Həkim qəbuluna yazıl

Canlı çat

Qaraciyər Sirrozu Necə Müalicə Olunur? Müalicə Necə Edilir?

Qaraciyər Sirrozu Necə Müalicə Olunur? Müalicə Necə Edilir?

Qaraciyər sirrozu qaraciyərin ciddi və vaxt keçdikcə irəliləyən xəstəliyidir. Bu vəziyyət qaraciyərin normal strukturunun pozulması və sağlam qaraciyər toxumasınının çapıq toxuması ilə xarakterizə olunur. Uzunmüddətli və xroniki qaraciyər xəstəliklərinin nəticəsi olan bu xəstəlik qaraciyərin normal funksiyalarını yerinə yetirməsinə mane olur: kompensasiya və dekompensasiya mərhələsi var.

Qaraciyər sirrozunun səbəbləri nələdir?

Qaraciyər sirrozu, çapıq toxuması qaraciyərin sağlam toxumasını əvəz etdikdə baş verən problemdir. Bu vəziyyətə səbəb olan bir neçə səbəb var. Onlardan bəziləri bunlardır:
  • Alkoqol qəbulu
  • Virus hepatit infeksiyaları (Hepatit A, B, C, D)
  • Genetik və metabolik pozğunluqlar
  • Autoimmun xəstəliklər
  • Öd yollarının xəstəlikləri
  • Yağlı qaraciyər xəstəliyi, steatohepatit
Alkoqol qəbulu. Alkoqol qaraciyərdə yağ, iltihaba və nəticədə çapıq toxumasının əmələ gəlməsinə gətirib çıxarır. Ona görə də həddindən artıq və uzun müddətli spirt istifadəsi qaraciyər hüceyrələrinə zərər verərək sirroza səbəb olur. 

Viral hepatit infeksiyaları. Hepatit B, Hepatit C,Hepatit D kimi xroniki viral infeksiyalar qaraciyər hüceyrələrinin iltihabına və zədələnməsinə səbəb ola bilər ki, bu da sirrozun inkişafına yol açır. Bu infeksiyalar bütün dünyada sirrozun ən çox yayılmış səbəbləridir.

Genetik və metabolik pozğunluqlar. Bəzi genetik və metabolik xəstəliklər də bu problemə səbəb ola bilər. Məsələn, hemokromatoz, Wilson xəstəliyi, Alpha-1 antitripsin çatışmazlığını qeyd etmək olar.

Autoimmun xəstəliklər. İmmunitet sisteminin qaraciyər hüceyrələrinə hücum etdiyi autoimmun xəstəliklər xroniki iltihab və zədələnmə nəticəsində bu problemin inkişafına səbəb olur.

Öd yollarının xəstəlikləri.
Öd yollarının tıxanması və ya iltihabı, qaraciyər hüceyrələrinə zərər verərək sirrozu yaradır. 

Bunlarla bərabər bəzi dərmanlar, toksinlər və uzun müddətli ağır ürək çatışmazlığı kimi faktorlar da xəstəliyə səbəb ola bilər. 

Qaraciyər sirrozunun səbəbləri adətən zamanla toplanır və qaraciyər funksiyalarının tədricən pisləşməsinə gətirib çıxarır. Buna görə onun simptomları ilə qarşılaşan zaman həkimə müraciət edilməlidir. Erkən diaqnoz və müalicə xəstəliyin gedişatını yavaşlatmaq və ağırlaşmaların qarşısını almaq üçün vacibdir.

Qaraciyər sirrozunun hansı mərhələləri var?

