Həkim qəbuluna yazıl

Canlı çat

Bədəndə Göyərmələr Niyə Olur? Göyərmələr Qorxuludur?

Bədəndə Göyərmələr Niyə Olur? Göyərmələr Qorxuludur? 

Göyərmə, dərinin altındakı kapilyarların zədələnməsi nəticəsində dərinin altından sızan qanın rənginin dəyişməsidir. Bu durum adətən hər hansı bir zərbədən sonra baş verir. Bundan əlavə, bəzi sağlamlıq problemləri də sözügedən halın yaranmasına səbəb olur. Məsələn, qanın laxtalanmasının pozulması, vitamin çatışmazlığı (xüsusilə K və C vitaminləri), bəzi dərmanların yan təsirləri (qan durulaşdırıcılar) və yaşlanma bədəndə göyərmələrin əmələ gəlməsinin ümumi səbəbləridir. Bu hal adətən zamanla sağalır, lakin birdən-birə yaranan və heç bir səbəb olmadan və ya uzun müddət sağalmayan göyərmələr  ciddi sağlamlıq probleminin əlaməti ola bilər və tibbi müayinə tələb edə bilər.

Bədəndə göyərmələrin yaranmasının səbəbləri nələrdir?

Bu vəziyyət dəridə gözə çarpan mavi, bənövşəyi və ya qara sahəyə səbəb olur. Göyərmələrin əmələ gəlməsinin bir çox fərqli səbəbi var və bu səbəblər ümumi sağlamlıq vəziyyəti, yaş və həyat tərzi kimi faktorlara görə dəyişir.

Fiziki Travma. Bədəndə göyərmənin yaranmasının ən çox görülən səbəbi yıxılma və ya zərbə kimi fiziki travmalardır. Belə qəzalar dərinin altındakı kapilyarların zədələnməsinə və qanın yayılmasına səbəb olur

Qanın laxtalanması pozğunluqları. Qanın normal şəkildə laxtalanmasına mane olan hemofiliya kimi xəstəliklər bədənin müxtəlif nahiyələrində tez-tez göyərmələrə səbəb olur. Belə hallar dərinin altında qanın yığılmasına və göyərmənin daha uzun müddət qalmasına səbəb olur.

Vitamin çatışmazlıqları. Bəzi vitaminlərin çatışmazlğı bədəndə göyərmənin baş verməsinə səbəb olur. Vitamin çatışmazlığı varsa, qan damarları daha kövrək olur və bədənin müxtəlif nahiyələrində göyərmələrə səbəb olur. Əsasən də vitamin C, vitamin K, vitamin E, vitamin B12.

Yaşlanma. Yaşlandıqca dəri nazikləşir və altındakı yağ təbəqəsi azalır. Bu, kapilyarların daha həssas olmasına və asanlıqla zədələnməsinə səbəb olur. Buna görə də yaşlı insanlarda göyərmələrə daha çox rast gəlinir.

Digər Sağlamlıq Problemləri. Qaraciyər xəstəlikləri, böyrək çatışmazlığı və bəzi xərçəng növləri də bədəndə göyərmələrin yaranmasının səbəbləri arasındadır. Bu xəstəliklər qanın laxtalanma mexanizminə təsir edir və ya damarların zəifləməsinə səbəb olur.

Bədəndə göyərmələr nə vaxt ciddi sağlamlıq probleminə işarə edir?

Bəzi hallarda göyərmə heç bir səbəb olmadan baş verir və ciddi sağlamlıq probleminin əlaməti olur. Bunun nə vaxt ciddi bir problem olduğunu başa düşmək isə əsas sağlamlıq problemlərini erkən aşkar etmək üçün vacibdir.

Tez-tez və asan əmələ gələn göyərmələr. Vücudunuz tez-tez və asanlıqla göyərirsə, bu, qanaxma pozuntularını göstərir. Xüsusilə, hemofiliya və ya aşağı trombosit səviyyələri (trombositopeniya) kimi genetik qanaxma pozğunluqları bədəndə göyərmənin asanlıqla meydana gəlməsinə səbəb olur. 

