Həkim qəbuluna yazıl

Canlı çat

Mədə Soyuqlamasına Qarşı Nə Etməliyəm?

Mədə Soyuqlamasına Qarşı Nə Etməliyəm?

Mədə soyuqlaması və ya qastroenterit xüsusilə soyuq havalarda və ya soyuq yemək və içkilər qəbul etdikdə ortaya çıxan ümumi sağlamlıq problemidir. Bu vəziyyət soyuqdan mədə əzələlərinin yığılması və həzm sisteminin normal fəaliyyətinin pozulması zamanı özünü göstərir.
Payız və qış aylarında geniş yayılmasına baxmayaraq hər fəsildə rastlaşa biləcəyimiz mədə soyuqdəyməsinin qarşısını necə almaq olar? Gəlin bu suala cavab tapaq.

Mədə soyuqlamasının əlaməti nədir?

Mədədə olan soyuqdəymənin ümumi simptomları bunlardır:
  • Mədədə tutmaşəkilli ağrı 
  • Ürəkbulanma və qusma 
  • Şişkinlik və qaz
  • Həzmsizlik və sulu ishal
  • İştahsızlıq
  • Soyuqdəymə və titrəmə
  • Gəyirmə, lax yumurta dadı gəlməsi
Bu əlamətlər soyuqlamanın ümumi simptomlarıdır və bu əlamətlər uzun müddət davam edərsə və ya şiddətlənirsə, həkimə müraciət etmək vacibdir

Mədə soyuqlamasına qarşı nə etmək lazımdır?

Mədə soyuqlamasını aradan qaldırmaq və qarşısını almaq üçün aşağıdakı üsullardan istifadə edə bilərsiniz:
  • İsti içkilər için
  • İsti su torbasından istifadə edin
  • Yüngül və asan həzm olunan qidalar qəbul edin
  • Bol maye qəbul edin
  • Yeməyi yavaş-yavaş və kiçik dişləmələrlə yeyin
  • Daimi idman edin
  • Qidalanmanıza diqqət edin
İsti içkilər içmək. İsti içkilər mədəni sakitləşdirmək üçün təsirli üsuldur. Bitki çayları, xüsusilə zəncəfil çayı, çobanyastığı çayı və nanə çayı mədə əzələlərini rahatlaşdıraraq soyuqdəyməni sağaldır. Bu çaylar həm də həzmi dəstəkləyir və ürəkbulanmanı azaldır.
İsti su torbasından istifadə edin. Mədə nahiyəsinə qoyulan isti su torbası əzələləri rahatlaşdırır və ağrıları aradan qaldırır. 
İsti su torbasında istifadə edərkən onun dəri ilə birbaşa təmas etməməsinə diqqət yetirin. Torbanı dəsmala bükərək tətbiq edə bilərsiniz. 
Bu üsul mədə kramplarını və ağrıları azaltmaq üçün ən təsirli üsullardandır.
Yüngül və asan həzm olunan qidalar qəbul edin. Mədəni yormamaq üçün yüngül və asan həzm olunan qidalar qəbul etmək vacibdir. Şorba, qaynadılmış tərəvəzlər, düyü və qatıq kimi qidalar mədəni sakitləşdirir və həzmi asanlaşdırır. Həmçinin, yağlı və ədviyyatlı qidalardan da uzaq durun.
Bol maye qəbul edin. Mədə soyuqlanmasında ishal və qusma mədə itkisinə səbəb olur.Bol miqdarda su içmək həzmi dəstəkləyir və mədə sağlamlığını qoruyur. Su mədə turşusunu balanslaşdırmağa kömək edir və mədəni təmizləyir. Ona görə də gün ərzində lazımi miqdarda su için.
Yeməyi yavaş-yavaş və kiçik dişləmələrlə yeyin. Yeməyi yavaş-yavaş və kiçik dişləmələrlə yemək həzmi asanlaşdırır və mədəni sakitləşdirir. 
Daimi idman edin. Daimi məşq həzm sistemini dəstəkləyir və ümumi sağlamlığı yaxşılaşdırır. Gəzinti, qaçış və ya yoqa kimi fəaliyyətlər mədə sağlamlığını qorumaq üçün faydalıdır. 
Qidalanmanıza diqqət edin. Mədə sağlamlığını qorumaq, soyuqlamanın qarşısını almaq üçün müntəzəm və balanslı qidalanmaq vacibdir. Lifli qidalar, təzə meyvə və tərəvəzlər, həmçinin tam taxıllar mədə sağlamlığına kömək edir
 

Mədə soyuqlaması riskli ola bilərmi?