Qaraciyər sirrozunun irəliləyiş dövrünə görə müxtəlif mərhələləri var və hər mərhələdə fərqli simptomlar müşahidə olunur. Xəstəlik 2 əsas mərhələdən ibarətdir: 
  • kompensasiya mərhələsi 
  • dekompensasiya mərhələsi
Kompensasiya mərhələsi. Bu mərhələdə qaraciyər hələ də fəaliyyət göstərə bilir və müşahidə olunan simptomlar adətən yüngül olur. Bəzənsə heç bir simptom hiss olunmur. Kompensasiya mərhələsində görünən simptomlar bunlardır:
  • Yorğunluq və zəiflik. Ümumi enerji itkisi və hər zaman yorğunluq hissi.
  • Yüngül iştah itkisi. İştahanın azalması və bəzən kilo itkisi.
  • Qarın boşluğunda yüngül şişkinlik. Qaz və narahatlıq hissi.
  • Dərinin qaşınması. Çox da nəzərə çarpmayan yüngül qaşınma. 
Dekompensasiya mərhələsi.Bu mərhələdə qaraciyər öz funksiyalarını yerinə yetirə bilmir və ciddi simptomlar üzə çıxır. Dekompensasiya mərhələsində qaraciyər artıq adekvat fəaliyyət göstərmir və ağırlaşmalar, eyni zamanda ciddi sağlamlıq problemləri başlayır. Bu mərhələdə olan simptomlar bunlardır:
  • Sarılıq. Qaraciyərin bilirubini zərərləşdirə bilməməsi səbəbindən dərinin və gözlərin saralması baş verir.
  • Şiddətli qaşınma. Xüsusilə gecələr güclü qaşınma olur.
  • Kilo itkisi və əzələ itkisi. Əzələ kütləsinin əhəmiyyətli dərəcədə azalması baş verir.
  • Abdominal şişkinlik (Ascites). Qarın boşluğunda mayenin yığılması, qarında əhəmiyyətli şişlik və narahatlıq olur.
  • Ayaqlarda şişlik. Topuq və ayaqlarda şişkinlik olur.
  • Zehni dəyişikliklər. Çaşqınlıq, unutqanlıq, konsentrasiyanın olmaması və yuxu rejiminin pozulması (hepatik ensefalopatiya) olur.
  • Qanama və göyərmə. Qanamaya meyillilik, yəni diş ətlərinin qanaması, burun qanamaları tez-tez olur.
  • Dəridə damarların qabarıqlığı. Dərinin səthində qırmızı damarlar (hörümçək toru) görünməyə başlayır.
  • Palmar eritema. Ovuclarda qızartı olur.
  • İnfeksiyalar. Peritonit kimi ciddi qarın içi infeksiyaları üzə çıxır.
  • Nəcisdə qan və ya qan qusma. Özofagus varikozlarından və ya mədə xoralarından daxili qanaxma baş verir.
Xəstəliyin mərhələləri onun gedişatından asılı olaraq dəyişən simptomlarla xarakterizə olunur. Kompensasiya mərhələsində simptomlar yüngül ola bilsə də, dekompensasiya mərhələsində ciddi sağlamlıq problemləri yaranır. 

Problemin erkən diaqnoz və müalicəsi xəstəliyin gedişatını yavaşladır. Ona görə də sirrozunun əlamətləri görünəndə həkimə müraciət etmək çox vacibdir.

Qaraciyər sirrozunun müalicəsi var?

Qaraciyər sirrozunun müalicəsi birbaşa təsirli olmasa da, xəstəliyin gedişatını yavaşlatmaq, simptomları idarə etmək və ağırlaşmaların qarşısını almaq mümkündür. Bunun üçün müxtəlif müalicə üsullarından istifadə edilir.

Həkim xəstəliyin yaranma səbəbini müəyyən edərək xəstənin vəziyyətinə uyğun müalicə olanı hazırlayır. Həmin plana uymaqla qaraciyərin sağlamlığını qorumaq və ağırlaşmaların qarşısını almaq olar. 

Qaraciyər sirrozunun müalicəsi necə olur?

Qaraciyər sirrozunun gedişatını yavaşlatmaq, simptomları idarə etmək və ağırlaşmaların qarşısını almaq üçün müxtəlif müalicə üsullarından istifadə edilə bilər. Bu üsullar xəstəliyin səbəbi və mərhələsindən asılı olaraq fərdi olaraq seçilir.

Xəstəliyin müalicəsində istifadə olunan əsas üsullara bunlar daxildir:

