Metabolizm nədir?
Metabolizm orqanizmin həyatı davam etdirməsi üçün zəruri olan bütün kimyəvi reaksiyaların cəmidir. Bu kimyəvi reaksiyalar bədəndə enerji istehsalı, böyümədən hüceyrələrin bərpa olmasına cavabdeh olan funksiyalara qədər müxtəlif bioloji prosesləri əhatə edir. Metabolizm bir çox mürəkkəb proseslər nəticəsində qidanın enerjiyə çevrilməsinə, hüceyrələrin qurulmasına və bədən funksiyalarının saxlanmasına imkan yaradır.

Metabolizm iki əsas komponentdən ibarətdir:
- Anabolizm
- Katabolizm
Katabolizm bədəni enerji ilə təmin etmək üçün qida maddələrinin parçalanması ilə əlaqədardır. Karbohidratlar, yağlar və zülallar enerji istehsal etmək üçün parçalanır.
Maddələr mübadiləsinin sürəti bir çox amillərdən asılıdır. Genetik faktorlar, yaş, cins, əzələ kütləsi, qidalanma vərdişləri və fiziki fəaliyyət səviyyəsi kimi faktorlar maddələr mübadiləsi sürətini müəyyən edir. Bazal metabolizm dərəcəsi (BMR) bir insanın istirahətdə xərclədiyi minimum enerji miqdarıdır və bu, bədən çəkisi, yaş və cinsdən asılı olaraq dəyişir.
Metabolik sağlamlığı qorumaq və bədən funksiyalarını nizamlı saxlamaq üçün sağlam qidalanma, müntəzəm fiziki fəaliyyət və bədən çəkisini nəzarətdə saxlamaq vacibdir. Bundan əlavə, metabolik pozğunluqların tanınması və müalicəsi tələb olunur, çünki bu cür pozğunluqlar ciddi sağlamlıq problemlərinə səbəb gətirib çıxarır.
Metabolik pozğunluqlar nədir?
Metabolik pozğunluqlar orqanizmdə kimyəvi reaksiyaların normadan kənara çıxması nəticəsində yaranan sağlamlıq problemləridir. Bu reaksiyalara qida maddələrinin enerjiyə çevrilməsi, hüceyrələrin qurulması və bədən funksiyalarının tənzimlənməsi kimi fundamental proseslər daxildir. Metabolik pozğunluqlar bu proseslərin birində və ya bir neçəsində problem olduqda inkişaf edir. Bu cür pozğunluqlar genetik faktorlar, ətraf mühit faktorları nəticəsində baş verir.
Tibbə məlum olan müxtəlif növ metabolik pozğunluqlar var. Yazımızın bu hissəsində bunlardan bəziləri ilə tanış olacağıq.
- Şəkər mübadiləsi pozğunluqları
- Yağ metabolizmasının pozğunluqları
- Amin turşuları mübadiləsinin pozğunluqları
- Üzvi turşu maddələr mübadiləsi pozğunluqları
- Glikogen saxlama xəstəlikləri
Bu nadir genetik xəstəliklər, glikogen adlanan polisaxaridin normaldan fərqli şəkildə saxlandığı zaman inkişaf edir. Bu xəstəliklərin müxtəlif növləri var.
Metabolik pozğunluqlar çox vaxt genetik meyllə əlaqələndirilir, lakin bir çox hallarda ətraf mühit faktorları da təsirli olur. Erkən diaqnoz və müvafiq müalicə bir çox metabolik pozğunluqların təsirlərini yüngülləşdirir və ya nəzarət edir. Müalicə çox vaxt xüsusi dietlər, dərmanlar və ya digər tibbi müdaxilələrdən ibarətdir.
Ən çox rast gəlinən metabolik pozğunluqlar
Ən çox görülən metabolik pozğunluqlara diabet, yüksək xolestrin və polikistik yumurtalıq sindromu kimi nümunələr gətirə bilərik.
Yüksək xolesterin bədəndəki xolesterol səviyyəsinin normadan yüksək olduğu vəziyyətdir. Yüksək xolesterol ateroskleroz (damarların sərtləşməsi) və ürək xəstəlikləri riskini artırır.
Polikistik Yumurtalıq Sindromu (PCOS) qadınlarda hormonal balanssızlığa səbəb olan və yumurtalıqların tez-tez böyüdüyü və kistik formasiyalar ehtiva etdiyi bir vəziyyətdir. PCOS menstrual dövrünün pozulması, tüklənmənin artması, çəki artımı və sonsuzluq kimi simptomlara səbəb olur.
Digər metabolik pozğunluğa Fenilketonuriyanı missal göstərə bilərik. Fenilalaninin amin turşusunun bədəndə normal şəkildə parçalana bilmədiyi və yığıldığı nadir genetik xəstəlikdir. PKU olan insanlar xüsusi bir diyetə ehtiyac duyurlar.
Tirozinemiya da metabolic pozğunluqdur. Hansı ki, tirozinin bədəndə anormal şəkildə yığıldığı nadir bir genetik xəstəlikdir. Bu vəziyyət qaraciyər, böyrək və digər orqanların zədələnməsinə səbəb olur.
Glikogen saxlama xəstəlikləri zamanı qlikogenin saxlanmasının normadan fərqli olduğu bir qrup nadir genetik xəstəlikləri əhatə edir. Məsələn, Pompe, McArdle və Gaucher xəstəliyi.
Bu metabolik pozğunluqların çoxu genetik meyllə əlaqələndirilir, lakin həyat tərzi faktorlarını da unutmamalıyıq. Erkən diaqnoz və müvafiq müalicə bu xəstəliklərin təsirlərini yüngülləşdirir və ya nəzarət altına alır. Buna görə mütəmadi olaraq sağlamlığınızı yoxlamaq və həkimin tövsiyələrinə əməl etmək vacibdir.
