Həkim qəbuluna yazıl

Canlı çat

HPV Müalicəsi Effektlidir? Papilloma Müalicə ilə Yox Olur?

HPV Müalicəsi  Effektlidir? Papilloma Müalicə ilə Yox Olur? 

Ağır xəstəliklərə səbəb olan papilloma viruslar 16 cinsdən ibarətdir. Bunlardan əsasən 5 cins insan üçün patogendir. Papilloma viruslar dəridə xoşxassəli ziyillər, selikli qişalarda isə genital, oral, konyuktival papillomalar əmələ gətirir. Papillomaviruslar onkogenlik xassəsinə malikdirlər. HPV-16, HPV-18 uşaqlıq boynunda papilloma, displaziya və xərçəng törədir.

HPV hansı formalarda olur?

Virus müxtəlif formalı ziyillər, papillomalar, kondilomalar şəklində özünü göstərir. Şiş düyünlərdən ibarət olub, gül kələm və ya xoruz pipiyinə bənzəyir. Dəri papilloması həm kiçik (1 mm-dən çox olmayan), həm də kifayət qədər böyük (2 sm-ə qədər) ola bilər. Törəmə əvvəlcə ət rəngində olur, zaman keçdikcə qəhvəyi rəng alır. Ziyillər, əsasən, boyunda, qasıq büküşlərində, qoltuqaltında, dirsəklərdə, dizlərdə, başda və göz ətrafında yerləşir. Eyni zamanda törəmələr gözə çarpmayan yerlərdə, məsələn, uşaqlıq boynu, uşaqlıq yolu, xarici cinsiyyət orqanlarında ola bilər.

Papilloma virusu necə yaranır?

Papilloma virusun bədənə nüfuz etməsi üçün xüsusi şərait lazımdır. İnfeksiya insandan insana birbaşa təmas yolu ilə keçir. Сinsi əlaqə zamanı ötürülmə daha tez baş verir, çünki qələvi mühit virus üçün faydalıdır və cinsiyyət orqanlarında demək olar ki, həmişə mikro, yəni kiçik çatlar var.

Məişətdə papilloma virusuna yoluxmaq daha çətindir, lakin xəstə və sağlam insan eyni hamam dəsmalı və s.dən istifadə edərsə, virusun ötürülmə riski var. Ailədə kimsə HPV ilə bağlı xəstədirsə, şəxsi gigiyena və ehtiyyat tədbirlərinə ciddi yanaşılmalıdır.

Siqaret, alkoqol, piylənmə, hormonal pozğunluqlar, immun sisteminin zəifləməsi patoloji prosesi sürətləndirə bilər. Ayrıca cinsi yolla ötürülən digər infeksiyalar (sitomeqalovirus, genital herpes, xlamidiya, sifilis, gonoreya, trichomoniasis) Papilloma virusun destruktiv dəyişikliklər yaratmasını dəstəkləyir.

İnsan papilloma virusu xərçəngin inkişafı üçün risk faktorudur. İlk növbədə - uşaqlıq boynu xərçəngi, eləcə də xarici cinsiyyət orqanlarının xərçəngi buna aid edilə bilər.

Papilloma virusu xərçəngə səbəb olur?

Papillomavirusuna yoluxma hər insanda xərçəngə səbəb olmur. Burda virusun tipinin, risk faktorlarının, immun sisteminin mühüm rolu var. Aşağı onkogen riskli viruslar var - bunlar 6, 11, 42, 43, 44 alt tipləridir (daha tez-tez itiuclu törəmə- kandilomalar yaradır). 16, 18, 31, 33 alt tipləri - yüksək onkogen riskə malikdir, yastı papillomalar - ziyillər əmələ gətirir. 16, 18-ci tip viruslar uşaqlıq boynu karsinomasında mühüm rol oynayır. Hansı növ virusa yoluxduğunuzu müəyyən etmək üçün həkimə müraciət etməli və lazımi testlərdən keçməlisiniz.

HPV – uşaqlıq boynunun karsinomasının və onun öncəki mərhələlərinin inkişafında mühüm rol oynayır. Son illər aparılan geniş araşdırmalar təxminən 90% uşaqlıq boynu karsinomasının şiş toxumasında virus DNT-nin olduğunu göstərdi.

İnfeksiyaya yoluxma və xərçəngin əmələ gəlməsi arasında orta hesabla 10-20 il ola bilər. Xərçəng prosesi CIN1, CIN2, CIN3 mərhələlərini keçərək əmələ gəlir.

Uşaqlıq boynu xərçənginin ən çox rast gəlinən əlaməti, xüsusən cinsi əlaqədən sonra pis qoxulu axıntı ilə müşayiət olunan anormal vaginal qanaxmadır. Bundan başqa cinsi əlaqə zamanı ağrı, qasıqda, ayaqda ağrı, sidiyə çıxarkən ağrı, qanaxma, defekasiya zamanı ağrı müşahidə oluna bilər.

Papilloma virusunun simptomları nələrdir?

