Uşaqlarda Qulaq Ağrısı Niyə Olur? Ağrı Təbii Yolla Keçir?
Uşaqlarlada ən çox qarşılaşdığımız xəstəliklər arasında qulaq ağrısını xüsusilə vurğulaya bilərik. Əsasən də payız və qış aylarında soyuqdəymə, yaxud da başqa xəstəliklərin simptomu olaraq uşaqlarda qulaq ağrısı müşahidə olunur.
Uşaqlarda bu problemə səbəb ola xəstəliklər hansılardır?
Otit mediası. Orta qulaqın iltihabı da adlandırdığımız bu xəstəlik uşağın qulağına tez-tez mayenin yığılması və infeksiya ilə əlaqəlidir.
Otitis externa (Üzgüçü qulağı). Xarici qulaqın infeksiyası, adətən uşağı qulağının suya uzun müddət məruz qalması nəticəsində yaranır və iltihaba səbəb olur.
Eustaki borusunun disfunksiyası. Evstaki borusunun funksiyasının pozulması, nəticədə təzyiq balanssızlığı uşağın qulağında diskomforta səbəb olmaqla ağrılar yaradır.
Sinüzit. Bu əksər hallarda uşaqlarda bu ağrılara səbəb olan sinusların iltihabıdır.
Diş çıxarma narahatlığı. Körpələrdə diş çıxarma prosesi bir çox narahatlıqlara səbəb olduğu kimi onun qulaqlarında da qıcıqlanma və ya ağrıya səbəb olur.
Travma və ya zədə. Uşağın qulaq nahiyəsinə təsir edən qəzalar və ya xəsarətlər, o cümlədən qulaq pərdəsinin zədələnməsi uşaqda qulaq ağrısına səbəb olacaq başlıca səbəblərdəndir.
Diş problemləri. Bəzən uşağın ağrıyan dişinin ağrısı çənə düzülüşü ilə qulaqlara da çatmaqla orada ağrı yarada bilər.
Temporomandibular oynaq (TMJ) pozğunluqları. Qulağa yönəldilmiş ağrı ilə nəticələnə bilən çənə birləşməsinə təsir edən amillər uşaqlarda bu problemə səbəb olur.
Bu kimi xüsusi qulaq vəziyyətini bilmək uşağın qulağındakı ağrıya səbəb olan xəstəliyin vaxtında diaqnozuna və məqsədyönlü müalicə və idarəetmə üçün mütləqdir. Bu səbəbdən də sözü gedən problemdə rastlanan an kökündəki hər hansısa bir xəstəliyin olub olmamasını dəqiqləşdirmək üçün pediatra müraciət etmək məsləhətdir.
Uşaqlarda qulaq ağrısının səbəbləri nələrdir?
Əvvəldə də qeyd etdiyim kimi, uşaqdakı qulaq ağrısının səbəbi hər hansısa bir xəstəlik deyil, bir başa qulağın özü ilə bağlı ola bilər.
Bəs qulaq ağrısına səbəb olacaq amillər hansılardır? Gəlin onlarla tanış olaq:
Soyuq havada uşağın qulağının üçün müddət açıq olması uşağın qulağında ağrılar yarada bilir.
Su ilə uzun müddət təmasda olan qulaq, həmçinin çimdikdən sonra uşağın başının təmmiz qurulanmaması uşaqlarda qulaq ağrısı yarada bilər.
Uşağın qulağına oynarkən, yaxud da başqa hallarda yad cisimlərin daxil olması onun qulağında ağrılara səbəb ola bilir və s.

Uşaqlarda qulaq ağrısının simptomları nələrdir?
Bu ağrılar səbəbindən aslı olaraq müxtəlif simptomlarla özünü göstərə bilər. Ona görə də qulaqdakı narahatlığın əsas səbəbini müəyyən etmək üçün bu simptomlara diqqət yetirmək vacibdir:
Qulağını dartmaq və ya onu sıxmaq. Azyaşlı uşaqlar qulaqlarında ağrı və ya narahatlıq hiss etdikdə instinktiv olaraq qulaqlarını darta və ya əlləri ilə sıxa bilərlər.
Ağlama və ya əsəbilik. Uşaqlarda qulaq ağrısı onlarda əhəmiyyətli narahatlığa səbəb ola bilər ki, bu da uşaqları qıcıqlandırmaqla onların tez-tez ağlamalarına və ya əsəbiliyin artmasına səbəb olur.
