Böyrək ağrısı nədir?
Böyrək ağrısı, bir insanın böyrəklərinin yerləşdiyi bölgədən yaranan narahatlığa verilən addır və tibbi problemin əlamətidir. Bel nahiyəsindən başlayıb qarının aşağısına yayılan ağrı kimi təsvir edilir. Ancaq bu bölgələrdə ağrı həmişə böyrək probleminin əlaməti deyil. Bu ağrı bel ağrısı ilə asanlıqla qarışdırmaq olar. Bu tip ağrı, bel ağrısı ilə müqayisədə necə hiss etdiyi və harada yerləşdiyi ilə bağlı bəzi fərqlərə malikdir.
Böyrək ağrısının bir çox mümkün səbəbi var, bəziləri çox ciddi tibbi problemlərin göstəricisidir. Böyrəklərdən qaynaqlandığı düşünülən ağrılar üçün həkimə müraciət olunması tövsiyə olunur.

Böyrək ağrılarının səbəbi nələrdir?
Böyrək ağrısının bir çox mümkün səbəbləri var. Bu səbəblər arasında başlıcaları, böyrək infeksiyası, böyrək daşı, böyrək kistası, böyrəklərin polikistozu, hidronefrozudur.
- Böyrək İnfeksiyası
Böyrək infeksiyasının ən çox görülən simptomları arasında ürəkbulanma, küt ağrı, sidik ifrazı zamanı yanma və ya ağrı, sidikdə qan və ya irin, kəskin ağrı, pis qoxulu və ya bulanıq sidik, qusma, bel və ya qasıq nahiyəsində ağrı, titrəmə və qızdırma daxildir. Bu simptomları olan şəxslərin dərhal həkimə müraciət etmələri tövsiyə olunur.
Bir çox hallarda infeksiyanın növünü müəyyən etmək və düzgün müalicəni aparmaq üçün müayinə üçün sidik nümunəsi götürülür. Bu infeksiyalar adətən bakteriya növünə uyğun antibiotiklərlə müalicə olunur. Daha ağır hallarda, fərdin venadaxili antibiotik və maye qəbul etmək üçün xəstəxanaya getməsi lazım gəlir.
- Böyrək daşı
Böyrəklərdə zamanla duzlar və minerallar yığılaraq kiçik çöküntülər əmələ gətirdikdə böyrək daşları yaranır. Bu daşlar zamanla daha da böyüyə bilir.
Daha böyük böyrək daşları sidik yolları ilə böyrəklərdən sidik kisəsinə keçdiyi üçün narahatlıq yarada bilir və böyrək və ya sidik yollarında ilişib qalırlar. Böyrək daşlarının əlamətlərinə sidikdə qan, sidik ifrazı zamanı ağrı, qusma, ürəkbulanma, bel və ya qarın nahiyəsində çox kəskin ağrılar daxildir. Normalda, kiçik böyrək daşlarını dərman müalicəsi ilə xaric ola bilər.
Böyük böyrək daşları üçün həkim bəzən müxtəlif müalicə üsullarını tövsiyə edir. Bunlara şok dalğalarının böyrək daşlarını parçaladığı “şok dalğası litotripsisi”, həkimin böyrək daşlarını görmək və kiçikləri çıxarmaq üçün ureteroskop adlı alətdən istifadə etdiyi ureteroskopiya və daşları əritməyə kömək edən xüsusi dərmanlar daxildir.
- Böyrəklərin polikistozu
Xoşxassəli və ya xərçəng riski olmayan kistlər adətən maye ilə dolu kisələrə verilən addır. Böyrək kistləri bir və ya hər iki böyrəkdə əmələ gələ bilir və adətən heç bir simptoma səbəb olmur.
Həddindən artıq böyüyən, yırtılan və ya yoluxmuş bir kist atəş, nahiyədə həssaslıq və ya kəskin ağrı, qarnın yuxarı hissəsində, yanda və ya arxada ağrı kimi əlamət və simptomlara səbəb olur. Kiçik kistlər adətən müalicə tələb etmir. Müalicənin zəruri olduğu hallarda, həkiminiz sizin üçün xüsusi bir müalicə planı tətbiq edəcəkdir.
Polikistik böyrək xəstəliyi
Polikistik böyrək xəstəliyi və ya qısaca PKD, bir və ya hər iki böyrəkdə bir neçə kistanın meydana gəlməsinə səbəb olan genetik bir vəziyyətə verilən addır. Polikistik böyrək xəstəliyi fərdin böyrəklərinin formasını dəyişdirə bilər və böyrək çatışmazlığı kimi digər problemlərə səbəb ola bilər.
Polikistik böyrək xəstəliyinin əlamətlərinə, tək və ya cüt böyrəkdə ağrı, sidik yollarının infeksiyası, sidikdə qan və yüksək qan təzyiqi daxildir.
