Quru Öskürəyin Səbəbi Nədir? Quru Öskürək Necə Müalicə Olunur?
Quru öskürək bəlğəm əmələ gətirməyən və boğazda qıcıqlanma hissi ilə olan öskürək növüdür. Soyuqdəymə və allergiyadan tutmuş daha ciddi tənəffüs xəstəliklərinə qədər müxtəlif amillər bu öskürəyə səbəb olur.
Quru öskürəyin səbəbləri nədir?

Bu ümumi sağlıq probleminin bir çox səbəbi var. Onlara daxildir:
Tənəffüs yollarının infeksiyaları
Allergiyalar
Astma
Siqaret və siqaret tüstüsü
Reflüks xəstəliyi (GERD)
Ətraf mühit faktorları
Dərmanların yan təsirləri
Psixogen amillər
Tənəffüs yollarının infeksiyaları. Soyuqdəymə, qrip və sinüzit kimi yuxarı tənəffüs yollarının infeksiyaları öskürəyə səbəb olan əsas amildir. Bu infeksiyalar adətən viral olur və boğazla burun keçidlərində qıcıqlanmaya səbəb olmaqla öskürək yaradır.
Allergiyalar. Polen, toz, kif və heyvan tükü kimi allergenlər quru öskürəyə səbəb olur.
Astma. Astma tutması zamanı bu öskürək tez-tez olur. Bu zaman öskürək adətən xırıltı və nəfəs darlığı ilə müşayiət olunur.
Siqaret və siqaret dumanı. Siqaret və onun tüstüsü tənəffüs yollarını qurudur və daimi öskürək yaradır.
Reflüks xəstəliyi (GERD). Qastroezofageal reflü xəstəliyi (GERD) mədə turşusunun özofagusa sızması zamanı baş verir və boğazda qıcıqlanmaya, xüsusilə uzanan zaman quru öskürəyə səbəb olur.
Ətraf mühit faktorları. Havanın çirklənməsi, kimyəvi buxarlar və quru hava kimi ətraf mühit amilləri tənəffüs yollarının qıcıqlanmasına səbəbdir.
Ən çox qış aylarında qapalı məkanların həddindən artıq isti olması havanı qurudur və öskürəyi artırır.
Dərmanların yan təsirləri. Bəzi dərmanlar, xüsusən də yüksək qan təzyiqini müalicə etmək üçün istifadə edilən ACE inhibitorları yan təsir olaraq öskürəyə səbəb olur.
Psixogen amillər. Bəzi insanlarda stres və narahatlıq səbəbilə öskürək müşahidə olunur. Psixogen öskürək adətən stresli vəziyyətlərdə artır və narahatlıq keçdikdə azalır.
Quru öskürək adətən zərərsizdir və öz-özünə keçir. Ancaq üç həftədən çox davam edərsə və nəfəs darlığı, sinə ağrısı və ya qanlı bəlğəm kimi ciddi simptomlarla müşayiət olunarsa, bu daha ciddi xəstəliyin əlaməti ola bilər. Belə halda həkimə müraciət edilməlidir.
Niyə məhz gecə saatlarında öskürək daha da şiddətlənir?
Xəstələrin ən çox şikayət etdiyi və yuxu rejimini tamamilə pozan məqamlardan biri də məhz geceler quru oskurek tutmalarının kəskinləşməsidir. Bunun əsas səbəbi insanın uzandığı zaman cazibə qüvvəsinin təsiri ilə burun arxasına sızan seliyin və ya mədə turşusunun boğazı daha çox qıcıqlandırmasıdır. Bundan əlavə, yataq otağında havanın rütubət səviyyəsinin aşağı olması, ağızdan nəfəs alma vərdişi və yataqdakı toz gənələri (miterlər) də gecə saatlarında boğazın qurumasına, nəticədə şiddətli krizlərə yol açır.
Quru öskürək hansı ciddi xəstəliklərin əlamətidir?
Uzun müddət davam edən və ya digər simptomlarla müşayiət olunan quru öskürək ciddi sağlamlıq probleminin əlaməti ola bilər. Belə öskürəyin əlaməti ola biləcək bəzi ciddi xəstəliklər bunlardır:
Ağciyər xərçəngi. Ağciyər xərçənginin ilkin əlamətlərindən biri öskürəkdir. Xüsusilə siqaret çəkənlərdə uzun və davamlı öskürək sinə ağrısı, kilo itkisi və nəfəs darlığı kimi əlamətlərlə müşayiət olunarsa, həkimə müraciət edilməlidir.
Xroniki obstruktiv ağciyər xəstəliyi (XOAH). XOAH xroniki bronxit və amfizem kimi tənəffüs xəstəliklərini əhatə edən vəziyyətdir.
Ürək çatışmazlığı. Ürək çatışmazlığı ürəyin bədənə kifayət qədər qan pompalaya bilməməsidir. Bu hal ağciyərlərdə mayenin yığılmasına və bu öskürəyə səbəb olur.
