HPV Peyvəndi Xərçəngin Qarşısını Alır? Peyvənd Nə Vaxt Vurulur?
Peyvənd sağlam olmağın ən asan yoludur ümumiyyətlə 12-13 yaşlarda edildiyi bilinsə də, yetkinlik dövründə peyvəndlə diqqətli olmaq tövsiyə olunur. Son zamanlarda isə qadınlar üçün vacib olan peyvəndlərdən biri - HPV peyvəndi önə çıxır. Bu peyvəndlə dünyada qadınlarda rast gəlinən dördüncü xərçəng növü olan uşaqlıq boynu xərçənginin ilə qarşısı alına bilər.
HPV Peyvəndi hansı xəstəliklərin qarşısını alır?
HPV virusu qadınlarda uşaqlıq boynu xərçənginə səbəb olur. Bununla yanaşı ziyillərə, həmçinin xarici cinsiyyət orqanına, baş-boyun və anal xərçənginə səbəb ola bilər. HPV virusunun riskli növləri uşaqlıq boynu xərçəngi ilə nəticələnə bilər. Məhz burada peyvəndin önəmi nəzərəçarpır. Belə ki, uşaqlıq boynu xərçənginə, yəni HPV-yə qarşı peyvənd edilmiş qadının uşaqlıq boynu xərçəngindən əziyyət çəkməyəcini söyləmək olar.HPV peyvəndinin hansı növləri var?
Peyvəndlərin üç növü var: ikiqat, dördlü və doqquz valentli peyvəndlər. Hər üç peyvənd uşaqlıq boynu xərçənginə qarşı ən riskli olan HPV tip 16 və tip 18-dən qoruyur. Dördlü peyvənd həmçinin ziyillərə səbəb olan tip 6 və 11-dən qorunma təmin edir. Doqquz valentli peyvənd bu və digər riskli növlərə qarşı qorunma təmin etdiyi üçün onun daha yüksək qorunma olduğunu söyləmək olar.HPV peyvəndləri cinsi əlaqədə olmamış kişilər və qadınlar üçün ideal olaraq tövsiyə edilsə də, insan HPV daşıyıcısı olsa belə, peyvənd üçün heç bir maneə yoxdur. Qeyd edək ki, əgər şəxsdə aktiv uşaqlıq boynu xərçəngi varsa, HPV müalicəsi yoxdur.
Peyvəndlənərkən unutmayın ki, ikiqat peyvəndin lateks allergiyası olanlara, dördlü peyvəndin isə maya allergiyası olanlara vurulmaması tövsiyə olunur.
HPV peyvəndi neçə yaşdan vurulmalıdır?
Peyvəndi 11-12 yaşdan başlayaraq vurdurmaq olar. Uşaqlar üçün 0 və 6 aylıq peyvəndin iki dozası kifayətdir. 15 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 3 doza tövsiyə olunur: 0, 2 və 6 ay. Peyvəndin təkrarlanmasına ehtiyac yoxdur, çünki ömürlük qoruma təmin edir. Peyvənd orqanizmdə aktiv xəstəlik törətmədiyi üçün yüngül qızartıdan başqa heç bir əks təsiri yoxdur.Cinsi yolla keçərək uşaqlıq boynu xərçəngi, penis xərçəngi, ağız və qırtlaq xərçənginə səbəb ola bilən Papilloma Virusu (HPV), həmçinin genital bölgədə yerləşə və ziyil əmələ gəlməsinə səbəb ola bilər.
HPV peyvəndi niyə vacibdir?
HPV uşaqlıq boynu xərçəngi üçün ən mühüm risk faktorudur. Bu virus uşaqlıq boynu xərçəngi xəstələrinin 99,7 %-də aşkar edilib. QİÇS-ə səbəb olan İİV virusunun cinsi yolla ötürülmə sürəti HPV-dən aşağıdır.HPV-nin səbəb olduğu xarici genital ziyillər tez-tez hiss olunsa da, bəziləri çox kiçikdir və nəzərə çarmır. Simptomlara yüngül qaşınma, nadir hallarda ağrı, yanma və sancma hissi, cinsi əlaqə zamanı və ya sonra qanaxma, menstruasiya arasında nizamsız qanaxma, davamlı anormal axıntılar daxildir. Diaqnoz üçün ginekoloji müayinə və yaxma testi çox vacibdir.
HPV necə yaranır?
HPV cinsi əlaqə yolu ilə ötürülür. Bəzi hallarda HPV illərlə səssiz qala bilər. Buna görə də xəstəliyin nə vaxt və kimdən keçdiyini bilmək mümkün olmaya bilər. HPV-nin tualet oturacaqları, qapı tutacaqları, dəsmallar, sabun, üzgüçülük hovuzu və ya vannalar vasitəsilə ötürülməsinə dair heç bir sübut yoxdur. Lakin məlumdur ki, bəzi səbəbsiz HPV ziyillərinin əmələ gəlməsində qeyri-cinsi yollar da mümkündür. Məsələn, “qeyri-genital” HPV növləri gənc uşaqlarda genital bölgədə görünə bilər.HPV peyvəndi nə qədər qoruyur?
Məlumdur ki, prezervativdən istifadə xəstəliyin qarşısını 70% alır. HPV-dən qorunmağın ən təsirli yolu isə peyvənd olunmaqdır. Hazırda inkişaf etdirilən vaksinlər xərçəng törədən viruslar qrupuna daxil olan HPV 16 və HPV 18-ə qarşıdır. Peyvənd eyni zamanda HPV 6 və HPV 11-dən ibarət 4 növ virusdan qoruyur. HPV 16 və HPV 18 virusla əlaqəli xəstəliklərin 70%-nə cavabdehdir və uşaqlıq boynu xərçənginin təxminən 100%-nin səbəbidir. Buna görə də, peyvəndlə 100% qorunma təmin olunmasa da, ən çox rast gəlinən səbəblərin qarşısı alına bilər.Peyvəndin qoruyucu olması üçün qadınların ilk növbədə 9-26 yaş arasında peyvənd edilməsi tövsiyə olunur. Bununla belə, 26-45 yaş arası qadınlar da peyvənd oluna bilər.
Risk faktorları nələrdir?
HPV-nin olması sizin xərçəng olduğunuz demək deyil. Bu infeksiyaya yoluxanların 90%-də virus 1-2 il ərzində orqanizmdən xaric oluna bilir. HPV infeksiyasının orqanizmdən xaric edilməsində ən mühüm amil orqanizmin immun sistemidir. İmmun sistemi zəif olan insanlarda HPV infeksiyasının kanserogen təsiri daha çox olur. Siqaret çəkmək, doğuşa nəzarət həblərinin uzun müddət istifadəsi, xlamidiya infeksiyası kimi hallar xəstəliyin sürətlə irəliləməsinə və xərçəngə çevrilməsinə səbəb ola bilər.HPV üçün müayinə lazımdır?
Uşaqlıq boynu xərçənginə erkən mərhələdə diaqnoz qoyularsa, uşaqlığın bütün hissəsini çıxarmadan uşaqlıq boynunun yuxarı hissəsinin təmizlənməsi ilə müalicə edilə bilər. Genital ziyillər yandırılaraq və ya dondurularaq müalicə olunduqdan sonra təkrarlana bilər. Buna görə də diaqnoz və müalicə prosesi üçün bir neçə ay tələb oluna bilər.