Dəmir Azlığı Nədir? Dəmir Azlığında Nə Etməliyəm?
Dəmir, oksigenin bütün bədənə daşınmasında mühüm rol oynayan hemoglobinin mühüm tərkib hissəsidir. Hemoqlobin qırmızı qan hüceyrələrində olur və oksigeni ağciyərlərdən bədənin digər hissələrinə daşıyır. Dəmir çatışmazlığı orqanizmin lazım olan qədər oksigeni ala bilməməsinə və müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.Dəmiz azlığı nədir?
Dəmir azlığı bədəndə kifayət qədər dəmir olmadığı zaman meydana gələn bir vəziyyətdir və dəmir əskikliyi bir neçə mərhələdə baş verir:- Dəmir ehtiyatlarının tükənməsi
- Dəmir çatışmazlığı eritropoez
- Dəmir çatışmazlığı anemiyası
Dəmir çatışmazlığı eritropoez. İkinci mərhələdə dəmir ehtiyatları daha da azalır və qırmızı qan hüceyrələrinin istehsalı bu azlıqdan təsirlənir. Ona görə də bu vəziyyətdə hemoglobin səviyyəsi azalmağa başlayır.
Dəmir çatışmazlığı anemiyası. Son mərhələdə bədən kifayət qədər hemoglobin istehsal edə bilmədiyi üçün anemiya inkişaf edir. Bu, bədənin oksigen daşıma qabiliyyətinin kəskin şəkildə azalmasına və fərqli simptomların meydana gəlməsinə səbəb olur.
Dəmir azlığının səbəbləri nələrdir?
Dəmir çatışmazlığı bütün dünyada ümumi sağlamlıq problem kimi qeyd edilir və müxtəlif səbəblərdən yaranır. Əvvəldə də qeyd etdiyimiz kimi, buu vəziyyət bədənin lazımi miqdarda dəmiri qəbul edə bilməməsi və ya istifadə edə bilməməsi nəticəsində inkişaf edir. Dəmir çatışmazlığının əsas səbəbləri bunlardır:- Qeyri-kafi dəmir qəbulu
- Dəmirə ehtiyacın artması
- Dəmirin sorulması problemləri
- Qan itkisi
- Digər səbəblər
Dəmirə ehtiyacın artması. Bəzi hallarda bədənin dəmirə ehtiyacı artır və bu da dəmir çatışmazlığına səbəb ola bilər. Buna missal olaraq uşaqların böyümə mərhələsini, yeniyetməlik dövrünü qeyd etmək olar. Hamiləlik dövründə də qadınların dəmirə ehtiyacı artır, çünki ananın orqanizmi körpənin inkişafı üçün əlavə dəmir təmin edir. Bundan əlavə, intensiv fiziki fəaliyyətlə məşğul olan idmançılar artan enerji ehtiyaclarını ödəmək üçün daha çox dəmirə ehtiyac duyurlar.
Dəmirin sorulması problemləri. Dəmir əskikliyinin başqa bir ümumi səbəbi bədənin kifayət qədər dəmiri qəbul edə bilməməsidir. Bu vəziyyət müxtəlif mədə-bağırsaq pozğunluqları və cərrahi müdaxilələr nəticəsində yarana bilər. Məsələn, çölyak xəstəliyi, bağırsaq keçməməzliyi (hisprung) xəstəliyi, iltihablı bağırsaq xəstəliyi (Crohn xəstəliyi, ülseratif kolit), mədə atrafiyası kimi şərtlər bağırsaqların dəmiri udma qabiliyyətini azaldır. Bundan əlavə, mədə əməliyyatı keçirmiş insanlarda dəmirin udulmasına kömək edən mədə turşusunun azalması səbəbindən dəmirin udulması çətinləşir. Bəzi dərmanlar da dəmirin udulmasına mənfi təsir göstərə bilər.
Qan itkisi. Dəmir əskikliyinin əsas səbəblərindən biri qan itkisidir. Qadınlarda menstruasiya zamanı müntəzəm qan itkisi dəmir ehtiyatlarının tükənməsinə səbəb ola bilər. Xüsusilə menstrual qanaxması çox olan qadınlar bu vəziyyətdən daha çox əziyyət çəkirlər. Bundan əlavə, mədə-bağırsaq traktında qanaxma (məsələn, mədə xorası, hemoroid, kolon xərçəngi) gizli qan itkisinə səbəb ola bilər. Yaralanmalar, cərrahi müdaxilələr və immun sistem pozğunluqları da qan itkisinə və buna görə də dəmir azlığına səbəb ola bilər.
