Həkim qəbuluna yazıl

Canlı çat

HİV/QİÇS Nədir? QİÇS Əlamətləri Hansılardır?

HİV/QİÇS Nədir? QİÇS Əlamətləri Hansılardır? 

HİV və QİÇS dünyada milyonlarla insanı əhatə edən və immunitet sistemini zəiflədən ciddi, həyati təhlükəyə səbəb ola biləcək qədər şiddətli sağlamlıq problemidir. HİV bədənə daxil olduqdan sonra immunitet sisteminə hücum edir, insanın infeksiyalara və xəstəliklərə qarşı müdafiəsini zəiflədir. Bədənə daxil olan HİV vaxtında müalicə olunmazsa, daha da ağırlaşaraq QİÇS kimi tanınan daha ciddi xəstəliyə səbəb olur. QİÇS zamanı orqanizm hətta ən sadə infeksiyaların belə öhdəsindən gələ bilməyəcək qədər zəifləyir.

HİV və QİÇS-in ənənəvi müalicə üsulları arasında antiretrovirus terapiya (ART) geniş istifadə olunur və xəstəliyin gedişatına nəzarət edilir. Bununla belə, son illərdə inteqrativ müalicə yanaşmaları da araşdırılır ki, bunların arasında yüksək dozada C vitamini ilə dəstəkləyici müalicə önə çıxır. 
Bloqumuzda HİV və QİÇS-in nə olduğunu, onların əlamətlərini və yüksək dozada C vitamin ilə müalicəsinin bu xəstəliyə potensial təsirlərini sizə bildirəcəyik.

HİV və QİÇS nədir?

HİV, yəni İnsan İmmunçatışmazlığı Virusu (İİV) orqanizmə daxil olduqdan sonra immunitet sistemini hədəf alan və zamanla onu zəiflədən virusdur. HİV CD4 hüceyrələri kimi tanınan immun sisteminin mühüm komponentlərinə hücum edərək, bədənin infeksiyalara və bəzi xərçəng növlərinə qarşı mübarizə qabiliyyətini azaldır. 

Müalicə olunmayan HİV infeksiyası QİÇS, yəni Qazanılmış İmmun Çatışmazlığı Sindromu kimi tanınan daha ciddi bir vəziyyətə gətirib çıxarır.
QİÇS HİV-in yaratdığı son mərhələdir və immun sisteminin ciddi zədələnməsi ilə xarakterizə olunur. Bu mərhələdə orqanizm gündəlik həyatda zərərsiz sayıla biləcək infeksiya və xəstəliklərlə mübarizə apara bilmir. 

Hər iki xəstəliyin erkən diaqnoz və müvafiq müalicə ilə idarə edilirlər. Xəstəlikləri idarə edilməsi və ağırlaşmaması üçün simptomlar hiss olunan an həkimə müraciət edilməlidir.

HİV və QİÇS-in əlamətləri nələrdir?

HİV və QİÇS-in əlamətləri virusun orqanizmə daxil olma mərhələsindən və xəstəliyin inkişaf səviyyəsindən asılı olaraq dəyişir. HİV infeksiyası üç mərhələdə inkişaf edir:
  • kəskin HİV infeksiyası
  • klinik gizli dövr (səssiz dövr)
  • QİÇS
Bu mərhələlərin hər biri fərqli simptomlarla özünü göstərir.
 

Kəskin HİV infeksiyasının simptomları nələrdir?

Bu mərhələ HİV-in erkən mərhələsidir. Erkən simptomlar HİV bədənə daxil olduqdan 2-4 həftə sonra qripin simptomlarına bənzər simptomlarla özünü göstərir. Həmin simptomlara daxildir:
  • Qızdırma
  • Ümumi zəiflik və yorğunluq
  • Boğaz ağrısı
  • Limfa düyünlərinin şişməsi
  • Baş ağrısı
  • Əzələ və oynaq ağrıları
  • Dəridə səpgilər
  • İshal
Bu simptomlar bir neçə həftə davam edir və öz-özünə keçir. Simptomlar olmasa belə HİV virusu orqanizmdə səssiz şəkildə sürətlə çoxalır və bu zaman simptomlar olmadığı üçün artıq sağaldığını düşünən şəxs həkimə müraciət etməyindən QİÇS-ə yoluxma riski artmış olur.

Klinik gizli (səssiz dövr) dövrün simptomları nələrdir?