Erkən mərhələlərdə simptomlar olmaya bilər. Buna görə də erkən diaqnoz üçün PAP smear və HPV testi ilə skriniq çox vacibdir. Anormal PAP smear test nəticəsi olan və/və ya HPV testi müsbət olduqda kolposkopiya və biopsiya aparılır.

Kişilərdə və qadınlarda xərçəng və genital ziyillərin qarşısını almaq üçün papillomavirusa qarşı peyvənd vacibdir. Həmçinin, peyvəndlər xərçəngdən əvvəlki vəziyyətlərin qarşısını alır. HPV peyvəndi 9 yaşdan 26 yaşa qədər oğlan və qızlara tövsiyə olunur.
Bəzən illərlə orqanizmdə olan HPV virusu, sanki birdən yuxudan oyanır və xəstəlik törədir. Bütün viruslarda olduğu kimi, bu virusun da xəstəlik törədə bilməsində immun sistemin vəziyyəti mühüm rol oynayır. Əksər qadınlarda yoluxan papilloma virus (HPV) immun sistemi tərəfindən bədəndən təmizlənir. Məhz immunmodulyasiyaedici və digər farmokoloji xüsusiyyətlərinə dayanaraq papillomavirusun törətdiyi müxtəlif xəstəliklərdə və prekanseroz vəziyyətlərdə omeloterapiya müvəffəqiyyətlə istifadə edilir.

HPV yoluxmalarında erkən müdaxilə nə dərəcədə effektlidir?


Papilloma virusuna qarşı görülən tədbirlər nə qədər tez tətbiq edilərsə, xəstəliyin ağırlaşma riski bir o qədər azalır. HPV infeksiyasında əsas təhlükə onun simptomsuz irəliləməsi və gecikmiş diaqnozla nəticələnməsidir. Bu səbəbdən müntəzəm skrininq, PAP smear və HPV testləri risk altındakı şəxslər üçün zəruridir.

Erkən diaqnoz sayəsində, prekanseroz mərhələdə həkim müdaxiləsi ilə xərçəngə keçid ehtimalı azaldılır. Eyni zamanda, virusun bədəndə uzun müddət qalmasının qarşısı alına və immun sistemini gücləndirən terapiyalarla (məsələn, Helixor) effektiv müalicə başlanıla bilər. Peyvənd isə həm xəstəlikdən qorunmada, həm də yoluxma riskini azaltmaqda mühüm rol oynayır.

Papilloma virusunun müalicəsi necə olur?

Qeyd edək ki, artıq Azərbaycana omeloterapiya məqsədilə ağ omela (viscum album) tərkibli- HELİXOR preparatı gətirilmişdir.

Öksəotu terapiyası dərialtı inyeksiya şəklində almandilli ölkələrdə ən çox təyin olunan onkoloji müalicə üsullarından biridir. Keyfiyyətin yaxşılaşdırılması üçün tövsiyə kimi süd vəzi xərçənginin müalicəsi üçün Amerika Klinik Onkologiya Cəmiyyətinin (ASCO) təlimatlarına daxil edilmişdir və tibbi sığorta tərəfindən qarşılanır.

Tərkibi: HELİXOR A - 1 mq, 5 mq, 20 mq, 50 mq, 100 mq inyeksiya üçün məhlul

Təsiredici maddə: ağ şam üzərində yaşayan ağ öksəotu (Viscum album) (bitki-ekstrakt nisbəti 1:20). Köməkçi maddələr: inyeksiya üçün su, NaCl, natrium hidroksid

HELİXOR M - 1 mq, 5 mq, 20 mq, 50 mq, 100 mq inyeksiya üçün məhlul

Təsiredici maddə: alma ağacı üzərində yaşayan ağ öksəotu (Viscum album) (bitki-ekstrakt nisbəti 1:20). Köməkçi maddələr: inyeksiya üçün su, NaCl, natrium hidroksid

FARMAKOLOJİ TƏSİR:
  • immunmoduləedici
  • makrofaqların birləşdirilməsi və aktivləşdirilməsi
  • iltihabı stimulyasiya edən mediatorların azad olması (TNF-α, IL-1, IL-6),
  • faqositar aktivliyin artması (bakterisid effekt)
  • eozinofil qranulositlərin artması və aktivləşməsi
  • killer-hüceyrələrin aktivliyinin artması
  • dərinin dendrit hüceyrələrinin əmələ gəlməsinin və aktivləşməsinin stimulyasiyası
  • leykosit sayının artması (ilk növbədə T-helperlərin)
  • mediatorların azad olması (γ-interferon, IL-2, beta-endorfin)
  • B hüceyrələrin sayının artması
  • omelanın lektinlərinə və viskotoksinlərinə qarşı antitellərin əmələ gəlməsi

İmmunoprotektiv təsir:
  • limfositlərin sitostatiklərin immunosupressiv və genləri məhv edici təsirlərindən qorunma
  • şiş əleyhinə
  • proliferasiya əleyhinə
  • metastaz əleyhinə
  • analgetik
  • hipotenziv
  • antioksidant
  • qanın reoloji xüsusiyyətlərini yaxşılaşdırır
  • iltihab əleyhinə
  • virus əleyhinə
Helixorun farmakoloji xüsusiyyətləri nəzərə alınaraq təkcə virus infeksiyalarında deyil (1), osteoartritlərdə (2), prekanserozlarda (3), onkoloji xəstəliklərdə (4), autoimmun xəstəliklərdə və s. effektiv müalicə məqsədi ilə istifadə olunur.