Yuxuda çətinlik. Qulaq ağrısı uşağın rahat yatmasını çətinləşdirə bilən başlıca narahatlıqlardandır. Çünki uşaqlar qulaqdakı ağrı səbəbilə yuxuya getməkdə çətinlik çəkə və ya gecə tez-tez oyana bilərlər.
Davranışdakı dəyişikliklər. Bu ağrılar onların davranışlarının adi günlərlə müqayisədə dəyişkən olmasına səbəb oa bilər.
Qızdırma. Bəzi hallarda qulaq ağrısı qızdırma ilə müşayiət oluna bilər. Bu, əsasən otit mediası kimi infeksiya əlaməti olaraq özünü göstərir.
Qulaqdan maye drenajı. Uşaqlarda bu ağrıya səbəb olan bakterial infeksiya varsa, qulaqdan irin və ya maye axması ola bilər.
İştahın azalması. Uşağın qulağındakı ağrı və narahatlıq onun iştahının azalmasına səbəb ola bilər. Bu zaman uşaqlar yemək və ya maye qəbul etmək istəmir, nəticədə isə arıqlayır.
Eşitmə çətinliyi. Uşaqda uzun müddət davam edən qulaq ağrısı bəzən müvəqqəti eşitmə itkisi və ya səssiz eşitmə ilə müşahidə oluna bilər.
Qulaq dolğunluğu və ya təzyiq şikayətləri. Azyaşlı uşaqlar bunu ifadə edə bilməsələr də, yuxarı yaşlı uşaqlar ağrı zamanı qulaqlarında dolğunluq və ya təzyiq hisslərini ifadə edə bilərlər.
Balans problemləri. Şiddətli qulaq infeksiyaları daxili qulaqdakı tarazlıq mexanizmini təsir edərək uşaqda koordinasiya və tarazlıq problemlərinə səbəb ola bilər.
Qeyd edim ki, bu simptomlar qulaq ağrısının səbəbindən asılı olaraq dəyişə bilər. Məsələn, qulaq kirinin yığılmasının simptomları uşağın orta qulaq infeksiyası və ya qulaqdakı yad cisimdən fərqli ola bilər. Bu səbəbdən də uşaqda davamlı və ya şiddətli qulaq ağrısı simptomlar varsa və ya yüksək hərarət kimi əlavə əlamətlər müşahidə olunarsa, düzgün diaqnoz və müvafiq müalicə üçün pediatrla məsləhətləşmək lazımdır. Xüsusilə narahatlığını sözlə ifadə etməkdə çətinlik çəkən kiçik uşaqlarda qulaq ağrısı diqqətdən kənarda qalmamalı və həkimsiz müalicə olunmamalıdır.
Uşaqlarda qulaq ağrısı risklidirmi?
Bu vəziyyət geniş yayılan problemlərdəndir və adətən qulaq infeksiyaları, qulaq kiri yığılması və ya diş çıxarma kimi yüngül şərtlərdən qaynaqlanır. Bu vəziyyətlər səbəbilə olan uşaqlarda qulaq ağrısı adətən ağır olmasa da və effektiv şəkildə müalicə oluna bilsə də, uzun müddət davam edən və daha ciddi xəstəliklər səbəbilə olan qulaq ağrısı riskli ola bilər.
Onun risklərinə bunları aid edə bilərik:
Qulaq İnfeksiyaları (Otitis Media). Qulaq infeksiyaları uşaqlarda bu ağrıların ən çox görülən səbəblərindən biridir. Qulaq infeksiyalarının əksəriyyəti ciddi olmasa da və antibiotiklərlə müalicə edilə bilsə də, xroniki və ya təkrarlanan infeksiyalar uşaqda eşitmə itkisi və ya orta qulaqda mayenin inkişafı kimi ağırlaşmalara səbəb ola bilər.
Müalicə olunmayan infeksiyaların fəsadları. Uşaqda qulaq ağrısına səbəb olan qulaq infeksiyaları müalicə olunmazsa, infeksiyanın yaxınlıqdakı strukturlara, o cümlədən mastoid sümüyə (mastoidit) yayılması kimi daha ciddi fəsadlara səbəb ola bilər.
