Niyə yazda daha çox xəstələnirik? - İmmunitet nədir?

Tez-tez “immunitetim zəifdir, tez-tez xəstələnirəm” kimi sözlər eşidirik. Bəziləri isə deyir ki, “immunitet güclü olsa, ümumiyyətlə xəstəlik olmaz”.

Bəs həqiqət nədir?


İmmunitet – bədənimizi virus, bakteriya və digər zərərli təsirlərdən qoruyan müdafiə sistemidir. 
Yəni immunitet güclü olanda orqanizm xəstəliklərlə daha rahat mübarizə aparır.

İmmunitet bizi necə qoruyur?

Bədənimiz əslində çox ağıllı işləyir 
  • Virus və bakteriyaları tanıyır 
  • Onlara qarşı müdafiə yaradır 
  • Zərərli hüceyrələri məhv edir 
Hətta bəzi hallarda gələcəkdə eyni xəstəliyə qarşı “yaddaş” da saxlayır.

İmmunitetin növləri hansılardır?

İmmunitet iki cür olur:
 Anadangəlmə immunitet
Doğulduğumuz andan bizdə olur. Bu, ilk müdafiə xəttidir.
 Qazanılmış immunitet
Həyat boyu formalaşır:
  • Xəstəlik keçirdikdən sonra 
  • Peyvəndlər vasitəsilə 

Bədənin ilk qoruyucu qalxanı

Bizi qoruyan ilk “sipər” əslində çox sadə şeylərdir:
  • Dəri 
  • Burun və ağız selikli qişası 
Bunlar mikrobların bədənə daxil olmasının qarşısını alır.
Bədən daxilində isə daha maraqlı proseslər gedir:
  • Xüsusi hüceyrələr (faqositlər) mikrobları “udub” məhv edir 
  • Zülallar və maddələr viruslara qarşı mübarizə aparır 
Məsələn, interferon adlı maddə virusların çoxalmasını ləngidir. 

Niyə yazda daha çox xəstələnirik?

Qış və yaz aylarında:
  • Hava dəyişkən olur 
  • İnsanlar daha çox qapalı mühitdə qalır 
  • Viruslar daha aktiv olur 
Bu səbəbdən qrip və KRVİ (soyuqdəymə) daha çox yayılır.



İmmuniteti necə dəstəkləmək olar?

Bu dövrdə immun sisteminə kömək etmək vacibdir. Bunun üçün bəzən xüsusi preparatlardan istifadə olunur.

Engystol nədir və nə üçün istifadə olunur?

Engystol (Almaniya istehsalı) immun sistemini dəstəkləyən preparatlardan biridir.



Təsiri:
  • Orqanizmdə interferonun yaranmasını artırır 
  • Virusların çoxalmasını azaldır 
  • Müdafiə hüceyrələrini aktivləşdirir 
İstifadə olunur:
  • Qrip və soyuqdəymə 
  • Herpes 
  • Müxtəlif virus infeksiyaları 



Gripp-Heel nə üçündür?

Gripp-Heel(Almaniya istehsalı) daha çox qrip və soyuqdəymə zamanı istifadə olunur.
Təsiri:
  • İltihabı azaldır 
  • İmmuniteti dəstəkləyir 
  • Viruslara qarşı kömək edir 


İstifadə olunur:



Birlikdə istifadə etdikdə nə olur?

Engystol + Gripp-Heel birlikdə:

  • Xəstəliyin başlanğıcında daha təsirli olur 
  • Simptomları yüngülləşdirir 
  • İmmuniteti gücləndirir 
  • Ağırlaşmaların qarşısını almağa kömək edir 


Sağlam qalmağın sadə yolu

İmmunitet bizim əsas qoruyucumuzdur.
Onu güclü saxlamaq üçün:
  • Sağlam qidalanmaq 
  • Yaxşı yatmaq 
  • Stressdən uzaq olmaq 
  • Lazım olduqda dəstək vasitələrindən istifadə etmək vacibdir