Bu mərhələdə virus bədəndə aşağı səviyyədə çoxalmağa davam etsə də, nəzərə çarpan simptomlara səbəb olmur. Bu dövr uzun müddət davam etdiyindən insan HİV-ə yoluxduğunu anlamır, ona görə də həkimə müraciət etmir. Bunun nəticəsində isə HİV irəliləməyə davam edir və immunitet sistemi zəifləyir.

Qabaqcıl mərhələ QİÇS-in simptomları nələrdir?

Müalicə olunmayan HİV son mərhələdə QİÇS-ə çevrilir. QİÇS immun sisteminin ciddi şəkildə zədələndiyi və simptomların şiddətli olduğu dövrdür. Bu mərhələdə xəstədə artıq bu simptomlar müşahidə edilir:
  • Sürətli kilo itkisi
  • Xroniki yorğunluq
  • Səbəbsiz yüksək hərarət və gecə həddən artıq tərləmək
  • Uzun müddətli ishal
  • Ağciyərlərdə, beyində, gözlərdə və ya digər orqanlarda yaranan infeksiyalar
  • Ağızda, burunda və ya cinsiyyət orqanlarında yaralar
  • Psixi və nevroloji problemlər
  • Kapoşi sarkoması xərçəngin yaranmasını göstərən dəridə tünd ləkələr 
QİÇS-in simptomları olduqca ağırdır və müalicə edilmədikdə ölümlə nəticələnmə riski yüksəkdir. Buna görə də HİV infeksiyasının erkən diaqnozu üçün qripə bənzər simptomlarla qarşılaşdığınız zaman simptomun səbəbini dəqiq müəyyənləşdirmək üçün həkimə müraciət etmək çox vacibdir.

QİÇS-in müalicəsi üsulları nələrdir?

QİÇS zamanı infeksiya artıq bütün bədənə yayıldığından və HİV inkişaf etdiyindən tamamilə müalicəsi bu günümüzdə tibbdə yoxdur. Lakin düzgün müalicə üsulları və savadlı həkimlərimizin köməkliyi ilə QİÇS-i nəzarət altında saxlamaq və xəstəliyin gedişatını dayandırmaq olar.

Antiretrovirus terapiyası (ART). ART HİV və QİÇS-in müalicəsində istifadə olunan əsas üsuldur. Müxtəlif antiretrovirus dərmanların kombinasiyası ilə tətbiq olunan bu müalicə HİV-in orqanizmdə çoxalmasının qarşısını alaraq virus yükünü azaldır. Antiretrovirus terapiyası virusu tamamilə yox etməsə də, istər HİV, istərsə də QİÇS-ə yoluxmuş insanların uzun ömür sürmələrinə və sağlam olmalarına imkan verir. ART ömürlük müalicədir və dərmanların müntəzəm qəbulu sağlamlığın uzun müddət davam etməsi üçün önəmlidir.

Fürsətçi infeksiyaların idarə edilməsi. QİÇS zamanı immun sisteminin zəifləməsi səbəbindən xəstədə fürsətçi infeksiyalar dediyimiz bəzi infeksiyalar və xərçəng növlərinin yaranması mümkündür. Belə infeksiyaların qarşısının alınması və müalicəsi üçün profilaktik müalicə üsulları tətbiq edilir. Erkən diaqnoz və düzgün müalicə ilə bu infeksiyalara nəzarət edib xəstənin həyat keyfiyyətini yaxşılaşdırmaq mümkündür. 

Dəstəkləyici müalicə.
QİÇS-in insan fiziki təsirlərindən əlavə psixoloji təsirləri də olur. Bu səbəbdən pasientin psixoloji dəstək alması, psixoloqla ünsiyyətdə olması, ətrafında xəstəlikdən mümkün qədər az danışılması və xəstədə olan fiziki dəyişiklərin onun yanında danışılmaması xəstənin müalicəyə həvəssiz yanaşmaması üçün önəmlidir. Həmçinin müalicəni dəstəkləmək üçün pasient sağlam qidalarla qidalanmalı və zərərli qidaları rasiondan çıxartmalıdır. 

QİÇS-in Yüksək dozalı VİTAMİN C ilə müalicəsi necə olur?