Bu hal xəstəxanaya yerləşdirmə və venadaxili antibiotiklərlə müalicə tələb edə bilən nadir, lakin potensial olaraq ciddi bir vəziyyətdir.
Perforasiya edilmiş qulaq pərdəsi. Bəzi hallarda ağır və ya müalicə olunmayan qulaq infeksiyaları qulaq pərdəsinin deşilməsinə (qulaq pərdəsində dəlik və ya yırtıq) səbəb ola bilər.
Perforasiya edilmiş qulaq pərdəsi əlavə simptomlara səbəb ola bilər ki, bu da əlavə tibbi yardım tələb edə bilər.
Yad cisimlər. Əgər yad cisim qulağa giribsə, həmçinin cism dərhal və düzgün çıxarılmazsa, bu, qulaq kanalının və ya qulaq pərdəsinin zədələnməsi də daxil olmaqla, ağırlaşmalara səbəb ola bilər.
Mastoidit. Daha əvvəl qeyd edildiyi kimi, mastoidit mastoid sümüyünün nadir, lakin ciddi bakterial infeksiyasıdır. Bu müalicə olunmayan və ya müalicəsi yarımçıq olan qulaq infeksiyalarının bir komplikasiyası ola bilər.
Bu vəziyyət əksər vaxt riskli olmasa və effektiv şəkildə idarə oluna bilsə də, əgər uşaqda davamlı və ya şiddətli qulaq ağrısı, yüksək hərarət, davranışında dəyişikliklər varsa və ya başqa əlamətlər varsa, hərtərəfli qiymətləndirmə və müvafiq müalicə üçün həkimə müraciət edilməlidir.
Gecə başlayan qulaq ağrısı zamanı ilk yardım
Gecə saatlarında uşağın qəfil fəryadla oyanması valideynləri ən çox qorxudan hallardan biridir. Belə anlarda təlaşa düşən valideynlər çox vaxt usaqlarda qulaq agrisi zamani ne etmeli deyə qərarsız qalırlar. İlk növbədə panikadan uzaq durmaq və qulaq agrisi zamani ilk yardim addımlarını ardıcıl tətbiq etmək lazımdır. Uşağın başını yastıqla bir qədər hündürə qaldırmaq, qulaq nahiyəsinə quru və isti (qaynar olmayan) dəsmal qoymaq ilkin rahatlama yaradacaq.
Bəs gecənin bir aləmi qulaq agrisi zamani ne etmeli? Əgər ağrı çox şiddətlidirsə və uşaq dayanmadan ağlayırsa, həkimin əvvəlcədən təyin etdiyi, evdə mövcud olan usaq ucun qulaq agrisi dermani (məsələn, uşaqlar üçün uyğun dozada parasetamol və ya ibuprofen tərkibli şərbət) verilə bilər. Dərman təsirini göstərənə qədər uşağı dik vəziyyətdə qucaqda gəzdirmək orta qulaqdakı təzyiqi azaldacaq. Səhər açılan kimi isə mütləq həkim müayinəsinə getmək şərtdir.
Uşaqlarda qulaq ağrısının diaqnozu
Sözü gedən problemin diaqnoz prosessi peşəkar həkimlərimiz və son model aparatlarımız iştirakı ilə bu addımları əhatə edir:
Klinik müayinə. Həkim uşağın qulaq, burun və boğazın hərtərəfli müayinə edir.
Otoskopiya. Daha sonra uşaqlarda qulaq kanalını və qulaq pərdəsini infeksiya, iltihab və ya zədə əlamətləri üçün vizual yoxlamaq üçün otoskopdan istifadə edir.
Timpanometriya. Eustachian borusu funksiyasını qiymətləndirmək üçün orta qulaq təzyiqinin və qulaq pərdəsinin hərəkətliliyinin ölçülməsi.
Eşitmə testləri. Eşitmə qabiliyyətini qiymətləndirmək üçün audiometrik qiymətləndirmələr, xüsusən də qulaq ağrısı eşitmə çətinliyi ilə müşayiət olunarsa.
Təsvir araşdırmaları. Bəzi hallarda qulağın daxili strukturlarını qiymətləndirmək üçün CT və ya MRT kimi görüntüləmə testləri həkim tərəfindən tövsiyə oluna bilər.
