Həkim qəbuluna yazıl

Canlı çat

Keramika Laminat Vinir Dişlər Saralır? Mütəxəssis Rəyini Oxu

Keramika Laminat Vinir Dişlər Saralır? Mütəxəssis Rəyini Oxu

"Lamina" latınca yarpaq deməkdir. Dişlərin yalnız ön səthlərinin kəsilmədən 0,3-0,7 mm incəlməsi ilə tətbiq edilən və sağlam diş toxumasının minimal itkisinə səbəb olan bir texnikadır.  Bu da incəlmiş nahiyəyə keramika diş laminatlarının yapışdırılması ilə nəticələnir.
Keramika laminat vinir ən çox yayılmış estetik diş tətbiqlərindən biridir. Yarpaq keramika və laminat qapaq kimi tanınan bu müalicədə dişlərdəki deformasiyalar aradan qaldırılır. Qırılan dişlər müalicə edilərək bu problemlər aradan qaldırır, estetik və funksional pozğunluqlar düzəldilir. Keramika diş dizaynları hər kəsə xüsusi olaraq hazırlanır və dişlərin ön səthlərinə tətbiq olunur. Dişlərdə heç bir aşınmaya səbəb olmur. Diş toxuması ilə mükəmməl harmoniya yaratmağa imkan verən bu yüksək dəqiqlikli strukturlar nazik,işıq keçirici təbəqə şəklindədir. Görünüşünə görə təbii dişlərə çox yaxın olan keramika qapaqlar çox dözümlüdür və nazik quruluşuna baxmayaraq asanlıqla qırılmır. Sağlam diş toxumasının həddindən artıq itkisinə səbəb olmayan bu üsul son dərəcə təhlükəsizdir və heç bir əks təsiri yoxdur.

Laminat vinirlər ümumiyyətlə ön dişlərə tətbiq olunan çox nazik keramikalardır. Keramika laminat vinir dişlərin yalnız ön səthindən minimum material çıxarılaraq dişlərə yapışdırılan keramika örtüklərdir. Bu çox nazik yarpaq şəkilli örtüklər xüsusi olaraq istədiyiniz rəngdə, ölçüdə və formada hazırlanır və dişin ön səthinə yapışdırılır. Bu üsulda dişdən çox az mina toxuması çıxarılır.Bu səbəblə həyata keçirilə biləcək ən qoruyucu müalicə üsuludur. Keramika laminat örtüklər dişlərin səthinə yapışdırılır. Təbii bəyazlıq (parıltı) verir və əgər ləkələnmiş, saralmış, qırılmış dişləriniz varsa, bu dişləri düzəldərək hamar və mükəmməl bir görünüş təmin edilir. Bu yolla pasiyent estetik cəhətdən xoşagəlməz görüntülərdən xilas olur və proporsional olmayan dişləri düzəlir.

Laminat vinir metalsız və yüngül keçiricilik xüsusiyyətləri ilə təbii dişlərdən fərqlənməyən keyfiyyətlə qənaətbəxş nəticələr verən diş örtükləridir.

Keramika laminat diş nədir?


Ön dişlərin vəziyyətini, rəngini və ya formasını dəyişdirmək üçün istifadə edilən xüsusi bir yapışdırma texnikası ilə tətbiq edilən müalicə üsuluna "keramika laminat diş" deyilir. Bu cür bərpa təbii dişlərə çox bənzəyir. Dişlərin bütün səthlərini kəsməyə ehtiyac yoxdur. Yalnız ön səthlər 0,3-0,7 mm ölçüdə nazikləşdirilir. Buna görə də bu prosesdə sağlam diş toxumasının itkisi minimaldır.
  

Keramika laminat dişlərin üstünlükləri nələrdir?


Keramika laminat dişlərin aşağıdakı üstünlükləri var:
  • Əyri dişləri düzəldir.

  • Deformasiyaları aradan qaldırır.

  • Möhkəm, hamar bir quruluşa malikdir.

  • Siqaret, çay və qəhvə kimi səbəblərdən yaranan diş ləkələrini minimuma endirir.

  • Onun rəngi dəyişmir. Təbii görünür. Həqiqi dişlərdən fərqlənmir.

  • Bu dişlər insanın həm görünüşünü təzələyir, həm də özünə inamını artırır.

  • Dişləri aşındırmadığı üçün diş itkisinə səbəb olmur.

  • Tək dişə və ya birdən çox dişə tətbiq oluna bilər.

  • Rəng uyğunsuzluğunu aradan qaldırır.

  • Ön dişlərdəki estetik görünüşə mənfi təsir göstərən digər disfunksiyaları müalicə edir.

Keramika laminat dişlər nə zaman tətbiq olunur?

 
Dişlərin saralması və mövcud dişlərin rənginin dəyişməsi, ortodontik breket müalicəsinin istənmədiyi və ya uyğun olmadığı əyri dişlərin, aşınmış həddindən artıq qısa dişlərin olması, dişlərdə diastemaların olması, aralı dişlərin, deformasiyaya uğramış dişlərin olması, qısacası bizi estetik cəhətdən narahat edən bir çox hallarda insanlara yeni təbəssüm vermək üçün tətbiq edilir. 
Bəzi hallar da var ki, keramika laminat dişlərin tətbiqi mütləq məcburi olur. 

