Həkim qəbuluna yazıl

Canlı çat

Qadınlarda Sidikqaçırma Müalicə ilə Keçir? Səbəbi Nədir?

Qadınlarda Sidikqaçırma Müalicə ilə Keçir? Səbəbi Nədir?

Qadınlarda kişilərdən 10 dəfə çox rast gəlinən sidik qaçırma hər 3 qadından birinin yaşadığı və utandıqları üçün cəmiyyətdə gizlənən sağlamlıq problemlərindən biridir. Genetikaya görə çanaq dibinin əzələlərinin zəifləməsi və ya sonradan çətin doğuşlar nəticəsində yaranan sidik qaçırma qadınların mühüm sosial və psixoloji problemidir. Tədqiqatlar göstərir ki, reproduktiv yaşda olan qadınların 20-46%-i və menopozda olan qadınların 40-69%-i sidik qaçırma ilə mübarizə aparır. Qarın içi təzyiqi birdən artıracaq asqırma, öskürmə və gərginlik kimi vəziyyətlərdə sidik kisəsindən sidik axması şəklində ortaya çıxan bu şikayət tualetə çata bilməmə kimi də görülə bilər. Sidik qaçırma şikayəti olan qadınlar adətən bezlərdən istifadə edir və ya evdən çölə çıxmamaqla bu problemi təkbaşına həll etməyə çalışırlar. Ancaq fiziki narahatlıqla yanaşı psixoloji problemlərə də səbəb olan sidik qaçırma problemi asanlıqla müalicə edilə bilər. Böyrəklərdən süzüldükdən sonra sidiyin yığıldığı orqan olan sidik kisəsi və sidiyi sidik kisəsindən bədənin xaricinə daşıyan sidik kanalı çanaq-çanaq sümük boşluğunda yerləşir.

Bu orqanlar çanaq boşluğunu aşağıdan dəstəkləyən əzələlər tərəfindən sabit saxlanılır. Bu əzələlərin boşalması və zəifləməsi sidiyin tutulmasında çətinliklərə və qadınlarda sidik qaçırmaya səbəb ola bilər. Əzələlərin boşalması və zəifləməsinin ən mühüm səbəbləri əvvəlki hamiləliklər və normal doğuşlar, uzun müddətli qəbizlik, artıq çəki, xroniki öskürəyə səbəb olan xəstəliklər, menopoz və qocalıqdır. Çanaq əzələlərində yaranan bu boşalmalar nəticəsində sidik kisəsinin prolapsiyası (sistosel), düz bağırsağın prolapsiyası (rektosel) və sidik ifrazının pozulması baş verə bilər.

Qadınlarda sidik qaçırma nədir?

Qadınlarda sidik qaçırma adətən 30 yaşdan sonra başlayan və yaş artdıqca artır. O qoxu və gigiyena kimi səbəblərdən qadınların sosial həyatının məhdudlaşmasına səbəb olan vacib bir problemdir. Sidik qaçırma problemi genetik olaraq anadangəlmə çanaq dibi əzələlərinin zəifliyi səbəbi ilə də baş verə bilər. Çox sayda doğum etmək, siqaret, piylənmə, qeyri-sağlam qidalanma kimi risk faktorlarının olması sidik qaçırma probleminin daha erkən yaşlarda yaranmasına gətirib çıxarda bilər. 

Bu problemdən qorunmaq üçün sağlam həyat tərzi olduqca vacibdir. Sağlam qidalanma və idman həyat tərzinə çevrilməlidir. İdman, gəzinti və xüsusilə pilates sidik qaçırmadan qorunmaqda əhəmiyyətli faydaları olan idman növləridir. Kegel məşqləri adlanan bir məşq növü ilə vaginal əzələlərin inkişafı sidik qaçırmanın qarşısını almaq üçün təsirli bir üsuldur. Bundan başqa sağlam qidalanma ilə yanaşı, artıq çəki varsa, mütəxəssis nəzarəti altında uyğun pəhriz proqramları ilə arıqlamalısınız. Həmçinin sağlamlığınıza zərər verən vərdişlərdən biri olan siqareti çəkirsinizsə, mütləq buraxmalısınız.

Qadınlarda sidikqaçırmanın əlamətləri nələrdir?

Sidik qaçırma simptomları sidik qaçırmanın növündən asılı olaraq dəyişir. Səbəbləri baxımından sidik qaçırmanın bir çox növləri olsa da, ən çox görülən növləri aşağıdakı kimi sıralanır. 

Stres tipli sidik qaçırma. Bu qrupdakı stres psixoloji stres deyil. Adətən sidik qaçırma qarın içi təzyiqi artıran öskürək, asqırma, gərginlik, ağırlıq qaldırma və s. kimi stresli vəziyyətlərdə baş verir. Bu, sidik kisəsi ilə sidik yolları, yəni sidik kanalı arasındakı bucaq pozulduqda tez-tez baş verən sidik tutmama növüdür. Adətən uşaqlıq yolunda və sidik kisəsində sallanmalardan qaynaqlanır.
 
Urge tipli sidik qaçırma (Çox aktiv sidik kisəsi). Bu vəziyyət isə sidik kisəsi dolu və ya boş olduqda birdən-birə və tualetə çatmazdan əvvəl baş verir. Xüsusilə suyun səsi (məsələn, qabların yuyulması), soyuq içkilər və ya soyuğa məruz qalma bu vəziyyətə səbəb ola bilər. Gözlənilməz vaxtlarda və ya hətta yuxu zamanı baş verə bilən bu vəziyyətdə damla damla və ya çox miqdarda sidik sızması baş verə bilər. Sidik kisəsində kifayət qədər sidik olmadığı halda sidiyə getmə istəyi baş verir. Bu problem ümumiyyətlə obsesivlik səbəbiylə tualetə tez-tez gedərək bu həssaslığı inkişaf etdirmiş insanlarda və ya keçmişdə sidiyi çox saxlayan insanlarda da görülür. Bu insanlarda sidik kisəsi qeyri-iradi olur və tez-tez tualetə getməyə ehtiyac duyurlar. Bu problemə görə meydana gələn sidik qaçırma stres sidik qaçırma ilə tamamilə fərqlidir. Birdən gələn sidik qaçırma dərmanla müalicə oluna bildiyi halda, stres tipli sidik qaçırma adətən cərrahi yolla müalicə olunur.