Bütün bu qeyd etdiklərimiz özünüdiaqnoz və özünümüalicə üçün deyil! Diaqnoz və müalicə üçün həkiminizə müraciət etmək mütləqdir!

HPV Müalicəsi HaqqındaÇox Soruşulan Suallar


Papilloma sekilleri necə olur?

Papilloma sekilleri şişkinlik şəklində, dəridə və ya selikli qişalarda çıxan törəmələrlə özünü göstərir. Bəzən gül kələmi formasında, bəzən də xoruz pipiyi şəklində ola bilər. Papillomaların ölçüsü və rəngi fərqli olur – kiçik, ət rəngində başlayıb zamanla qəhvəyi və ya tünd rəng ala bilər.

Cinsi orqanda papiloma nəyə bənzəyir?

Cinsi orqanda papiloma adətən itiuc tündlərlə və ya düz səthli yastı törəmələrlə özünü göstərir. Bu törəmələr mikroskopik çatlar vasitəsilə yoluxur və xüsusən də cinsi əlaqə zamanı keçmə ehtimalı yüksəkdir.

Cinsi orqanda papilloma mualicesi necə aparılır?

Cinsi orqanda papilloma mualicesi virusun tipinə və yaranan törəmələrin yerləşməsinə görə fərqlənir. Müalicədə dərmanla yanaşı, krioterapiya, lazer və immunmodulyasiyaedici üsullar da istifadə olunur.

Papilloma tebii yolla mualicesi mümkündürmü?

Papilloma tebii yolla mualicesi tam təsdiqlənmiş tibbi müalicə üsulu sayılmasa da, immunitetin gücləndirilməsi və virus əleyhinə təbii dəstəklər bəzən simptomların azalmasına kömək edə bilər. Lakin bu yanaşmalar mütləq həkim nəzarəti altında olmalıdır.

Qadinlarda papilloma virusu hansı fəsadlara səbəb ola bilər?

Qadinlarda papilloma virusu uşaqlıq boynunda displaziya, xərçəngəqədər vəziyyətlər və hətta karsinomaya səbəb ola bilər. HPV-16 və HPV-18 tipləri qadınlarda ən təhlükəli hesab olunur və müntəzəm skrininqlə erkən diaqnoz mümkündür.

Kisilerde papilloma virus mualicesi necə aparılır?

Kisilerde papilloma virus mualicesi əsasən törəmələrin lokal aradan qaldırılması və immun sisteminin dəstəklənməsi ilə həyata keçirilir. Həmçinin, partnyorların eyni vaxtda müalicə alması tövsiyə olunur ki, virusun təkrarlama riski minimuma ensin.

Kişilərdə papilloma virusu hansı əlamətlərlə özünü göstərir?

Kişilərdə papilloma virusu çox vaxt simptomsuz keçir, lakin bəzi hallarda cinsi orqanlarda və ya anal nahiyədə şişlər, qaşınma və yanma hissi müşahidə oluna bilər. Diaqnoz üçün həkim müayinəsi vacibdir.

Papilloma neden yaranir?

Papilloma neden yaranir sualının cavabı virusun bədənə daxil olması üçün şəraitin yaranması ilə bağlıdır. Dərinin zədələnməsi, zəif immun sistem və cinsi təmas əsas yoluxma səbəblərindəndir.

HPV virus nədir və nə üçün təhlükəlidir?

HPV virus nədir sualına cavab olaraq, insan papilloma virusu, dəridə və selikli qişalarda ziyil və xərçəngəqədər vəziyyətlər törədən infeksiyadır. Yüksək onkogen risk daşıyan tiplər qadınlarda uşaqlıq boynu xərçəngi riskini artırır.

Deride papilloma hansı nahiyələrdə daha çox olur?

Deride papilloma əsasən boyun, qoltuqaltı, dirsək, diz, üz və göz ətrafında müşahidə olunur. Kiçik ət rəngli şişlər kimi başlayaraq tədricən böyüyə bilər və qəhvəyi rəng ala bilər.

HPV virusunun elametleri erkən mərhələdə necə müəyyən edilir?

HPV virusunun elametleri çox vaxt görünmür, buna görə də erkən mərhələdə testlərlə aşkarlanır. PAP smear və HPV testi bu baxımdan vacib diaqnostik üsullardır.

Papilloma elametleri hansı hallarda narahatlıq doğurmalıdır?

Papilloma elametleri – dəridə və ya selikli qişalarda yaranan şişlər, qanama, qaşınma və pis qoxulu axıntı ilə müşayiət olunarsa, dərhal həkimə müraciət edilməlidir. Bu əlamətlər prekanseroz və ya xərçəng göstəricisi ola bilər.