Polikistik böyrək xəstəliyinin simptomlarına aşağıdakıları aid etmək olar:
Polikistik böyrək xəstəliyi kistləri böyüyənə qədər diqqətdən kənarda qalması mümkündür. Polikistik böyrək xəstəliyinin müalicəsi adətən yüksək qan təzyiqinin səbəb olduğu böyrək zədələnməsini yavaşlatmaq üçün dərman qəbul etməyi əhatə edir. Əlavə olaraq, siqareti tərgitmək və ya azaltmaq, gündə ən azı 30 dəqiqə fiziki fəaliyyətlə məşğul olmaq, hər gecə 7-8 saat yatmaq, sağlam, balanslı pəhriz yemək, artıq çəki varsa çəkini azaltmaq və ya sağlam çəkini saxlamaq kimi həyat tərzində dəyişikliklər etmək vəziyyəti müalicə etməyə kömək edən mümkün variantlar arasındadır.
- Hidronefroz: Hidronefroz və ya yuxarı sidik yollarında genişlənmə, böyrəklərdə sidik toplanmasına səbəb olan vəziyyətə verilən addır. Bu vəziyyət adətən sidik yollarının tıxanması və sidiyin böyrəklərdən tamamilə axmasına mane olduqda baş verir. Bir çox hallarda hidronefroz böyrək daşı və sidik yollarının anadangəlmə qüsurlarında olur.
Hidronefroz həmişə əlamət və ya simptomlara səbəb olmur, onun əsas əlaməti böyrək və ya qasıq nahiyəsində ağrıdır. Bundan əlavə, qızdırma, sidik kisəsini tam boşalta bilməmək, ürəkbulanma və sidiyə getmə istəyinin artması bu vəziyyətin əlamətlərindəndir.
Bir çox hallarda, böyrəklərin boşalması üçün əvvəlcə vəziyyətə səbəb olan problemi müalicə etmək lazımdır. - Böyrək arteriyasının aterosklerotik stenozu: Böyrək arteriyasının aterosklerotik stenozu və ya qısaca RAS, böyrəklərə qan aparan damarın daralmasına verilən addır. Bu vəziyyət müalicə olunmazsa, bədəndəki qan təmizlənmədiyi üçün böyrəklər, beyin və ürək zədələnə bilir. Böyrək arteriyasının aterosklerotik stenozunun müalicəsi fərdin ümumi ürək-damar sağlamlığını yaxşılaşdırmaq üçün həyat tərzi dəyişiklikləri və qəbul edilən dərmanların birləşməsini əhatə edir. Lazım gələrsə, cərrahi müdaxilə edilməlidir.
- Böyrək xərçəngi: Böyrəkdəki şişlər erkən dövrdə adətən heç bir narahatlığa səbəb olmur. Bununla belə, sonrakı mərhələlərdə, xərçəng pisləşdikcə, yan, arxa və ya qarın bölgəsində davamlı və ya daha az intensiv ağrı hiss edə bilərsiniz. Bu vəziyyətdə böyrək xərçənginin müalicə üsulları tətbiq edilməlidir.
- Böyrək zədələnməsi: Futbol, boks, at sürmə və ya basketbol kimi güclü təmas fəaliyyətləri bir insanı travma səbəbiylə böyrək zədələnməsi riski ilə üz-üzə qoyur. Belə bir vəziyyətdə, narahatlıq qarının hər iki tərəfində və ya bel nahiyəsində baş verir. Zədənin şiddətindən asılı olaraq ağrı yüngül və ya çox güclü olur.
Böyrək ağrısının simptomları və növləri hansılardır?
Bu ağrının ən əhəmiyyətli əlaməti böyrəkdə və ətrafında hiss olunan ağrıdır. Ağrının şiddətindən və yerindən asılı olaraq onun səbəbi haqqında bir fikir əldə etmək mümkündür.
Böyrək ağrısı növlərinə daxildir:
- Dalğa şəklində gələn kəskin
- Şiddətli ağrı
- Adətən yalnız bir tərəfdən
- Nadir hallarda ikitərəfli
- Adətən daimi olan küt ağrı
- qarın nahiyəsində ağrı
- Qasıq nahiyəsinə və ya qarın boşluğuna yayılan ağrı.
Böyrək ağrısı ilə baş verə biləcək digər əlamətlər və simptomlar ağrının səbəbindən asılıdır. Bu ağrı ilə baş verə biləcək digər simptomlar arasında ağrılı sidik ifrazı, qızdırma, , qanlı sidik və qusma daxildir.
Böyrək ağrsında diaqnostika üsulları
Bir insanın böyrək ağrısını müalicə etmək üçün həkim əvvəlcə ağrının səbəbini öyrənməlidir. Ağrının səbəbini müəyyən etmək üçün fərdi fiziki müayinə keçirən həkim, fərdin xəstəlik tarixini öyrəndikdən sonra bir və ya bir neçə test təyin edir.
Bu testlərə sidikdə qan, zülal, yüksək ağ qan hüceyrələrinin sayı və müəyyən böyrək problemlərinin digər əlamətlərini yoxlamaq üçün laboratoriya sidik testləri, həmçinin böyrəklərdə və sidik yollarında böyrək daşları və ya digər fiziki müayinə üçün ultrasəs və ya KT testləri daxildir.