Mədə soyuqluğu yüngül və müvəqqəti narahatlıq kimi tanınsa da, bəzi hallarda riskli ola bilər. Riskli hallar xüsusilə simptomlar şiddətli və uzunmüddətli olduqda və ya digər əsas sağlamlıq problemləri olduqda yaranır.
Şiddətli və uzunmüddətli simptomlar. Mədə soyuqlamasının simptomları adətən bir neçə gün ərzində yox olur. Lakin şiddətli mədə ağrısı, kramplar, davamlı qusma və ishal kimi simptomlar uzun müddət davam edərsə, bu, ciddi sağlamlıq problemindən xəbər verən amil ola bilər.
Dehidrasiya (Maye itkisi). Həddən artıq qusma və ishal bədənin əhəmiyyətli miqdarda maye itirməsinə səbəb olur. Bu da dehidrasiyaya səbəb olan haldır. Susuzluğun simptomlarına həddindən ağızda quruluq, sidiyin tünd rəngli olması, başgicəllənmə və zəiflik daxildir.
Dehidrasiya xüsusilə uşaqlarda, yaşlılarda və xroniki xəstəlikləri olan insanlarda ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bu simptomlar meydana gəldikdə maye qəbulu tez bir zamanda təmin edilməli və zəruri hallarda həkimə müraciət edilməlidir.
Əsas sağlamlıq problemləri. Mədə soyuqluğu simptomları qastrit, xora və ya digər həzm sistemi xəstəlikləri olan insanlarda daha şiddətli ola bilər. Bəzi hallarda soyuqdəymə ilə birlikdə üzə çıxan bu cür əsas sağlamlıq problemləri daha ciddi fəsadlarla nəticələnir.
Bakterial və virus infeksiyaları. Mədə soyuqluğu əlamətləri bəzən Norovirus, Rotavirus və ya bakterial infeksiyalar kimi viral infeksiyalarla qarışdırıla bilər. Belə infeksiyalar ciddi sağlamlıq problemlərinə səbəb olduğundan simtomların hansı səbəbdən olduğunu müəyyənləşdirmək üçün həkimə müraciət etmək vacibdir. 
Xüsusilə simptomlar ani və şiddətli olduqda infeksiya ehtimalı nəzərə alınmalıdır.
Bu risk faktorlarına diqqət yetirməklə mədədə olan soyuqlamanın risk faktorlarının qarşısını ala bilərsiniz.

Hansı hallarda həkimə müraciət edilməlidir?

Mədə soyuqlaması adəyən evdə görülən sadə tədbirlərlə yüngülləşdirilsə də, bəzi hallarda həkimə müraciət edilməlidir. Bunlara daxildir:
  • Şiddətli və davamlı mədə ağrısı və ya kramplar;
  • İki gündən çox davam edən qusma və ishal;
  • 38°C-dən yuxarı qızdırma;
  • Susuzluq hissi, ağızda quruluq və az miqdarda sidiyin tünd rəngdə olması;
  • Ayağa qalxarkən başgicəllənmə və ya daimi zəiflik hissi;
  • Mövcud həzm xəstəlikləri (məsələn, qastrit, xoralar) və ya immun sisteminin zəifləməsi;
  • Qanlı ishal və ya qara nəcis;
  • Birdən başlayan və şiddətli olan qarın ağrısı;
  • Bir neçə saatdan çox davam edən bir şey yeyə və ya içə bilməmək. Bunları edərkən qusmaq;
  • Ümumi sağlamlığınızın ciddi şəkildə pisləşməsi və ya simptomlar gündəlik həyata ciddi təsirin olması;
  • Daimi narahatlıq, adi haldan çox yatmaq və ya heç yata bilməmək.

Mədə soyuqlamasının müalicəsi üçün nə edilməlidir?