Vərəm. Vərəm Mycobacterium tuberculosis bakteriyalarının yaratdığı ciddi yoluxucu xəstəlikdir. Onun simptomlarından biri xroniki quru öskürəkdir. Bu öskürək gecə tərləmələr, çəki itkisi və qızdırma kimi simptomlarla birlikdə olur.
İnterstisial ağciyər xəstəliyi. İnterstisial ağciyər xəstəliyinə ağciyər toxumasının iltihabı və çapıqlaşması ilə xarakterizə olunan bir qrup xəstəliklər daxildir.
Bu xəstəlik ağciyərlərin elastikliyini itirməsinə və xroniki öskürəyə səbəb olur.
Ağciyər fibrozu. Ağciyər fibrozu ağciyər toxumasının sərtləşməsi və qalınlaşması ilə xarakterizə olunan ciddi xəstəlikdir.
Ağciyər fibrozu öskürəyə və ağır nəfəs darlığına səbəb olur ki, bunlara vaxtında müdaxilə olunmasa və xəstəlik irəliləsə, oksigen terapiyası tələb oluna bilər.
Ağciyər emboliyası. Ağciyər emboliyası ağciyərlərdə bir arteriyanın qan laxtası ilə bağlanmasıdır. Bu vəziyyət qəfil və şiddətli nəfəs darlığına, sinə ağrısına və öskürəyə səbəb olur.
Lenfoma. Lenfoma limfa sistemində başlayan xərçəng növüdür. Limfa düyünləri ağciyərlərə təzyiq etdikdə xroniki öskürək müşahidə olunmağa başlayır.
Bu xəstəliklərin əsas əlamətləri arasında xroniki quru öskürək xüsusi yer tutur. Ona görə öskürək olan zaman dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün həkimə müraciət etməyiniz məsləhətdir.
Boğazdakı həssaslıq və qıcıqlandırıcı öskürəyin mexanizmi
Bəzən keçirilmiş bir virus infeksiyası tamamilə sağalsa belə, arxada aylarla davam edən qıcıqlandırıcı öskürək qoyub gedir. Bu vəziyyət boğaz və tənəffüs yollarındakı sinir uclarının həddindən artıq həssaslaşması (post-viral hiperreaktivlik) nəticəsində yaranır. Hətta kiçik bir toz dənəciyi, soyuq hava axını, kəskin ətir qoxusu və ya sadəcə yüksək səslə danışmaq belə bu sinirləri stimullaşdıraraq ardıcıl öskürək refleksinə səbəb olur.
Boğazda daimi "qıdıqlanma" və ya "tük qalmış kimi" hiss yaradan bu növ öskürək uzun müddət davam etdikdə səs tellərinin zədələnməsinə, səsin batmasına gətirib çıxara bilər. Bu dövrdə boğazı qorumaq üçün çox isti və ya buz kimi soyuq içkilərdən mütləq uzaq durmaq lazımdır.
Quru öskürəyin diaqnozu necə qoyulur?

Quru öskürəyin diaqnozu əsas səbəbi müəyyən etmək və müvafiq müalicəyə başlamaq üçün vacibdir.
Tibbi anamnez və simptomların qiymətləndirilməsi. Həkim müayinəyə öskürəyin müddəti, şiddəti və müşayiət olunan simptomlar haqqında ətraflı məlumatlar alaraq başlayıq.
Fiziki müayinə. Həkim tənəffüs yolları və ümumi sağlamlığı qiymətləndirmək üçün fiziki müayinə keçirəcək. Bu zaman həkim adətən ağciyər səslərini dinləyərək anormallıqları müəyyənləşdirir.
Laboratoriya testləri. Verilən testlərə qan testləri (infeksiya və ya iltihab əlamətlərini aşkar etmək üçün istifadə olunur) və bəlğəm testləri (quru öskürək zamanı arada bəlğəm çıxırsa, bakterial və ya viral infeksiyaları müəyyən etmək üçün bəlğəm nümunəsi götürülür) daxildir.
Görüntüləmə testləri. Ağciyərlərdə və ya tənəffüs yollarında struktur anormallıqları aşkar etmək üçün döş qəfəsinin rentgenoqrafiyası və Kompüterli Tomoqrafiya (KT) istifadə olunur.
Bronxoskopiya. Bronxoskopiya həkimə birbaşa tənəffüs yollarını yoxlamağa imkan verir. Bu prosedur zamanı burun və ya ağızdan tənəffüs yollarına nazik boru (bronxoskop) daxil edilir.
Bronkoskopiya anormallıqları aşkar etmək və zəruri hallarda biopsiya almaq üçün istifadə olunur.
Allergiya testləri. Allergiyadan şübhələndikdə allergiya testləri aparılır. Bu testlər dəri testi və ya qan testi vasitəsilə allergenlərə qarşı həssaslığı ölçür.