Digər Səbəblər. Bəzi hallarda genetik faktorlar da dəmir əskikliyinə səbəb olur. Məsələn, talassemiya kimi genetik qan xəstəlikləri bədənin dəmirdən istifadə qabiliyyətinə təsir edir. Bundan əlavə, tez-tez qan verən insanlarda dəmir çatışmazlığı riski arta bilər, çünki bədən hər donorluqda müəyyən miqdarda dəmir itirir.
Nəticə olaraq, dəmir əskikliyinin səbəbləri olduqca müxtəlifdir və hər bir şəxs üçün fərqli ola bilər. Bu durumun qarşısını almaq və müalicə etmək üçün dəmirlə zəngin bir pəhrizə riayət etmək, dəmirin udulmasını artıran qidaları yemək və mütəmadi olaraq sağlamlıq yoxlamalarından keçmək vacibdir. Xüsusilə risk altında olan şəxslərə dəmir səviyyələrini mütəmadi olaraq yoxlatdırmaq və lazım gəldikdə dəmir əlavələrindən istifadə etmək tövsiyə olunur.
Dəmir azlığının simptomları nələrdir?
Dəmir azlığının əlamətləri bədənin kifayət qədər oksigen daşıya bilməməsi və zaman keçdikcə daha çox nəzərə çarpması səbəbindən baş verir. Dəmirin az olmasının ümumi əlamətləri bunlardır:- Yorğunluq və zəiflik
- Solğun dəri və dırnaqlarda dəyişikliklər
- Nəfəs darlığı və sürətli ürək döyüntüsü
- Başgicəllənmə və baş ağrısı
- Saç tökülməsi
- Digər Simptomlar
Solğun dəri və dırnaqlarda dəyişikliklər. Dəmir azlığı dəri və dırnaqlarda əhəmiyyətli dəyişikliklərə səbəb olur. Solğun dəri dəmir əskikliyinin klassik əlamətidir və adətən dərinin daxili hissəsində, xüsusən də ovuclarda və alt göz qapağında müşahidə olunur. Bundan əlavə, dırnaqlar kövrək və deformasiyaya uğrayan formada olur.
Nəfəs darlığı və sürətli ürək döyüntüsü. Bədəndə kifayət qədər dəmir olmadıqda onun oksigen daşıma qabiliyyəti azalır, bu da nəfəs darlığına səbəb olur. Xüsusilə məşq və ya fiziki fəaliyyət zamanı nəfəs darlığı və sürətli ürək döyüntüsü hiss edə bilərsiniz. Ürək oksigen çatışmazlığını kompensasiya etmək üçün daha sürətli işləməyə məcbur olur.
Başgicəllənmə və baş ağrısı. Dəmir çatışmazlığı anemiyası beyinə kifayət qədər oksigen çatmaması səbəbindən başgicəllənmə və baş ağrılarına səbəb ola bilər. Xüsusilə qəfil ayağa qalxdıqda və ya fiziki gərginlik zamanı bu əlamətlər daha qabarıq görünür.
Saç tökülməsi. Dəmir saç follikullarının sağlam qalması üçün lazım olan oksigeni təmin edir. Yetərsiz dəmir saç köklərinin zəifləməsinə və saç tökülməsi ilə nəticələnir.
Digər Simptomlar. Dəmir əskikliyinin digər əlamətlərinə ağızın künclərində yaralar, dildə ağrı və şişkinlik, soyuq əllər və ayaqlar, iştahasızlıq daxildir. Bundan əlavə, bəzi insanlar pika adlanan qeyri-qidalı maddələrə həvəslə qarşılaşa bilərlər.
Dəmir azlığının diaqnozu necə qoyulur?
Dəmirin kifayət qədər olmamasını təyin etmək müalicə üçün kritik bir addımdır. Bu proses tibbi tarixin, yəni anamnezin qiymətləndirilməsi, fiziki müayinə və laboratoriya testləri kimi bir neçə addımdan ibarətdir.Tibbi tarix və simptomların qiymətləndirilməsi. Həkim xəstənin tibbi tarixini və mövcud simptomlarını diqqətlə qiymətləndirir. Yorğunluq, zəiflik, nəfəs darlığı və başgicəllənmə kimi simptomlarla bağlı suallar verir. Bundan əlavə, xəstənin qidalanma vərdişləri, menstrual dövrlər, xroniki xəstəliklər və qan itkisi tarixi kimi faktorlar da nəzərə alınır.