Onları daha ətraflı aşağıdakı kimi ifadə etmək olar:

  • Dişlərin uzunluğunu artırmaq

  • Aşınmış və ya qırıq dişlərin bərpası

  • Diş kariyesinin müalicəsi

  • Dişlərə ağartma proseduru edilsə belə getməyən qaralma

  • Plombların strukturunun və ya rənginin pozulması

  • Dişlərin struktur və formasında qüsurlar

  • Ayrılmış dişlərin birləşdirilməsi (diastemanın bağlanması)

  • Əyri və ya deformasiya olmuş dişlər

  • Estetik dişlərə sahib olmaq və gülüşünü yenidən dizayn etmək istəyənlər

  • Rəng, forma və diş pozuntularının aradan qaldırılması lazımdırsa

  • Dişlər arasındakı boşluqları doldurmaq istəsəniz

  • Ön dişlər və arxa dişlər çatlayıb və ya sınıbsa

  • Dişlərin daimi ağardılması tələb olunarsa

Kimlərə keramika laminat dişlər qoyula bilməz?


Gələcəkdə bəzi risklər yarada biləcəyi üçün aşağıda sadaladığımız səbəbləri olanlara keramika laminat diş müalicəsi tətbiq olunmur:

  • Ağızdakı alt çənə önə doğrudursa
     
  • Çənədə tərs qapanma varsa

  • Kifayət qədər diş minası yoxdursa

  • Diş Flüorozunuz varsa (yapışma problemi)

  • Yuxu zamanı dişlərinizi sıxmaq və qıcırdatmaq kimi problemləriniz varsa (bruksizm)

  • Qələm yemə, dırnaq yemə kimi və s. oxşar vərdişləri olan şəxslər

  • Çənə xəstəlikləri olanlar

  • Diş ətləri çəkilən xəstələr

Əgər bu şəxslər də mütləq keramika laminat diş arzusundadırlarsa, o zaman öncə yuxarıda sadaladığımız problemlər müalicə olunmalı sonra dişlər haqqında qərar verilməlidir.
 

Keramika laminat dişlərin mərhələləri

 

Keramika laminat dişlər ilə müalicə mərhələləri qısaca aşağıdakı kimidir:

  • Xəstənin ağızdaxili ölçüləri götürülür

  • Alınan model laboratoriyaya göndərilir

  • Burada modelə maket kimi tanınan test tətbiq edilir

  • Xəstə və həkim modeli birlikdə qiymətləndirir və onun hansı dizaynda olacağına qərar verir

  • Bu qərara uyğun olaraq dişlər xəstənin ağız içi ölçülərinə və ehtiyaclarına uyğun hazırlanır

  • Bu prosesdə xəstənin dişlərinə müvəqqəti vinirlər yapışdırılır və uyğunluq probleminin olub olmadığı yoxlanılır

  • Heç bir problem aşkar edilmədikdə isə son toxunuşlar edilir və əsas keramika dişlər daimi olaraq xəstənin ağzına yerləşdirilir

Keramika laminat vinir dişlər yoxsa zirkonyum dişlər?

Keramika laminat yoxsa zirkonyum dişlər? -  sualı pasiyentlər tərəfindən ən çox verilən suallardan biridir. Qeyd edək ki, bu iki seçim arasında qalan pasiyentlərə həkimlər daha çox keramika laminat dişləri tövsiyə edirlər. Keramika laminat vinir dişlər təbii diş quruluşuna daha çox bənzədiyi üçün şəffafdır, parlaq və estetikdir və tutqun olmaqdan uzaqdır.

Keramika laminat vinir dişlərin müalicə müddəti nə qədərdir?


Əgər diş ətləri heç bir estetik müdaxilə tələb etmirsə və pasiyentin başqa diş və ya diş əti problemi yoxdursa, keramika laminat vinir dişin tətbiq müddəti 2-3 seans arasında dəyişir. Orta hesabla 7-10 gündən sonra xəstə keramika laminat vinir dişlərindən istifadə etməyə başlaya bilər.

Keramika laminat vinir dişlərin ömrü neçə müddətdir?


Əgər ağız gigiyenasına diqqət edilərsə və keramika dişlər yaxşı qorunarsa, ən çox 10-20 il istifadə oluna bilər. Ancaq ağız gigiyenası zəif olarsa, diş ətinin iltihabı və diş ətinin çökməsi kimi vəziyyətlər keramika laminat dişlərin daha erkən itirilməsinə səbəb ola bilər.
 

Keramika laminat dişlər saralırmı?


Ən keyfiyyətli keramikadan hazırlanmış laminat dişlər parlaqlığını itirmədən rəngini və təbiiliyini saxlayır. Siqaret, çay və kofe kimi içkilərdən təsirlənmirlər.Saralma yalnız dişin canlılığını itirib sarıya çevrildiyi zaman baş verə bilər.

Keramika laminat dişlər düşə bilərmi?


Laminat dişlər adgeziv üsullarla və sement yapışdırıcılarla dişlərə yapışdırılır və onların yenidən çıxarılması və ya düşməsi mümkün deyil. Çıxartmaq lazım gələrsə, bu proseses yalnız həkim tərəfindən klinika şəraitində reallaşdırılır.

Keramika laminat vinir dişlərin qiyməti neçəyədir?


Qiymətlər aşağıdakı amillərdən asılı olaraq dəyişir:

  • Nə qədər keramika laminat vinir diş qoyulmalıdır?

  • Dişlərdə nə qədər deformasiya var?

  • Keramika laminat vinir dişlərin tətbiqində istifadə ediləcək materialların növü

  • Yerli və ya xarici məhsul olması

  • Keyfiyyəti, istifadə ediləcək dizayn üsulunun hansı olması

  • Hansı klinikaya və həkimə üstünlük verilməsi

  • Laminat örtükdən başqa digər bir müalicənin tələb olunub-olunmaması

Bütün bunlar və daha çoxu barədə bizimlə əlaqə saxlayaraq ətraflı məlumat ala bilərsiniz.