Mədə soyuqluğu üçün tibbi müalicə simptomların şiddətinə, müddətinə və əsas səbəblərə görə dəyişir. Pasiyentdən asılı olaraq müalicə üsulları dəyişsə də, ümumilikdə belədir:
Qusma əleyhinə dərmanlar. Mədəyə soyuqdəyən zaman meydana gələn qusma və ürəkbulanmanı aradan qaldırmaq üçün antiemetik dərmanlar istifadə edilir. 
İshal əleyhinə dərmanlar. Mədədə olan soyuqdəymə ishal ilə müşayiət olunarsa, diareyanı idarə etmək üçün ishal əleyhinə dərmanlar istifadə edilir.
Rehidrasiya məhlulları. Qusma və ishal səbəbiylə maye itkisinin qarşısını almaq üçün ağızdan rehidrasiya məhlulları (ORS) istifadə edilə bilər. Bu məhlullar elektrolit balansını bərpa edir və dehidrasiyanın qarşısını alır.
Antibiotiklər. Haqqında danışdığımız problemin səbəbi bakterial infeksiyadırsa, həkim antibiotiklər təyin edə bilər. Bununla belə, antibiotiklər viral infeksiyalar üçün təsirli deyil və yalnız bakterial infeksiyalar üçün istifadə olunur.
Probiyotiklər. Probiyotiklər bağırsaq florasını tarazlaşdıraraq həzm sisteminin normal fəaliyyətini dəstəkləyir və soyuqlamanın simptomlarını aradan qaldırır.
Pəhriz və düzgün qidalanmaq. Soyuqlama müalicəsində pəhriz də vacibdir. Həkimin mədənizi sakitləşdirəcək və həzmi asanlaşdıracaq qidalanma planı tövsiyə edəcəkdir.
İnteqrativ təbabət üsulu. Zəncəfil və nanə çayı kimi bitki çayları mədəni sakitləşdirir və həzmi dəstəkləyir. Mədə nahiyəsinə isti su torbası qoymaq əzələləri rahatlaşdırır və ağrıları aradan qaldırır. Eyni zamanda tərkibində probiyotik olan qidalar da həzm sistemini tənzimləyir və mədə sağlamlığını qoruyur. Bundan əlavə, antihomotoksik preparatlardan virusəleyhinə, antibacterial, bağırsaq keçiriciliyini azaldan preparatlar, hidrokolonoterapiya və rektal ozonoterapiya müalicədə yaxşı nəticə eldə etməyə imkan verir.
Mədə soyuqdəyməsi əlamətləri şiddətli və ya uzun müddət davam edərsə, həkimə müraciət etmək vacibdir. Həkiminiz simptomlarınızın səbəbini təyin edəcək və müvafiq müalicə üsulları ilə soyuqlamanı qısa müddətdə aradan qaldıracaq.

Mədə və Bağırsaq Soyuqlaması Haqqında Çox Soruşulan Suallar


Mədə bağırsaq soyuqlaması nədir və necə yaranır?


Mədə bağırsaq soyuqlaması mədə və bağırsaqların soyuqdan və ya viruslardan təsirlənməsi nəticəsində yaranır. Bu vəziyyətdə həzm sistemi zəifləyir, orqanizmdə ağrılar, qaz və ishal kimi narahatlıqlar meydana çıxır. Mədə bağırsaq soyuqlaması adətən soyuq içkilər içmək, gigiyenaya diqqət etməmək və zəif immunitet səbəbindən baş verir.


Bağırsaq soyuqlaması əlamətləri hansılardır?


Bağırsaq soyuqlaması əlamətləri ümumiyyətlə qarın ağrısı, qaz, şişkinlik, ishal və halsızlıqla müşayiət olunur. Əgər bu bağırsaq soyuqlaması əlamətləri uzun müddət davam edərsə və ya hərarət, qusma kimi əlavə simptomlarla müşahidə olunursa, həkimə müraciət etmək vacibdir.


Mədə soyuqlamasımədə soyuqdəyməsinin əlamətləri nələrdir?


Mədə soyuqlaması zamanı mədədə yanma, ağrı, ürəkbulanma və iştahasızlıq müşahidə edilir. Mədə soyuqdəyməsinin əlamətləri içərisində mədə ağrısı, sulu ishal, qusma və gəyirmə də var. Bu simptomlar həm soyuq içkilər, həm də bakterial təsirlər nəticəsində yaranır.


Mədə bağırsaq soyuqlaması zamanı nə etməli?


Mədə bağırsaq soyuqlaması zamanı nə etməli sualına cavab olaraq isti içkilər içmək, yüngül qidalar qəbul etmək və bol maye içmək tövsiyə olunur. Həmçinin, dincəlmək və ağır yeməklərdən uzaq durmaq da həzmi asanlaşdırır. Əgər vəziyyət pisləşərsə, həkimlə əlaqə saxlamaq lazımdır.


Bağırsaq soyuqlaması zamanı nə etməli?


Bağırsaq soyuqlaması zamanı nə etməli sualına cavab kimi, orqanizmi isti saxlamaq, çoxlu su içmək və təbii probiyotiklərdən istifadə etmək vacibdir. Qatıq və kefir kimi məhsullar bağırsaq florasını bərpa etməyə kömək edir və bağırsaq soyuqlaması simptomlarını yüngülləşdirir.


Mədə soyuqlaması zamanı nə etməli?


Əgər mədə soyuqlaması zamanı nə etməli düşünürsünüzsə, ilk növbədə mədəyə isti su torbası qoymaq, zəncəfil və nanə çayı içmək faydalıdır. Bu, əzələləri rahatlaşdırır və ağrını azaldır. Eyni zamanda, yağlı və ədviyyatlı yeməklərdən uzaq durmaq lazımdır.


