DİQQƏT, YENİYETMƏLƏR! İmtahan dövründə orqanizmi necə dəstəkləmək olar? Yeniyetmələrdə psixoemosional və əzələ gərginliyinin azaldılması.

Yeniyetməlik insan inkişafının ən vacib dövrlərindən biridir. Bu dövrdə insanın bütün həyatı boyu psixi rifahına təsir edən sosial və emosional vərdişlər formalaşır və möhkəmlənir.

Bunlara daxildir: sağlam yuxu rejimi, düzgün qidalanma, müntəzəm fiziki aktivlik, çətin vəziyyətlərin öhdəsindən gəlmək bacarıqları, problemləri həll etmə qabiliyyəti, emosional özünüidarə.

Bu vərdişlərin formalaşmasında ailə, məktəb və ümumilikdə cəmiyyətlə münasibətlər mühüm rol oynayır. Uşaq və yeniyetmə dövründə psixi sağlamlıq problemlərinin gözardı edilməsi gələcəkdə həm fiziki, həm də psixi sağlamlığa mənfi təsir göstərə və insanın tamhüquqlu yetkinlik həyatını məhdudlaşdıra bilər.

Bundan əlavə: qəbul və buraxılış imtahanları ilə bağlı narahatlıqlar, sosial şəbəkələrin çoxluğu, qadjetlərdən daimi istifadə, yuxu çatışmazlığı, hər şeyə çatmağa çalışmaq, əlavə dərnəklər və idman məşğələləri, qeyri-sağlam qidalanma müasir yeniyetmələr üçün böyük bir stres yükü yaradır. Xüsusilə də əvvəldən emosional həssaslıq mövcuddursa.

Bütün bunlar uşaqlarda xroniki stresin inkişafına səbəb olur. Mənfi emosiyalar o qədər güclənə bilər ki, psixikada, davranışda və həyat tərzində pozulmalara gətirib çıxarar.

Stresin yeniyetmələrdə əlamətləri: tez yorulma, insanlardan uzaqlaşma, təşviş, yuxululuq və ya yuxusuzluq, diqqət dağınıqlığı, unutqanlıq, tez-tez əhval dəyişməsi, səbəbsiz hiperaktivlik, əsəbilik, iştahanın artması və ya azalması, düşünülməmiş hərəkətlər.

Stres zamanı yalnız psixi vəziyyət deyil, demək olar ki, bütün fizioloji funksiyalar da zərər görür. Normalda stresdən sonra mütləq rahatlama gəlməlidir. Əgər bu baş vermirsə, simpatik sinir sistemi həddindən artıq aktivləşir və sinir tükənməsi yaranır.

Bədəni balans vəziyyətinə qaytarmaq üçün “parasimpatik sistemi” aktivləşdirmək lazımdır — yəni orqanizmin bərpasını və resurs toplamasını təmin etmək.

 


Valideynlərin və həkimlərin əsas vəzifəsi — uşağı xroniki stresdən çıxarmaq və onun enerjisini bərpa etməyə kömək etməkdir.

 

Psixoemosional və əzələ gərginliyini azaltmaq üçün praktikalar

  • Nəfəs məşqləri: nəfəsvermə nəfəsalmadan daha uzun olmalıdır; məsələn: 4 say nəfəs alma, 6–8 say nəfəs vermə. 10–15 dəfə təkrarlamaq. Bu üsul yeməkdən əvvəl də faydalıdır.
  • Əzələlərin mərhələli rahatlaşdırılması
  • Bədənin müxtəlif hissələrini növbə ilə 10–20 saniyə gərib boşaltmaq: çiyinlər, qarın, qollar, alın, gözlər, boyun. Bu məşqlər sinir sistemini sakitləşdirir.
  • Su prosedurları
  • Ayaqları isti suda saxlamaq, duş qəbul etmək, efir yağları və maqnezium duzundan istifadə etmək.
  • Keyfiyyətli yuxu
  • Bərpa üçün ən vacib amillərdən biri — ən azı 8 saatlıq, sakit və qaranlıq şəraitdə yuxudur.
  • Antistress dəstəyi və sağlam yuxunu təmin etmək üçün
  • Neurexan — təbii tərkibli, Almaniya istehsalı, tam zərərsiz preparatdır: stresi azaldır, damar spazmını aradan qaldırır, sinir sistemini sakitləşdirir, yuxunu normallaşdırır. Gündə 2–3 dəfə, 1 tab — dilaltına istifadə edilir. 



  • Vitamin C — serotonin və noradrenalin sintezində, sinir hüceyrələrinin funksiyasında iştirak edir. Vitamin C çatışmazlığı stresə, depressiyaya səbəb ola bilər. Stres zamanı böyrəküstü vəzilər çox Vitamin C sərf edir. Vitamin C-nin öz funksiyalarını lazımi səviyyədə yerinə yetirə bilməsi üçün, 12 yaşdan yuxarı yüksəkdozalı infuzion Vitamin C-nin istifadəsi məqsədyönlüdür. Eyni zamanda Vitamin C ilə zəngin qidalar istifadə olunmalıdır.  
  • Vitamin C mənbələri: itburnu, şirin bibər, qara qarağat, çaytikanı, göyərtilər, kələm növləri, kartof, pomidor, alma, ananas, sitrus meyvələri, turşu kələm.  
  • İtburnu dəmləməsi: quru giləmeyvələri əzin və termosda 70°-dən yüksək olmayan suda bir neçə saat dəmləyin. 
  • Magnesium bisglycinate — 300-dən çox reaksiyada iştirak edir, çatışmazlığı stress və depressiyaya səbəb olur. Stress zamanı maqnezium daha çox itirilir. Maqnezium mənbələri: düyü və buğda kəpəyi, balqabaq tumu, günəbaxan tumu, kətan toxumu, qoz-fındıq, yaşıl tərəvəzlər, göyərtilər, dəniz məhsulları, yumurta. İmtahan dövründə əlavə olaraq maqnezium preparatları qəbul etmək faydalı ola bilər, məs., maqnezium bisqlisinat.

B qrupu vitaminlərinin çatışmazlığı sinir tükənməsinə səbəb olur, xüsusilə vegeterianlarda daha çox rast gəlinir.

B1 — sinir impulslarının ötürülməsini gücləndirir.

B6 — dopamin, serotonin, melatonin sintezində iştirak edir.

B12 — sinir liflərini qoruyan mielin qişalarının yaranmasında iştirak edir.

Mənbələr: sardina, skumbriya, qızılbalıq, toyuq və dana əti, paxlalılar, günəbaxan və kətan toxumu, ispanaq.

Və ya B qrupu vitamin kompleksi.

 

İmtahanlarınızda sizə uğurlar arzulayırıq!