Həm HİV, həm də QİÇS-in müalicəsində inteqrativ təbabət üsullarından istifadə olunur. Son illərdə ən geniş yayılmış üsullardan biri yüksək dozalı vitamin C ilə müalicədir. Yüksək dozada C vitamini ilə müalicə HİV və QİÇS kimi viral xəstəliklər üçün dəstəkləyici müalicə olaraq ən effektiv üsullardandır. 

Yüksək dozada C vitamini ilə müalicə venadaxili olaraq verilən böyük miqdarda C vitamininin tətbiqi ilə həyata keçirilir. Bu müalicə bədəndə C vitamini səviyyəsini sürətlə artıraraq immunitet sistemini dəstəkləmək və virus yükünü azaltmaq məqsədi daşıyır. C vitamininin antioksidan xüsusiyyətləri viruslarla mübarizədə və orqanizmdə oksidləşdirici stresi azaltmaqda mühüm rol oynayır. İllərdir aparılan tədqiqatlar göstərir ki, yüksək dozada C vitamini HİV və digər virus infeksiyalar zamanı immun hüceyrələrin funksiyasını yaxşılaşdırır və infeksiyalarla mübarizə aparmağa kömək edir.

Faydalı olmasına baxmayaraq yüksək dozada vitamin C müalicəsi təkbaşına QİÇS-lə müalicədə faydalı deyil və standart antiretrovirus terapiyaları əvəz edə bilməz. Xəstəliyin erkən mərhələlərində və immunitet sistemini dəstəkləmək üçün C vitamininin istifadəsi mümkündür, lakin infeksiya bütün bədənə yayıldıqda tək başına yüksək dozada C vitamini istifadə etmək gözlənilən nəticəni verməyəcək.

Həkim QİÇS-in inkişaf səviyyəsinə və xəstənin cari vəziyyətinə uyğun kompleks müalicə edərək, C vitamini və digər preparatlarla xəstəliyi nəzarətdə saxlayır. Ona görə də həkim məsləhəti olmadan dərman qəbul edilməməli və həkimin təyin etdiyi doza keçirilməməlidir. 

QİÇS hansı yollarla keçir?

QİÇS və HİV-in hər ikisi yoluxmuş şəxsin bədən mayeləri ilə ötürülən xəstəlikdir. Bu infeksiyalar müxtəlif yollarla ötürülsə də, yayılmasına ən çox səbəb olan amillər bunlardır:

Qan vasitəsilə ötürülməsi. HİV yoluxmuş insanın qanı sağlam bir insanın qan dövranına daxil olduqda sağlam insanda da HİV yaranacaq. 
Qan vasitəsilə ötürülmə paylaşılan inyeksiya iynələri, qanköçürmə və ya qanla təmasda olan tibbi cihazlar vasitəsilə baş verir.

Cinsi əlaqə. Dövrümüzdə ən geniş yayılan yol cinsi əlaqə ilə infeksiyanın ötürülməsidir. Qorunmayan cinsi əlaqə zamanı infeksiya bədən mayeləri (sperma, vaginal maye, anal maye) vasitəsilə ötürülür. Həm vaginal, həm də anal əlaqə zamanı QİÇS-in ötürülmə riski yüksəkdir. 
Oral sekslə yoluxma riski daha az olsa da, hər bir halda cinsi əlaqə zamanı diqqətli olmaq mütləqdir.

Anadan körpəyə ötürülməsi. Hamiləlik, doğuş və ya körpə ana südü qidalanan zaman anada HİV varsa, körməyə də keçəcək. 
Xüsusilə ana müalicə olunmursa və erkən müalicəyə başlamayıbsa, körpənin infeksiyaya yoluxma riski yüksəkdir. 

İnyeksiya və ya narkotik istifadəsi. İynələrin paylaşılması QİÇS-in ötürülməsinin ümumi yoludur. Xüsusilə inyeksiya tez-tez paylaşılırsa və natəmizlik mühitdə inyeksiya olunursa, infeksiya yaranması qaçınılmazdır. 

QİÇS gündəlik sosial təmasda, toxunma, qucaqlaşma, öpüşmə, eyni boşqabdan yemək və ya eyni tualetdən istifadə zamanı ötürülmür. Yalnız bədən mayesi səbəbilə ötürülür. Ötürülmədən qorunmaq üçün ən vacibi cinsi əlaqə zamanı kontraseptiv üsullardan, məsələn prezervativdən istifadə etmək, istifadə olunan iynələrdən qətiyyən istifadə etməmək və riskli davranışlardan qaçınmaqdır.