Böyük və ağrılı göyərmələr. Göyərən hissənin ölçüsü və ağrılı olub-olmaması da mühüm göstəricilərdir. Normalda göyərmələrin rəngi dəyişir və bir neçə gün ərzində sağalır. Ancaq bir göyərmə böyük, ağrılı və uzun müddət sağalmayan bir hal alarsa, ciddi sağlamlıq probleminin əlaməti ola bilər. Xüsusilə dərin və geniş bənövşəyiliklər damarların daha ciddi zədələnməsini göstərir.

Digər qanaxma əlamətləri ilə yaranan göyərmələr. Diş ətinin qanaxması, burun qanaması və ya sidikdə və nəcisdə qan kimi digər qanaxma əlamətləri ilə birlikdə bədəndə göyərmə də əmələ gələrsə bu, ciddi qanaxma pozğunluğu olduğunu göstərir. Bu simptomlar bədənin ümumi laxtalanma mexanizmində problem olduğuna işarə edir.

Ani və ümumi göyərmə. Vücudunuzda qəfil və geniş yayılmış göyərmələr əmələ gəlsə, bu, təcili tibbi yardım tələb durum olduğunu göstərir. Bu hal ciddi infeksiya və ya immun sisteminin pozğunluğunun əlamətidir.

Bədəndəki göyərmələr tez keçir?

Bədəndəki göyərmələrin sağalma prosesini sürətləndirmək üçün evdə tətbiq edə biləcəyiniz bəzi təsirli üsullar bunlardır:
  • Soyuq kompres
  • İsti kompres
  • Arnika Kremi
  • Aloe Vera
  • Masaj
Soyuq kompres. Bir göyərmə meydana gəldiyi zaman ilk 24-48 saat ərzində soyuq kompres tətbiq etmək qan damarlarını daraldaraq qanaxmanın yayılmasının qarşısını alır. Bir buz paketini nazik bir dəsmala sarın və 10-15 dəqiqə göyərən nahiyəyə tətbiq edin. Bu prosesi hər saat təkrarlaya bilərsiniz. Soyuq kompres şişkinliyi və ağrıları azaltmaqla sağalma prosesini sürətləndirir.

İsti kompres. Soyuq kompresdən 48 saat sonra göyərmiş nahiyəyə isti kompres qoyulması qan dövranını artıraraq sağalmanı sürətləndirir. Odur ki, 10-15 dəqiqə ərzində göyərmiş sahəyə isti kompres tətbiq edin. Bu üsulu gündə bir neçə dəfə təkrarlaya bilərsiniz.

Arnika Kremi. Arnika bitkisi göyərmələri və şişkinliyi azaltmağa kömək edən təbii bir həlldir. Apteklərdə və təbii məhsul mağazalarında tapa biləcəyiniz arnika kremi və ya geli zərif masaj edərək göyərən hissələrə sürtmək olar. 

Aloe Vera. Aloe vera dəri müalicəsi xüsusiyyətləri ilə tanınır. Aloe vera geli göyərən nahiyyənin üzərinə nazik təbəqə şəklində çəkilir. Bu təbii gel dərinin bərpasına kömək edir və göyərmələrin sağalma prosesini sürətləndirir.

Masaj. Zərif bir masaj göyərən bölgənin qan dövranını artıraraq sağalmanı sürətləndirir. Bu nahiyəni yumşaq bir şəkildə masaj etməklə qanın ətrafdakı toxumalara yayılmasını və göyərmənin daha tez sağalmasını təmin edə bilərsiniz. 

Bədəndə göyərmənin rəngi niyə dəyişir? 

Göyərmənin rəng dəyişiklikləri sağalma prosesini və dərinin altındakı qanın tədricən sorulmasını göstərir. Hər bir rəng göyərmənin müəyyən bir mərhələsini təmsil edir.

Qırmızı. Göyərmə ilk dəfə meydana gəldikdə adətən qırmızı rəngdə olur. Bu rəng dərinin altındakı kapilyarların zədələnməsi və qanın ətraf toxumalara sızması nəticəsində yaranır. Qırmızı rəng göyərmənin baş verdiyi anı və təzə qan varlığını göstərir.