Səbəbin müalicəsi.Sirroza səbəb olan əsas vəziyyəti müalicə etmək xəstəliyin gedişatını yavaşlatmaq üçün vacibdir. Əsas səbəblərin müalicəsində edilə üsullar bunlardır:
  • Alkoqol qəbulunu tamamilə dayandırmaq lazımdır. 
  • Antiviral dərmanlar Hepatit B və C-nin müalicəsində istifadə olunur. Bu dərmanlarla virus yükünü azaltmaqla qaraciyərin zədələnməsini yavaşladır, Hepatit C tam sağalır, hepatit B  ilə isə xərçəngin qarşısı alınır.
  • Yağlı qaraciyər xəstəliyi zamanı pəhriz və məşq vasitəsilə çəkiyə nəzarət etmək, şəkərli diabeti idarə etmək və xolesterin səviyyəsini aşağı salmaq vacibdir.
  • Autoimmun hepatit xəstəliyə səbəbdirsə, immunitet sisteminin hücumu kortikosteroidlər və immunosupressiv dərmanlardan istifadə etməklə azaldıla bilər.
Simptomların və ağırlaşmaların idarə edilməsi.Simptomlar bu üsullarda idarə edilir;
  • Assit (qarın boşluğunda maye yığılması). Zəruri hallarda az duzlu pəhriz, diuretiklər (diuretiklər) və parasentez (qarın boşluğundan mayenin çıxarılması) tətbiq oluna bilər.
  • Ensefalopatiya. Aşağı proteinli pəhriz və bəzi dərmanlardan istifadə etməklə beyin funksiyaları qorunur.
  • Özofagus varikoz damarları. Beta blokator kimi dərmanlar qan təzyiqini aşağı salaraq qanaxma riskini azaldır. Sirroz xəstəliyi ildə bir dəfə endoskopiya müayinəsindən keçib ehtiyyac okarsa bantliqasiya icra edilir
  • Qanaxma və göyərmə. Qanın laxtalanma faktorlarını dəstəkləmək üçün lazımi dərmanlar və qan köçürmələri aparılır.
Həyat tərzi dəyişiklikləri. Həm müalicənin effektiv olması, həm də xəstəliyin irəliləməməsi üçün sağlam qidalanmaq, duz qəbulunu azaltmaq, alkoqollu içkilərdən tamamilə uzaq olmaq və hər gün yüngül idman etmək lazımdır.

Dərman müalicəsi. Bakterial infeksiyaların qarşısını almaq üçün antibiotik, bədəndən artıq mayenin çıxarılması üçün diuretiklər və albumin beyin funksiyalarını qorumaq üçün bağırsaqlardan ammonyakın udulmasını azaldan dərmanlar təyin olunur.

Xəstəliyin gedişatını yavaşlatmaq, simptomları idarə etmək və ağırlaşmaların qarşısını almaq üçün yuxarıdakı müalicə üsulları təyin olunur və ehtiyac olarsa, cərrahi müdaxilə və qaraciyər transplantasiyası edilir.

Qaraciyət sirrozu nə vaxt əməliyyat olunur?

Qaraciyər sirrozu davamlı irəliləyən xəstəlikdir və xəstəlik son mərhələyə çatdıqda qaraciyər öz funksiyalarını yerinə yetirə bilmir. Bu vəziyyətdə cərrahi müdaxilə və xüsusilə qaraciyər transplantasiyası xəstələrin həyatını xilas edə biləcək yeganə müalicə üsuluna çevrilir. Cərrahi müdaxilə və qaraciyər transplantasiyasının zəruri olduğu vəziyyətlər bunlardır:

Qaraciyər çatışmazlığı. Qaraciyər öz funksiyalarını tamamilə itirdikdə çatışmazlıq olur və bu zaman orqanizmdə ciddi fəsadlar yaranır.  Bu vəziyyətdə qaraciyər transplantasiyası tələb olunur.

Nəzarət oluna bilməyən astsitlər (qarın boşluğunda maye yığılması). Diuretik terapiyaya və parasentez kimi prosedurlara baxmayaraq qarın boşluğunda maye yığılması nəzarət altına alınmazsa, qaraciyər transplantasiyası nəzərdən keçirilə bilər.

Özofagus və ya mədə varikoz qanaması. Özofagus və ya mədə varikozlarından təkrarlanan və nəzarətsiz qanaxma qaraciyər transplantasiyasına ehtiyac olduğunu göstərir. Bu vəziyyət sirrozun ciddi komplikasiyasıdır və həyat üçün təhlükə yaratdığından cərrahi müdaxilə mütləqdir.

Qaraciyər ensefalopatiyası.
Müalicəyə baxmayaraq davam edən və ağırlaşan hepatik ensefalopatiya (beyin funksiyalarının pisləşməsi) qaraciyər transplantasiyasını tələb edən haldır. Bu vəziyyətdə qaraciyərin toksinləri təmizləmək qabiliyyəti qeyri-kafi olur və beyin funksiyaları ciddi şəkildə təsirlənir.

Hepatorenal sindrom. Bu hal qaraciyər çatışmazlığı səbəbindən böyrəklərin funksiyalarını itirdiyi vəziyyətdir. Sindrom zamanı həm böyrəklər, həm də qaraciyər funksiyalarını yerinə yetirə bilmədiyi üçün təcili qaraciyər transplantasiyasına ehtiyac ola bilər.

Qaraciyər xərçəngi.
Qaraciyər sirrozu olan xəstələrdə inkişaf edən hepatoselüler karsinoma (qaraciyər xərçəngi) zamanı qaraciyər transplantasiyası olunur.