Laboratoriya testləri. Uşaqda qulaq ağrısına səbəb kimi infeksiyadan şübhələnilərsə, infeksiyaların mövcudluğunu müəyyən etmək üçün qan testləri verilir.
Dəqiq diaqnoz həkimə qulaq ağrısının əsas səbəbini müəyyən etməyə və uşağın vəziyyətinə uyğun olaraq müvafiq müalicə planını tərtib etməyə imkan verir.
Uşaqlarda qulaq ağrısının müalicəsi necədir?

Bu evdə qulluqla və yaxud da həkimin təyin etdiyi vasitələrlə mümkündür:
Ağrı kəsici dərmanlar. Həkim tərəfindən tövsiyyə olunan ağrıkəsicilərin düzgün doza qaydalarına riayət etməklə istifadə etmək qulaq ağrısını qısa müddətdə aradan qaldıracaq.
İsti kompres. Uşağın ağrıya məruz qalan qulağına 15-20 dəqiqə isti kompres tətbiq etmək bu vəziyyətin aradan qaldırmağa kömək edə bilərsiniz.
Maye qəbulu. Maye qəbulu ümumi sağlamlıq və bədənin bərpasına faydalı olduğuna görə qulaq ağrısına da faydalıdır. Lakin diqqət yetirmək lazımdır ki, uşağın qəbul etdiyi mayelər soyuq olmasın.
Qulaq damcıları. Həkim tərəfindən tövsiyə olunduğu halda müalicə zamanı qulaq damcılarından istifadə etmək olar.
İstirahət. Uşaqlarda bu vəziyyət zamanı bədənin bərpasına və sağalmasına imkan vermək üçün uşağın istirahət etməsinə şərait yaradın.
Yüksək baş mövqeyini saxlamaq. Uşağın başını yatarkən yüksək tutmaq qulaq ağrısını azaltmağa kömək edir.
Qıcıqlandırıcılardan qaçınmaq. Tütün tüstüsü və digər ətraf mühit qıcıqlandırıcılarına məruz qalmanın minimuma endirilməsi uşağın qulaq ağrısını da azalda bilər.
Çiynəmə və udma. Uşaqlarda qulaq ağrısı zamanı evstaki borularını açmağa və təzyiqi azaltmağa kömək etmək üçün çeynəmə və udmağı təşviq edin.
Tibbi məsləhətlərə əməl edin. Həkim tərəfindən tövsiyə olunan hər hansı bir təyin edilmiş dərman və ya müalicəyə riayət edin və dərmanların dozasını artırmayın.
Xüsusilə də valideynlərin, xüsusən də davamlı və ya şiddətli qulaq ağrısı hallarında hər hansı bir ev müalicəsi tətbiq etməzdən əvvəl həkimlə məsləhətləşmələri vacibdir. Çünki evdə qulluq tədbirləri uşağın qulaq ağrısı müalicəsində olan əlavələrdir və yalnız həkimin təyin etdiyi müalicəylə bərbər olduqda effektic nəticə verir.
Qulaq ağrısının təbii yolla müalicəsi

Bir çox valideynlər aptek preparatlarından qaçaraq qulaq agrisinin tebii yolla mualicesi üsullarına daha çox güvənirlər. Bəs doğrudan da qulaq agrisi ev seraitinde bitki və yağlarla tam sağala bilərmi? İlıq zeytun yağı, sarımsaq suyu və ya soğan suyu kimi qulaq ağrısı üçün tebii vasiteler xalq təbabətində geniş istifadə olunsa da, mütəxəssislər bu məsələdə çox ehtiyatlı olmağı tövsiyə edirlər.
Xüsusilə, əgər uşağın qulaq pərdəsində kiçik də olsa bir zədə və ya deşilmə varsa, qulağa damcıladılan hər hansı bir maye birbaşa orta qulağa keçərək infeksiyanı daha da ağırlaşdıra bilər. Ona görə də qulaq ağrısı ucun tebii vasiteler axtarışına çıxmazdan əvvəl həkim müayinəsi mütləqdir. Zərərsiz təbii üsul kimi yalnız qulaq ətrafına, çənə və boyun nahiyəsinə edilən yüngül, isti kompresləri qeyd etmək olar.
Diş çıxarma dövrü yoxsa infeksiya? Fərqi necə anlamalı?