Fiziki müayinə. Fiziki müayinə zamanı həkim dərinin rəngini, dırnaqları, ağızın içini və bədənin digər sahələrini yoxlayır. Bundan əlavə, ürək döyüntüsü və nəfəs darlığı kimi ürək-damar simptomları da qiymətləndirilir.
Laboratoriya Testləri. Dəmir çatışmazlığının dəqiq diaqnozu üçün müxtəlif qan testləri aparılır. Bunlara aşağıdakılar daxildir:
- Tam Qan Sayımı (CBC): Hemoqlobin və hematokrit səviyyələri qırmızı qan hüceyrələrinin vəziyyəti haqqında məlumat verir. Aşağı hemoglobin səviyyəsi dəmir çatışmazlığı anemiyasının göstəricisidir.
- Serum Ferritin: Ferritin bədəndə dəmirin yığıldığı zülaldır. Aşağı serum ferritin səviyyələri dəmir ehtiyatlarının tükəndiyini göstərir.
- Serum Dəmir və TİBC: Serum dəmir səviyyəsi və ümumi dəmir bağlama qabiliyyəti (TİBC) ölçüləri bədəndəki dəmirin ümumi miqdarını və dəmir daşıma qabiliyyətini qiymətləndirir. Aşağı serum dəmiri və yüksək TIBC səviyyələri dəmirin kifayət qədər olmadığını göstərir.
- Transferrin saturasiyası: Transferrin saturasiyası bədəndə dəmir daşıma qabiliyyətini təyin edir. Aşağı transferrin saturasiyası dəmir əskikliyinin əlamətidir.
Əlaqəli məqalə: Uşaqlarda Dəmir Çatışmazlığı Niyə Yaranır? Müalicə ilə Sağalır?
Dəmir azlığı necə müalicə olunur?
Dəmir çatışmazlığının müalicəsi çatışmazlığın səbəbi və şiddətindən asılı olaraq dəyişir. Unutmaq olmaz ki, müalicənin məqsədi bədənin dəmir ehtiyatlarını doldurmaq və simptomları aradan qaldırmaqdır. Müalicə üsulları isə bunlardır:- Dəmir əlavələri
- Qidalanma dəyişiklikləri
- C vitamini ilə dəmirin udulmasının artırılması
- Tibbi müalicə və təqib
Qidalanma Dəyişiklikləri. Dəmir çatışmazlığının qarşısını almaq və müalicə etmək üçün yemək vərdişlərini tənzimləmək vacibdir. Dəmirlə zəngin qidaları pəhrizinizə əlavə etmək dəmir səviyyəsini artırmağa kömək edə bilər. Qırmızı ət, toyuq, balıq, ispanaq, brokoli, mərcimək, noxud və tam taxıl dəmirlə zəngin qidalardır. Bundan əlavə, C vitamini dəmirin udulmasını artırdığı üçün portağal, çiyələk, kivi və bibər kimi C vitamini ilə zəngin qidaların istehlakı da faydalıdır.
C vitamini ilə dəmirin udulmasının artırılması. Dəmirin udulmasını artırmaq üçün C vitamini ilə zəngin qidalarla birlikdə dəmir tərkibli qidaları qəbul etmək vacibdir. Məsələn, ispanaq kimi dəmirlə zəngin tərəvəzin portağal suyu kimi tərkibində C vitamini olan içki ilə birlikdə qəbulu dəmirin bədən tərəfindən daha yaxşı mənimsənilməsini təmin edir. Bu sadə üsul dəmirin bioavailliyini artırmaqla dəmir əskikliyini düzəltməyə kömək edəcəkdir.
Tibbi müalicə və təqib. Bəzi hallarda dəmir çatışmazlığı daha ciddi tibbi müdaxilə tələb edə bilər. Məsələn, dəmirin sorulması problemi olan xəstələrə venadaxili (IV) dəmir terapiyası tətbiq olunur. Bu üsul dəmirin birbaşa qan dövranına çatdırılmasına imkan verir və dəmir səviyyəsini sürətlə artırır.
Bütün bunlarla yanaşı dəmir çatışmazlığına səbəb olan əsas sağlamlıq problemi varsa, onu da müalicə etmək lazımdır. Müalicə prosesini izləmək və lazımi düzəlişlər etmək üçün müntəzəm həkim yoxlamaları və qan testləri vacibdir.