Metabolik pozğunluqların səbəbləri
Metabolik pozğunluqların səbəbləri müxtəlifdir və onların fərqli səbəbləri var. Çox vaxt metabolik pozğunluqların arxasında genetik, ətraf mühit və həyat tərzi faktorlarının birləşməsi dayanır.
Metabolik pozğunluqların ən çox bilinən 9 səbəbi ilə tanış olaq:
- Genetik faktorlar:
Ailə tarixinə maddələr mübadiləsinə təsir edən genetik faktorlar daxildir. Məsələn, ailədə 2-ci tip şəkərli diabet olan insanlar bu xəstəliyə daha çox meylli ola bilirlər. - Piylənmə:
Artıq çəki və ya piylənmə orqanizmdə insulinin effektivliyini azalda bilir və tip 2 diabet riskini artırır. - Balanssız qidalanma:
Qeyri-sağlam qidalanma vərdişləri, yüksək şəkər və yüksək yağlı qidaların istifadəsi də metabolik pozğunluqlara səbəb olur. Rafine şəkərin və paket (hazır) qidaların həddindən artıq qəbulu qan şəkəri və xolesterol səviyyələrinə təsir edir. - Fiziki hərəkətsizlik:
Qeyri-kafi fiziki fəaliyyət piylənməyə səbəb olur və tip 2 diabet kimi metabolik pozğunluqların inkişaf riskini artırır. - Stress:
Xroniki stress kortizol kimi stress hormonlarının artmasına səbəb gətirib çıxarır. Bu hormonlar qan şəkərinə və maddələr mübadiləsinə təsir göstərir. - Ətraf mühit faktorları:
Bəzi ətraf mühit faktorları xüsusilə endokrin sistemə mənfi təsir göstərir. Bu amillərə endokrin sistemi pozan kimyəvi maddələr, ağır metallar və bəzi dərmanlar daxildir. - Hormonal dəyişikliklər:
Hormonal dəyişikliklər metabolik pozğunluqların əsas səbəblərindən biridir. Məsələn, polikistik yumurtalıq sindromu kimi hormonal pozğunluqlar insulin müqavimətini artırır. - Tibbi şərtlər:
Bəzi tibbi vəziyyətlər, xüsusən də tiroid problemləri və Cushing sindromu kimi endokrin xəstəliklər metabolik problemlərə səbəb olur. - Dərmanlar:
Bəzi dərmanlar maddələr mübadiləsinə mənfi təsir göstərir. Məsələn, kortikosteroidlər kimi dərmanlar qan şəkərinin səviyyəsini artırır.
Metabolik pozğunluqların idarə edilməsi və müalicəsi tez-tez həyat tərzi dəyişiklikləri, pəhriz nəzarəti, müntəzəm məşq və dərman müalicəsini əhatə edir. Buna görə də maddələr mübadiləsi pozğunluqlarının müalicəsində sağlam həyat tərzinə yiyələnmək və həkim tövsiyələrinə əməl etmək vacibdir.
Metabolik pozğunluqların öhdəsindən gəlməyin yolları
Metabolik pozğunluqların öhdəsindən gəlmək üçün aşağıda sadalanan tövsiyələrə və həyat tərzində etəməli olduğunuz dəyişikliklər kömək edəcəkdir:
- Sağlam qidalanma metabolik pozğunluqların idarə edilməsində mühüm rol oynayır. İdeal olaraq, balanslaşdırılmış pəhriz işlənmiş qidalardan qaçmalı və lif, təzə tərəvəz və meyvələr kimi sağlam qidalar seçilməlidir. Sağlam qida ilə bərabər, fiziki fəaliyyət çəkiyə nəzarət edir, insulin müqavimətini azaldır və maddələr mübadiləsinə müsbət təsir göstərir. Həftədə ən azı 150 dəqiqə orta aerobik məşq və ya 75 dəqiqə güclü aerobik məşq etmək tövsiyə olunur.
- Çəkini azaltmaq.Piylənmə metabolik pozğunluqlar riskini artırır. Buna görə çəki nəzarəti təmin edilməlidir. Sağlam bir kilo itkisi qan şəkərinin səviyyəsini və ümumi sağlamlığı yaxşılaşdıracaqdır. Bəzən xroniki stress kortizol səviyyəsini artıra və maddələr mübadiləsinə mənfi təsir göstərir. Stress idarə üsulları stresin öhdəsindən daha yaxşı gəlməyə kömək edən amillərdəndir.
Müntəzəm olaraq həkim nəzarətindən keçib, müayinə olun. Həkimin tövsiyəsi ilə təyin olunan dərmanlar metabolik pozğunluqları idarə etməyə kömək edir. Bu dərmanlar insulin müqavimətini azaldır və ya qan şəkərinin səviyyəsini tənzimləyir.
- Zərərli vərdişlərdən uzaqlaşmaq. Tütün və alkoqol istifadəsinin məhdudlaşdırın. Siqaret çəkmək və həddindən artıq spirt istehlakı metabolik pozğunluqları daha da pisləşdirir. Ona görə də bu zərərli vərdişlərdən çəkinmək lazımdır.
- Yuxu rejimini normallaşdırmaq. Qeyri-kafi yuxu da metabolik pozğunluqlar riskini artırır. Hər gecə kifayət qədər yatmağa çalışın.
- Kifayət qədər maye qəbulu.Kifayət qədər su içmək böyrəklərin və bədənin ümumi sağlamlığı üçün vacibdir. Xüsusilə daş əmələ gəlməsi riski olan insanlar üçün su istehlakı artırılmalıdır.
Sağlam olun!