Mavi və ya Bənövşəyi. İlk bir neçə saatdan sonra göyərən hissə mavi və ya bənövşəyi rəngə çevrilir. Bu rəng dəyişikliyi qanın oksigensizləşməsi nəticəsində baş verir. Qırmızı qan hüceyrələri oksigen itirdikdə bənövşəyi və ya mavi bir görünüş alır. Bu mərhələ adətən göyərmənin ilk 1-2 günündə müşahidə olunur.

Qara. Bəzi göyərmələr xüsusən daha dərin və daha ciddi olanlar qara rəngə çevrilir. Qara rəng qanın yavaş-yavaş parçalandığını və bədən tərəfindən udulduğunu göstərir.

Yaşıl. Göyərmə sağaldıqca adətən yaşıl olur. Bu, hemoglobin adlanan qırmızı qan hüceyrələrinin parçalanma məhsullarının meydana gəlməsi ilə əlaqədardır. Yaşıl rəng indi sağalma prosesində olduğunu göstərir və adətən 5-7 gün sonra görünür.

Sarı və ya Qəhvəyi. Son olaraq göyərmə sarı və ya qəhvəyi rəngə çevrilir. Bu, qırmızı qan hüceyrələrinin tamamilə parçalandığını, udulduğunu və sağalma prosesinin tamamlanmaq üzrə olduğunu göstərir. 

Bədəndəki göyərmə hansı vitamin çatışmazlığında olur?

Qeyd etdiyimiz kimi, bədəndəki göyərmələr adətən zərbə və ya travma nəticəsində baş verir. Ancaq bəzi hallarda vitaminlərin çatışmazlığı da bədəndə göyərmələrin meydana gəlməsinə şərait yaradır. Vitamin çatışmazlığı dəri və damar sağlamlığına təsir göstərərək dərinin altındakı kiçik qan damarlarının daha asan zədələnməsinə səbəb olur. Bədəndə göyərməyə səbəb ola biləcək əsas vitamin çatışmazlıqları aşağıdakılardır:

Vitamin C çatışmazlığı. Vitamin C kollagen istehsalında və qan damarlarının sağlamlığında mühüm rol oynayır. Kollagen dərinin və qan damarlarının struktur bütövlüyünü təmin edir. C vitamini çatışmazlığı qan damarlarının zəifləməsinə və dəri altındakı toxumaların asanlıqla zədələnməsinə səbəb olur. Nəticədə, hətta yüngül zərbələr də bədəndə göyərmələrin yaranmasına gətirib çıxardır. Skorbüt kimi tanınan ciddi C vitamini çatışmazlığı vəziyyətlərində diş ətlərində qanamalar və geniş yayılmış göyərmələr meydana gəlir.

K vitamini çatışmazlığı. K vitamini qanın laxtalanması üçün lazım olan zülalların istehsalında mühüm rol oynayır. Bu vitaminin çatışmazlığı qanın normal laxtalanmasına mane olur və kiçik zədələrdə belə qanaxmanın uzun müddət davam etməsinə səbəb olur. K vitamini çatışmazlığı olan insanların bədəni daha tez-tez və asanlıqla göyərir.

Vitamin B12 çatışmazlığı. Vitamin B12 qırmızı qan hüceyrələrinin istehsalı və sinir sisteminin sağlamlığı üçün vacibdir. B12 vitamini çatışmazlığı dərinin və qan damarlarının oksigenləşməsini azaldır və anemiyaya səbəb olur. Bu, dərinin zəifləməsinə və göyərmənin asanlıqla əmələ gəlməsinə şərait yaradır. 

Vitamin E çatışmazlığı. Vitamin E antioksidan xüsusiyyətləri ilə tanınır və dərinin sağlamlığını qorumağa kömək edir. Bu vitaminin çatışmazlığı dəri hüceyrələrinə və qan damarlarına zərər verir. E vitamini çatışmazlığı olan insanlarda dəridə quruluq, çatlama və göyərmələr əmələ gəlir. 

Həmçinin inteqrativ tibbə uyğun olaraq biotənzimləyici preparatlardan istifadə edərək qanın realogiyası tənzimlənir, vitamin çatışmazlığının qarşısı alınır.