Qarışıq tip sidik qaçırma. Bu xəstələrdə həm stres, həm də anidən gələn idrar qaçırma birlikdə yaşanır.

Daşma tipli sidik qaçırma. Bu, nadir rast gəlinən nevroloji problemdir. Daşma tipli sidik qaçırmada sidik kisəsi sidiyi hiss etmir. Xüsusilə bu hal diabet xəstəliyi inkişaf etmiş xəstələrdə müşahidə olunur. Müalicəsi olmayan daşma tipli sidik qaçırmada xəstə kişidirsə prostat vəzi, qadındırsa sidik kisəsinin aralıq kateterlə boşaldılması məsləhət görülür.

Qadınlarda sidik qaçırmanın diaqnozu necə qoyulur?

Müalicə üçün müraciət edən xəstələrdə əvvəlcə anamnezi ətraflı araşdırılır. Doğuşların sayı, siqaret çəkmə, çəki vəziyyəti, mövcud xroniki xəstəliklər və məşğuliyyət (ağır iş görüb-görməməsindən asılı olmayaraq) sorğulanır. Çünki qarın içi təzyiqi artıran hallarda sidik qaçırma hallarına daha çox rast gəlinə bilər. Məsələn, əgər xəstədə öskürəyə səbəb olacaq xroniki tənəffüs yolu xəstəliyi varsa, ilk növbədə bu problem müalicə olunmalı və sidik qaçırmağa səbəb olan təzyiq aradan qaldırılmalıdır. Bundan əlavə cinsi həyatı aktiv olmayan qadınlarda sidik saxlamada çətinlik daha çox rast gəlinir. Çünki cinsi həyat qadınlarda çanaq əzələlərini yaxşılaşdırır və sidik qaçırmanın qarşısını alır.

Qadınlarda sidik qaçırmanın müalicəsi nələrdir?

Bu problemlə üzləşən bütün qadınların mütləq əməliyyata ehtiyacı yoxdur. Əvvəlcə xəstənin profili təhlil edilir və sidik qaçırmanın onun həyat tərzinə nə qədər təsiri olduğuna baxılır. Sidik qaçırma problemi olan qadınlara həyat tərzlərində bir sıra dəyişiklik edilməsi tövsiyə edilir və onun nəticələri analız edilir. Əgər görülən tədbirlər təsir etməyibsə, müalicəyə başlanılır. Anidən sidik qaçırma problemi olan xəstələr bu tədbirlərə cavab verə bilmirlərsə, dərman müalicəsi tətbiq olunur. Cərrahi üsuldan ən çox faydalanan xəstə qrupu stres tipli və qarışıq tipli sidik qaçırma problemi olan xəstələr qrupudur. Bu qrup xəstələrdə bəzən əməliyyatdan əvvəl urodinamika adlı test tətbiq olunur. Urodinamik müayinə xüsusilə əvvəllər sidik qaçırm problemindən müalicə almış xəstələrdə aparılır. Daha sonra cərrahi müalicə prosesi planlaşdırılır. Stresli sidik qaçırmada bu test tətbiq edilmir.

Qadınlarda sidik qaçırma problemi ilə bağlı ən çox verilən suallara aşağıda cavab veririk:

Sidik qaçırma problemi nə üçün baş verir?
  • Sidik qaçırma problemi irəli yaşlarda bütün bədən toxumalarının boşalması və sidik kisəsini tutan bağların zəifləməsi ilə birlikdə özünü göstərə bilər. Çox sayda doğum etmə, siqaret, piylənmə və qeyri-sağlam qidalanma kimi risk faktorlarının mövcudluğunda sidik qaçırma xəstəliyi daha erkən yaşlarda müşahidə olunur.

Qadınlarda sidik qaçırma problemi varsa, hansı həkimə müaricət edilməlidir?
  • Qadınlarda idrarqaçırma problemi üçün ginekoloqa müraciət edilməlidir.

Stresdən sidik qaçırma problemi yaranarmı?
  • Stres tipli sidik qaçırma öskürək və asqırma kimi vəziyyətlərdə qarın içi təzyiqin artması səbəbindən baş verir. Stres bölgədəki təzyiqə aiddir. Digər tərəfdən stres digər orqanların, o cümlədən sidik kisəsinin fəaliyyətinə də təsir göstərə bilər.

Qadınlarda sidik qaçırma hamiləlik əlamətidirmi?
  • Sidik qaçırma bəzən hamiləliyin əlaməti ola bilər. Lakin sidik qaçırmanın şiddətindən və tezliyindən asılı olaraq ginekoloqa müraciət edərək diaqnoz qoyulması daha doğrudur.

Qadınlarda sidik qaçırma zərərlidirmi?
  • Sidik qaçırmanın səbəb olduğu psixoloji və sosial çətinliklər insana zərər verə bilər. Digər tərəfdən sidik qaçırmanın arxasında bu vəziyyətə səbəb olan fərqli bir xəstəliyin olması riski də həmişə var. Bu səbəbdən də vaxt itirmədən həkimə müraciət etmək tövsiyə olunur.