Bağırsaq soyuqlaması müalicəsi necə aparılır?


Bağırsaq soyuqlaması müalicəsi zamanı həkim simptomlara əsasən dərman və pəhriz təyin edir. Əgər vəziyyət bakterial infeksiya ilə bağlıdırsa, antibiotiklərdən istifadə edilə bilər. Bununla yanaşı, təbii üsullar və probiyotiklər də bağırsaq soyuqlaması müalicəsi üçün faydalıdır.


Bağırsaq soyuqlaması dərman ilə necə müalicə olunur?


Bağırsaq soyuqlaması dərman seçimində əsas məqsəd ishalı və qusmanı nəzarət altına almaqdır. Həkim adətən elektrolit balansını bərpa edən məhlullar və antiemetik preparatlar təyin edir. Özbaşına bağırsaq soyuqlaması dərman qəbul etmək təhlükəli ola bilər.


Soyuqdəymə qusma ilə müşayiət olunursa, nə etmək lazımdır?


Əgər soyuq deyme qusma ilə birlikdə baş verirsə, bol maye qəbul etmək və bədəni susuzluqdan qorumaq vacibdir. İsti çaylar və duzlu rehidrasiya məhlulları soyuq deyme qusma zamanı orqanizmin maye balansını bərpa etməyə kömək edir.


Mədədə soyuqdəymə əlamətləri nələrdir və necə tanımaq olar?


Medede soyuqdeyme elametleri mədədə sancı, ürəkbulanma və şişkinlik şəklində özünü göstərir. Əgər bu medede soyuqdeyme elametleri uzun müddət davam edərsə, bu, daha ciddi həzm problemi ola bilər və həkimə müraciət edilməlidir.


Soyuqdəymə qarın ağrısı yaradırmı?


Bəli, soyuqdeyme qarin agrisi çox yayılmış simptomdur. Soyuq hava və ya soyuq qidalar bağırsaq əzələlərinin yığılmasına səbəb olur və bu da soyuqdeyme qarin agrisi kimi hiss edilir. Bu zaman isti kompres tətbiq etmək və dincəlmək faydalıdır.


Uşaqlarda mədə ağrısı zamanı nə etməli?


Əgər usaqlarda mede agrisi zamani ne etmeli sualını düşünürsünüzsə, uşağın maye qəbuluna diqqət edin və yağlı yeməklərdən uzaq tutun. Usaqlarda mede agrisi zamani ne etmeli hallarında isti şorba, banan və düyü kimi yumşaq qidalar faydalı olur.


Mədə ağrısı üçün nə etməli?


Mədə ağrısı üçün nə etməli deyə soruşursunuzsa, isti bitki çayları içmək, qazlı içkilərdən uzaq durmaq və mədəyə istirahət vermək vacibdir. Əgər mədə ağrısı üçün nə etməli üsulları nəticə vermirsə, tibbi yardım almaq tövsiyə olunur.


Mədə bağırsaq soyuqlaması əlamətləri necə fərqlənir?


Mede bagirsaq soyuqlamasi elametleri həm mədə, həm də bağırsaqla bağlı simptomları əhatə edir. Qusma, ishal və qarın ağrısı mede bagirsaq soyuqlamasi elametleri sırasında ən çox rast gəlinənlərdir və adətən 2–3 gün ərzində keçib gedir.


Mədə bağırsaq soyuqlaması zamanı nə etməli?


Mede bagirsaq soyuqlamasi zamani ne etmeli sualına cavab olaraq istirahət, bol su və təbii çaylardan istifadə vacibdir. Mede bagirsaq soyuqlamasi zamani ne etmeli hallarında qidalanmanı sadələşdirmək və orqanizmi isti saxlamaq əsas tədbirlərdəndir.


Mədə soyuqlaması zamanı nə etməli?


Mede soyuqlamasi zamani ne etmeli sualının cavabı kimi, isti içkilər içmək və ağır yeməklərdən uzaq durmaq tövsiyə olunur. Mede soyuqlamasi zamani ne etmeli hallarında pəhriz saxlamaq və kifayət qədər istirahət etmək müalicəyə kömək edir.


Soyuqlama üçün dərman nə vaxt qəbul edilməlidir?


Soyuqlama ucun derman yalnız simptomlar uzun müddət davam edərsə və ev üsulları fayda verməzsə, həkim məsləhəti ilə qəbul edilməlidir. Soyuqlama ucun derman istifadə edərkən orqanizmin maye balansına və qidalanmasına diqqət yetirmək lazımdır.