə bərkidilən məftillərdən ibarətdir. Bu məftillər breketlərə güc tətbiq etdikcə dişlərin doğru düzümü ideal vəziyyətə çatır. Dişlərin çıxmadığı, dişlərin ayrıldığı və ya qırıldığı hallarda da breket tətbiqinə üstünlük verilir. Müalicə zamanı dişlər hərəkətlilik qazanmağa başladığı üçün ağrılar hiss edilə bilər. Bunun üçün həkim məsləhəti ilə ağrıkəsicilər bədənə qəbul olunur. Onu da qeyd edək ki, müalicə zamanı bərk qidalar yeyilməməlidir. Bir şeyi dişləyərək yemək həm çətindir, həm də tövsiyə edilmir. Breket müalicəsi zamanı ağız içində yaralar da meydana gələ bilər. Buna səbəb naqillərin ağızla təmasda olması və batmasıdır.

Breketlərin çox estetik göründüyünü söyləmək olmaz. Məsələn, linqual ortodontik tipli breketlər dişlərin içərisinə yerləşdirilir. Bu breketlər daha çox yetkin pasiyent qrupları üçün tövsiyə olunur.  Ağızda görünməmə kimi üstünlüyü olduğu üçün adətən pasiyentlər ona üstünlük verirlər. Müalicə prosesində breketlər önə deyil, arxaya, dilə yaxın yerə qoyulur. Şəffaf lövhələr naqilsiz ortodontiya kimi də tanınır. Dişlərə taxılaraq çıxarıla bilən bu tip breketlər 2 həftəlik istifadə modelləri olaraq mütəxəssis həkim tərəfindən sizə verilir. Son illərdə ən çox seçilən bu model dişlərə yapışdırıla bilən və tamamilə görünməyən breket kimi tanınır. Ancaq bu breketlərə öyrəşmə prosesi bir az çətin gedir. 
Keramika breketlər də daha az görünən və daha estetik görünəndir. Lakin onu müahafizə etmək daha çətindir. 
 
Qeyd edək ki, ən çox istifadə edilən və üstünlük verilən növ metal breketlərdir. Pasiyetlərin ən çox seçdiyi metal breketlər digərlərinə nisbətən istifadəsi asan və daha dözümlüdür. Bu breketlər pasiyentin dişlərinin daxili və xarici hissəsinə yerləşdirilir. İlk zamanlar bu breketlərə alışmaq çətin olur, hətta xəstənin günlük həyat tərzinə belə təsir edir. Ancaq zamanla breketlər dişlərə oturur. Bir dəfə dişin üzərinə oturduqda 2-3 il ilişib qalır, təəssüf ki, bu metal breketlərin estetik baxımdan xoş göründüyünü söyləmək olmaz. Daha sonra isə müalicə müddəti və dişlərin yerinə gəlməzi prosesi gözlənilir. 

Breketlərin qiymətləri hansı xüsusiyyətlərə görə təyin olunur?


Estetik və gözəl diş görünüşünə sahib olmaq istəyənlər bir müddət breketlərdən istifadə etməlidir. Zamanla təsir edən breketlər dişlərinizin quruluşunu və əyriliyini qısa müddətdə aradan qaldırır. Xüsusilə uşaqlar üçün olan breketlər qısa müddətdə öz təsirini göstərir. Yaş artdıqca isə breketlərin təsir göstərmə müddəti də artır. Ona görə də breketlərin qiymətlərini təyin edərkən bir sıra amillər nəzərə alınır. 

Breketlərin qiymətinə təsir edən amillərdən bir neçəsini aşağıda qeyd edirik:

  • Müalicə müddəti
  • Dişlərdəki əyriliklərin miqdarı
  • Breketlərin hazırlanmasında istifadə olunan materialın növü
  • Breketlərdə istifadə olunan materialın keyfiyyəti
  • Pasiyentin yaşı və s.

Breketlərin qiymətləri tellərin strukturundan asılı olaraq da dəyişir. Bundan əlavə, breketlərin estetik görünüşünə təsir edə bilən və ya təsir etməyən xüsusiyyətləri olduğu üçün də qiymətlər fərqli olur. Ən keyfiyyətli breketlərə sahib olmaq və əyri dişlərdən xilas olmaq istəyənlər üçün biz sizə ən ideal qiymətlərlə breketlər təklif edirik. Odur ki, breketlərin xüsusiyyətləri, növləri və qiymətləri haqqında daha ətraflı məlumat almaq üçün eyni zamanda keyfiyyətli breketlərin qoyulması üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
 

Breketlərin hansı mərhələləri var?


Bir çox insanın ən çox verdiyi sual breketlərin qoyulma və sonrakı mərhələlərinin necə olacağı barədədir. Breketlərin əsas məqsədinin nə olduğu hamıya məlumdur. Ancaq bu məqalədə yenə də bilməyənlər üçün ətraflı məlumat vermək istərdik. Breketlər ağızdakı zədələnmiş diş quruluşunu düzəldən və mirvari kimi dişlərə sahib olmanızı təmin edən əhəmiyyətli bir ortodontik prosedurdur. İnsan əvvəlcə estetik baxımdan düşünsə də, bu əslində diş sağlamlığı üçün çox əhəmiyyətli bir haldır. Həm estetik cəhətdən, həm də dişlərin daha sağlam olması üçün breketlərin qoyulması çox vacib nüansdır. Ancaq bir çox insan bu mərhələnin uzun və ağrılı olduğunu düşünür. Qeyd edək ki, sağlam gülüşə və estetik dişlərə sahib olmaq üçün, xüsusilə fiziki sağlamlığımız üçün bu prosesi səbrlə keçməliyik.  

Hansı breketi seçməli olduğunuz necə təyin olunur?


Bir çox breket növləri olsa da, burada ən vacib detal mütəxəssisin sizin üçün təyin edəcəyi breket növüdür. Bunun üçün də bizə müraciət edərək bütün sizi maraqlandıran suallarınıza cavab tapa və mükəmməl düzlükdə dişlərə sahib ola bilərsiniz. 
 

Digər məqalələrimizə nəzər yetirin: