Həkim qəbuluna yazıl

Canlı çat

Menopauza Neçə Yaşdan Başlayır? Menopauzanın Simptomu Var?

Menopauza Neçə Yaşdan Başlayır? Menopauzanın Simptomu Var?

Orqanizmdə estrogen hormonunun miqdarı azaldığı üçün yumurtalıqlar kiçilir və çoxalma qabiliyyəti itirilir ki, bu da menstruasiya dövrünün sona çatdığı menopauza dövrü olaraq təyin olunur. Dünyada bu vəziyyətin baş verdiyi yaş 45-55 yaş arasındadır. 40 yaşından əvvəl baş verən bu vəziyyət erkən menopauza sayılır. Onun yaşının təyin edilməsində genetik xüsusiyyətlər və irq, qidalanma, siqaret istifadəsi və sosial-iqtisadi səviyyə kimi faktorlar təsirlidir.

Menopoz nədir?

O, qadının həyatında menstruasiya və ya menstrual dövrün bitdiyi dövrdür. Bu hal menstruasiya olmadan 12 aydan sonra diaqnoz qoyulur. Təbii bioloji proses olaraq təyin olunan menopauza  orta hesabla 40-50 yaşlarında baş verir. O premenopoz adlanan və adətən 3 ilə 8 il arasında davam edən prosesin sonunda baş verir.

Menopozun səbəbi nədir?

Onun səbəbi yumurta folikulunu yetişdirən və buraxan yumurtalığın funksiyasını itirməsi və bunun nəticəsində dövriyyədə estrogen səviyyəsinin azalmasıdır. Bu dövrə keçid tədricən baş verir və tez-tez menstrual dövrünün dəyişməsi ilə başlayır.

Menopozun əlamətləri hansılardır?

Təbii bioloji proses olan bu vəziyyət zamanı yaşana biləcək əlamətlər aşağıdakılar:
  • Menstruasiya qaydasında dəyişiklik
  • Hərarət
  • Gecə tərləmələri
  • Vaginal quruluq və qıcıqlanma
  • Cinsi istəyin azalması
  • Yuxuya getməkdə çətinlik və yuxu vaxtının qısalması
  • Maddələr mübadiləsinin yavaşlaması və çəki artımı
  • Əhval dəyişikliyi və narahatlıq
  • Yorğunluq hissi
  • Saçların incəlməsi və tökülməsi
  • Ürək döyüntüsü
  • Unutqanlıq
  • Baş ağrısı
  • Dərinin quruması
  • Tez-tez sidiyə getmə və sidik qaçırma
Menstruasiya qaydasında dəyişiklik. Bu zaman menstrual qanaxma dərhal dayanmaya bilər. Progesteron və estrogen hormonları bədəndə qeyri-müntəzəm olaraq istehsal olunduğundan, menstruasiya rejimi dəyişir və uzun fasilələrə və ya tez-tez qanaxmaya səbəb olur.

Hərarət. Hərarət ən bariz əlamətləri arasındadır. Bu dövrdə qadınlarda hormonların azalması səbəbindən hərarət baş verə bilər. Üzdə görünən və ya bütün bədənə yayılan hərarətin müddəti insandan insana dəyişir.

Gecə tərləmələri. Sözü gedən vəziyyətin başqa bir əlaməti gecə tərləmələri kimi tanınır. Hormonal dəyişikliklər səbəbiylə, qadınların gecələr tərləməsi ilə oyanmasına səbəb ola bilər.

Vaginal quruluq və qıcıqlanma. Vaginal quruluq onun ən çox görülən simptomlarından biridir. Estrogen hormonu azaldığı üçün bədənin fizioloji quruluşu dəyişdiyinə görə vaginal nəmlik azalıb, quruluq yarana bilər. Bu, sözü gedən hal zamanı vaginal quruluğa səbəb olur.

Cinsi istəyin azalması. Qadınlarda hormon səviyyəsinin azalması səbəbindən onun əlamətləri arasında cinsi istəyin azalması da ola bilər.

Yuxuya getməkdə çətinlik və yuxu vaxtının qısalması. Estrogen hormonunun azalması səbəbindən bu dövrə girdiyiniz zaman yuxuya getmək çətin ola bilər. Bu, qadınlarda yuxu müddətinin qısalmasına və həyat keyfiyyətinin azalmasına səbəb olur.

Maddələr mübadiləsinin yavaşlaması və çəki artımı. Hər ay mütəmadi olaraq baş verən menstrual qanaxma yavaşladıqda və bitdikdə yaranan hormonal balans pozulmasından qadınların maddələr mübadiləsi yavaşlayır. Metabolizmanın yavaşlaması və arıqlamaqda çətinlik çəkmək onun əlamətləri arasındadır.

Əhval dəyişikliyi və narahatlıq. Qadınlarda qıcıqlanma, stress, yuxusuzluq, narahatlıq və təşviş ola bilər. Bu vəziyyət ən çox hormonal pozğunluqlardan qaynaqlanır.

Yorğunluq hissi. Ona keçid zamanı yuxu problemləri tez-tez baş verə bilər ki, bu da baş ağrıları, bədən ağrıları və ya yorğunluq hissi ilə nəticələnir. 

Saçların incəlməsi və tökülməsi. Saç tökülməsi də ifraz olunan hormonların olmaması səbəbindən bu vəziyyəti əlamətləri arasındadır. Estrogen və progesteron hormonlarının təsiriylə saçların seyrəlməsi və tökülməsi baş verir və saç uzanması azalmağa başlayır.

Ürək döyüntüsü. Sözü gedən hal bir çox simptomlarla baş verir və qadının orqanizmində müxtəlif təsirlər buraxır. Bunlardan biri yuxusuzluq nəticəsində meydana gələn çarpıntılar kimi tanınır.

Unutqanlıq. Unutqanlıq əlamətləri orqanizmdə hormon səviyyəsinin azalması ilə əlaqədar yaranır. Premenopauza kimi tanınan dövrdə  estrogen səviyyələri yüksəlir və azalır, bu da balanssızlıq yaradır. Bu balanssizlaıma yaddaşa təsir edir.

Baş ağrısı. Baş ağrısı hormon səviyyələrindəki balanssızlıq və yuxusuzluq səbəbiylə meydana gəlir.

Dəri quruması. Estrogen hormonunun azalması ilə birlikdə dəri səthinin quruması ola bilər. Estrogenin azalması dərinin incəlməsinə, qırışmasına və sallanmasına səbəb olur. Bundan əlavə, dərinin əhəmiyyətli dərəcədə qurumasına və solğunluğuna səbəb olur.

Tez-tez sidik ifrazı və sidik qaçırma. Sözü gedən halın başlaması ilə vaginal bölgədəki toxumalar,bağlar zəifləyir və sidik qaçırma kimi əlamətlər yarana bilər. Bu zaman sidik qaçırmanın ən mühüm səbəblərindən biri sidik kisəsinin vaxtında yığılmamasıdır.

Premenopauzanın   əlamətləri hansılardır?

Daha uzun və ya daha qısa menstrual dövrləri, dövrlər arasında ləkələnmə və ya vaginal qanaxmada dəyişiklikləri ehtiva edən premenopauza adlanan menapauza öncəsi dçvrğn  ilk simptomlarına aşağıdakılar daxildir:
  • Hərarət
  • Gecə tərləmələri
  • Cinsi əlaqə zamanı vajinada quruluq və ağrı
  • Yatmaqda çətinlik
  • Əhval dəyişikliyi səbəbindən narahatlıq
  • Cinsi istəyin azalması
  • Yaddaş və konsentrasiya ilə bağlı çətinlik

Yalançı menopauzanın simptomları hansılardır?

Bəzi sağlamlıq problemləri və dərman istifadəsi səbəbiylə qadınlarda yalançı menopauza baş verə bilər. Bu vəziyyət də menstruasiya dövrünün bir müddət dayanması səbəbindən meydana gəlir. Yalançı dövr əlamətləri aşağıdakı kimi görünə bilər:
  • Əhval dəyişir
  • Saç tökülməsi
  • Bədəndə ağrılarının meydana gəlməsi
  • Çəki artımı
  • Gecə tərləmələri
  • Vaginal quruluq
  • Dərinin quruması


Menopoz risklidirmi?

Kişilərdə və qadınlarda 35 yaşından sonra başlayan sümük əriməsi, ondan sonrakı ilk 4-8 ildə estrogen səviyyəsinin azalması səbəbindən sürətlənir. Zərər həddindən artıq olduqda, bu vəziyyət osteoporoz adlanır və xüsusilə omba, bilək və onurğa sümüklərində sümük qırılması riskini artırır. Orqanizmdə estrogenin azalması, yaşla əlaqədar artan xolesterol və yüksək qan təzyiqi kimi risk faktorlarının birləşməsi və bu dövrdə daha çox oturaq olmaq kimi risk faktorlarının birləşməsi səbəbiylə bu qadınlarda infarkt və insult riski artır.

Menopoz zamanı nə etmək lazımdır?

Hormon terapiyası ilə bu vəziyyətlə bağla şikayətləri azaldıla bilər. Bu zaman dəstəkləyici müalicə şəxsin xüsusiyyətləri, xəstəlik tarixçəsi, şikayətlərin şiddəti, həyat keyfiyyətinin nə dərəcədə təsirləndiyi, istək və gözləntiləri nəzərə alınmaqla təşkil edilməlidir. Hormon terapiyası, yəni bədəndə az və ya artıq istehsal olunmayan hormonların (lazım olduqda estrogen və progesteron) xaricdən tətbiqi sözü gedən hal zamanı şikayətləri aradan qaldıra bilər. Bu müalicələr sistematik olaraq, ağızdan alınan tabletlər, dəriyə tətbiq olunan yamalar və ya tətbiq olunan kremlər şəklində verilə bilər; Bəzi hallarda, yalnız yerli tətbiq olunan vaginal tabletlər və ya kremlər istifadə edilə bilər. Bədənə sistemli şəkildə verilən hormon terapiyası isti basmaları, sümük itkisi və sınıq riskini, həmçinin kolon xərçəngi riskini azaldır. Həm yerli, həm də sistemli müalicə vaginal quruluğu və əlaqədar şikayətləri aradan qaldırır. Yalnız estrogen terapiyası bəzi xərçəng riskini artıra bilər. Belə ki uşaqlıq divarının qalınlaşmasına və uşaqlıq xərçənginə səbəb ola bilər. Hormon tərkibli müalicələrlə infarkt, dərin damar trombozu və insult riskində, süd vəzi xərçəngi və sidik kisəsi xərçəngi riskində cüzi artım ola bilər. Bu səbəblə şəxsi xüsusiyyətlər qiymətləndirilməli, lazımi müayinə və analizlər aparılmalı, uyğun şəxslərdə həkim nəzarəti altında müalicəyə başlanılmalıdır. Sağlam bir proses üçün müntəzəm idman mütləqdir! 

Bu vəziyyət zamanı balanslı və sağlam qidalanma, kifayət qədər kalsium və D vitamini qəbul etmək, siqaret, spirt və digər zəhərli maddələrdən uzaq durmaq, az yağlı və antioksidantlarla zəngin qidalar yemək tövsiyə olunur. Bundan əlavə, müntəzəm idman sümük itkisini yavaşladır və həddindən artıq çəki artımını və buna görə inkişaf edə biləcək ürək xəstəliyi kimi xəstəliklərin riskini azaldır. Müntəzəm olaraq idman edən insanlarda depressiya riski də azalır.

Menopozla bağlı tez-tez verilən suallar nələrdir?

Menopauza zamanı menstrual qanaxma olarsa nə baş verir?
  • Bu zaman hormon səviyyələri dəyişdiyindən, menstrual qanaxma nizamsız olaraq baş verir. Bundan əlavə, ləklənmə ıəklində vagənal qanaxmalar ola bilər. Bəzi aylarda qanaxma çox ağır, digər aylarda isə yüngül və qısa olur.

Menopauzada olan  qadın hamilə qala bilərmi?
  • Bu dövrə girmiş qadınların hamilə qalması mümkün olmaya bilər, çünki məhsuldarlıq və yumurtlama dayanacaq. Amma  əstəsna  hallar da mümkündür.

Menopauza  yaşı neçədir?
  • Təbii bioloji proses olan menopozun yaşı 45-55 yaş arasıdır.

Menopauzaya girdiyinizi necə müəyyən edə bilərsiniz?
  • Menstrual qanaxma formalarının dəyişməsi, qısa və ya uzun müddət davam edən qanaxma, qanaxmanın miqdarının artması və ya azalması, isti basmalar və gecə tərləmələri  dövrün başladığını göstərə bilər.

Menopauzada olan keçmiş qadınlarda cinsi istək varmı?
  • Bu zaman cinsi həvəsdə dəyişiklik olur. Bəzi qadınların cinsi istəyi artsa da, əksəriyyətində azalma müşahidə olunur.

Menopauzaya çatmaq üçün neçə il lazımdır?
  • Qadınların aybaşı dövrlərində dəyişikliklər, hərarət və ya digər simptomlarla qarşılaşa biləcəyi bu nöqtəyə qədər olan illər perimenopauza və ya menopauzaya keçid adlanır. Sözü gedən dövrə keçid adətən 45-55 yaş arasında başlayır. Bu adətən təxminən yeddi il davam edir, lakin 14 ilə qədər çəkə bilər və siqaret, irq və etnik mənsubiyyət də daxil olmaqla, müxtəlif amillər buna təsir göstərir.