Qaraciyər sirrozunun inkişaf etmiş mərhələlərində xəstəliyin həyati təhlükəsi olan ağırlaşmaları baş verdikdə cərrahi müdaxilə və qaraciyər transplantasiyası zəruridir. Qaraciyər transplantasiyası xəstələrin həyat müddətini və keyfiyyətini əhəmiyyətli dərəcədə artırır və xəstəliyin gedişatını dayandırır. Bu səbəbdən də qaraciyərin sağlamlığı qorunmalı, əgər sirroz simptomları hiss olunarsa, vaxtında müalicə olunması üçün həkimə müraciət edilməlidir. 

Qaraciyər sirrozunun qarşısını necə almaq olar?


Qaraciyər sirrozunun tam müalicəsi mümkün olmasa da, onun qarşısını almaq və ya inkişafını ləngitmək üçün bir sıra tədbirlər mövcuddur. Bu tədbirlər həm sağlam həyat tərzi, həm də tibbi nəzarətlə sıx bağlıdır.

İlk növbədə, spirtli içkilərdən uzaq durmaq vacibdir. Alkoqol, qaraciyər hüceyrələrinə zərər verərək iltihab və çapıq toxuma yaradır. İkinci olaraq, viral hepatitlərə qarşı peyvənd olunmaq və ya vaxtında müalicə almaq sirrozun inkişafını önləyir. Hepatit B və C virusları sirrozun ən geniş yayılmış səbəblərindəndir.

Eyni zamanda bədən çəkisinə nəzarət etmək, balanslı qidalanmaq, şəkərli diabet və xolesterin səviyyələrini idarə etmək də yağlı qaraciyər xəstəliyinin sirroza keçməsinin qarşısını alır. Genetik və metabolik xəstəliklərə qarşı erkən diaqnoz və daimi tibbi nəzarət də vacibdir.

Sirroza qarşı ən güclü qorunma tədbiri isə müntəzəm tibbi müayinələr və risk faktorlarına qarşı erkən tədbir görməkdir. Qaraciyər funksiyalarında hər hansı dəyişiklik hiss edildikdə həkimə müraciət etmək həyat qurtarıcı ola bilər.

Qaraciyər Serrozu ilə Bağlı Çox Soruşulan Suallar

Qaraciyer serrozu keçicidirmi?

Qaraciyer serrozu keçicidirmi sualı tez-tez verilir, lakin bu xəstəlik keçici deyil. Qaraciyər serrozu davamlı və xroniki bir prosesdir və çapıq toxuması bir dəfə yarandıqda geriyə dönmür. Müalicə yalnız xəstəliyin irəliləməsini yavaşlatmaq və ağırlaşmaları önləmək məqsədi daşıyır.

Qaraciyer serrozu əlamətləri hansılardır?

Qaraciyer serrozu əlamətləri arasında yorğunluq, sarılıq, qarında şişkinlik, qaşınma, iştahsızlıq, əzələ itkisi və zehni dəyişikliklər yer alır. Bu əlamətlər xəstəliyin mərhələsindən asılı olaraq dəyişə bilər.

Qaraciyer serrozu elametleri ilkin mərhələdə özünü necə göstərir?

Qaraciyer serrozu elametleri ilkin mərhələdə çox vaxt yüngül olur və bəzən heç bir əlamət hiss edilmir. Yorğunluq, zəif iştaha və yüngül qarın narahatlığı bu mərhələdə qarşılaşılan əsas simptomlardandır.

Serrozun son mərhələsi necə olur?

Serrozun son mərhələsi dekompensasiya dövrüdür. Bu mərhələdə qaraciyər öz funksiyalarını tam yerinə yetirə bilmir və ciddi simptomlar meydana çıxır. Sarılıq, beyin funksiyalarında pozulma (ensefalopatiya), daxili qanaxma və qaraciyər çatışmazlığı bu mərhələnin əsas göstəriciləridir.

Qara ciyərin müalicəsi mümkünmü?

Qara ciyərin müalicəsi sirroz mərhələsində birbaşa sağalma məqsədi daşımır. Lakin səbəbin aradan qaldırılması və uyğun müalicə ilə xəstəliyin irəliləməsi yavaşladılır və həyat keyfiyyəti qorunur.

Qara ciyer serrozunun elametleri hansılardır?

Qara ciyer serrozunun elametleri arasında sarılıq, qarında maye toplanması (assit), ayaqlarda şişkinlik, dəridə damarların görünməsi və konsentrasiya pozğunluğu daxildir. Bu əlamətlər xəstəliyin inkişaf səviyyəsinə görə dəyişir.