Mədənin müayinəsi. Qeyd etdiyimiz kimi qastroezofageal reflü xəstəliyi (GERD) quru öskürrəyə səbəb olur. Bu zaman həmin xəstəlikdən şübhələnildikdə vəziyyətə diaqnoz qoymaq üçün pH monitorinqi və ya endoskopiya kimi testlər aparılır.
Bu üsullardan pasiyentə uyğun olanı istifadə olunur də dəqiq diaqnoz qoyulduqdan sonra müalicəyə başlanılır.
Aptek vasitələrindən necə istifadə etməli?
İnsanlar tez-tez apteklərə müraciət edərək " ən yaxşı öskürək dərmanı hansıdır?" deyə soruşurlar. Lakin bilmək lazımdır ki, hər kəsin fərdi diaqnozuna uyğun tək və sehrli bir oskurek dermani yoxdur. Əgər xəstədə bəlğəm yoxdursa və öskürək xəstəni sadəcə yorursa, mərkəzi sinir sisteminə təsir edərək öskürək refleksini basdıran quru öskürək əleyhinə dərmanlar təyin edilir.
Həkim nəzarəti ilə seçilmiş düzgün quru öskürək üçün sirop boğazdakı iltihabı sakitləşdirir, səthdə qoruyucu təbəqə yaradır və xəstənin rahat yatmasına kömək edir. Quru öskürək zamanı yanlışlıqla bəlğəmgətirici siropların içilməsi isə vəziyyəti daha da ağırlaşdıra və öskürəyi artıraraq boğazı zədələyə bilər.
Nebulayzer cihazları və inhalyasiyanın faydaları
Tənəffüs yollarının dərindən nəmləndirilməsi və lazımi dərmanların birbaşa ağciyərlərə çatdırılması üçün oskurek ucun inqalyasiya (nebulayzer) tətbiqi olduqca müasir və effektiv üsuldur. Xüsusilə allergik, astmatik krizlər və quru spazmlar zamanı inhalyasiya cihazı vasitəsilə fizioloji məhlulun və ya həkimin təyin etdiyi xüsusi damcıların (bronxgenişləndiricilər) buxar şəklində qəbulu tənəffüs yollarındakı daralmanı sürətlə aradan qaldırır.
Ev şəraitində qazanla qaynar suyun üzərinə əyilərək edilən ənənəvi buxar tətbiqləri zamanı isə ehtiyatlı olmaq tələb edilir; çünki həddindən artıq qaynar buxar tənəffüs yollarının həssas selikli qişasını yandıra və iltihabı daha da artıra bilər. Nebulayzerlər isə buxarı soyuq və təhlükəsiz formada ötürür.
Quru öskürəyin müalicəsi necə olur?
Bu vəziyyət ev şəraitində, tibbi üsullarla və inteqrativ təbabətlə müalicə oluna bilər.
Evdə müalicə üsulları. Bura daxildir;
Bol maye qəbulu. Su, bitki çayları və şorba kimi mayelər boğazı nəmləndirir və öskürəyi aradan qaldırır.
Bal. Bir çay qaşığı balı birbaşa yemək və ya ilıq suya əlavə edərək içmək boğazı yumşaldır.
Duzlu su qarqarası. Bir stəkan ilıq suya yarım çay qaşığı duz əlavə edərək qarqara etmək boğazın qıcıqlanmasını azaldır.
Nəmləndiricidən istifadə. Otaqda hava nəmləndirən cihazlar istifadə etmək quru havanın yaratdığı öskürəyi aradan qaldırmağa kömək edə bilər.
Bitki çayları. Adaçayı və çobanyastığı çayı kimi bitki çayları boğazı sakitləşdirir və öskürəyi aradan qaldırır.
Tibbi müalicə üsulları. Həkim müalicə üçün vəziyyətdən asılı olaraq öskürək siropları, dekonjestan, antihistaminlər və steroid spreyləri təyin edilir.
Bu dərmanların hər birinin öz təyinatı olduğundan həkim məsləhəti olmadan istifadə edilməməlidir. Bundan əlavə öskürəyə səbəb başqa xəstəlik olarsa, bu zaman müalicə həmin səbəbi aradan qaldırmağa yönələcək.
İnteqrativ təbabətüsulları. Zəncəfil, sarımsaq, ekinezya çayı və ya əlavələri öskürəyi aradan qaldırmağa effektiv kömək edir. Eyni zamanda akapunktur müalicəsi də öskürəyi aradan qaldırmaqda təsirlidir.
İnteqrativ təbabət üsulunda aromaterapiyadan da istifadə olunur. Bu zaman nanə, evkalipt və lavanda kimi efir yağlarının buxarındə tənəffüs etməklə və ya diffuzordan istifadə edilərək öskürəkdən sağalmaq mümkündür.
Quru öskürəyin səbəbi onun müalicəsində əsas rol oynayır. Bu səbəbdən də öskürək bir neçə günə ev şəraitində keçməzsə, davamlı olarsa və əlavə simplarla müşahidə olunarsa, dəqiq diaqnoz və müalicə üçün həkimə müraciət etməyiniz məsləhətdir.