Körpələrdə, xüsusən də 6 aylıqdan sonra başlayan diş çıxarma prosesi çox vaxt qulaq ağrısı ilə səhv salınır. Hər iki vəziyyətdə uşaq əlini davamlı qulağına aparır, iştahdan düşür və narahat olur. Bəs əsl problemi və körpələrdə qulaq ağrısı əlamətlərini diş çıxarma əzabından necə fərqləndirək? Diş çıxararkən ağrı daha çox çənədən qulağa doğru yayılır, lakin əsl qulaq infeksiyası zamanı uşaq uzandıqda qulaqdakı təzyiq artdığı üçün ağlama daha da şiddətlənir.
Əgər uşağın hərarəti 38 dərəcədən yuxarıdırsa və qrip, burun axması kimi əlamətlər də varsa, bu böyük ehtimalla infeksiyadır. Valideynlər "bu vəziyyətdə qulaq ağrısına nə etmək olar?" deyə düşünərkən uşağın ağız boşluğunu yoxlamalı, əgər damaqda qızartı və şişkinlik varsa, diqqəti diş ətini rahatlatmağa (soyuq diş qaşıyıcıları ilə) yönəltməlidirlər.
Allergiyaların və qidalanmanın qulaq ağrısına təsiri
Çox az bilinən, lakin uşaqlarda tez-tez təkrarlanan qulaq problemlərinin ən gizli səbəblərindən biri də qida allergiyaları və tənəffüs yolu həssaslığıdır. Xüsusilə inək südü zülalına allergiyası olan uşaqlarda orqanizmdə selik ifrazı artır. Bu artıq selik isə asanlıqla evstaki borusunu tıxayaraq orta qulaqda maye yığılmasına və nəticədə ağrılara gətirib çıxarır.
Əgər uşağınızda qulaq iltihabı tez-tez təkrarlanırsa, sadəcə dərmanlara güvənmək əvəzinə, allergik fonu yoxlatmaq lazımdır. Belə situasiyalarda qulaq agrisina ne etmeli sualının köklü cavabı bəzən sadəcə uşağın pəhrizindən müəyyən allergen (süd məhsulları, qlüten və s.) qidaları çıxarmaqda gizlənir. Sağlam immuniteti dəstəkləyən təmiz qidalanma qulaq sağlamlığının da əsas qoruyucusudur.
Dözülməz ağrı krizləri: qulaq ağrısını necə kəsmək olar?

Bəzən qulaqdakı sızıldama o qədər kəskin və dözülməz olur ki, uşaq qulağına toxunmağa belə icazə vermir. Belə böhran anlarında valideynlərin tək düşüncəsi ev şəraitində "qulaq agrisini nece kesmek olar?" olur. Ağrını sürətlə və effektiv şəkildə kəsmək üçün ən yaxşı üsul uşaqlar üçün nəzərdə tutulmuş sistemik ağrıkəsicilərin (ibuprofen) istifadəsidir. O həm ağrını bloklayır, həm də iltihabı qismən azaldır.
Ağrıkəsici içildikdən sonra təsirini göstərməsi üçün təxminən 20-30 dəqiqə vaxt lazımdır. Bu müddət ərzində uşağı sakitləşdirmək, diqqətini sevdiyi bir cizgi filminə və ya oyuncağa yönəltmək, otağın havasını dəyişmək və qulaq arxasına yüngül masaj etmək prosesi xeyli yüngülləşdirəcəkdir. Unutmayın ki, ağrının kəsilməsi xəstəliyin tam sağalması demək deyil, ertəsi gün pediatr yoxlanışı mütləqdir.
Uşaqlarda qulaq ağrısı zamanı inteqrativ təbabət yanaşması: Ağrının əsas səbəbi araşdırılır, çox zaman keçirilmiş viral infeksiyalardan sonra bakterial ağırlaşma olduqda orta qulağın iltihabı şəklində özünü göstərir. Bu zaman izopatik sanum terapiyalardan, yəni zəif antibakterial preparatlardan istifadə olunur. Bunlar həm daxilə, həm də yerli istifadə olunur. Heç bir yan təsiri yoxdur, əksinə iltihab əleyhinə təsir göstərməklə, eyni zamanda orqanizmin müdafiə sistemini dəstəkləyir.