Zob xəstəliyi

Zob-qalxanabənzər vəzinin həcminin böyüməsidir.

Zob vəzin fəaliyyəti artanda da,azalanda da,yod defisit vəziyyətlərdə də ola bilər.

Qalxanabənzər vəzin fəaliyyəti azalanda nə baş verir?

  • Bu zaman Hipotireoz əmələ gəlir.
  • Qanda tiroid hormonların səviyyəsi azalır,
  • Halsızlıq,tez yorulma,bədən ağrıları,iş qabiliyyətinin azalması,
  • Yuxululuq,
  • Kökəlməyə meyllik(iştaha artmasa da),
  • Qəbizlik,
  • Dərinin quru və kobud olması,
  • Saç və dırnaqların zəifləməsi,
  • Tez üşümə,
  • Üz,gözətrafı və bütün bədəndə şişkinlik,
  • Qanda xolesterin səviyyəsinin artması, zamanla ürəyin işemik xəstəliyinin formalaşması,
  • Depressiya ,ağlamağa meyllik əlamətləri rast gəlinə bilər.

Bu əlamətlər xroniki yorğunluq sindromu və digər xəstəliklərdə də rast gəlindiyindən bəzən diaqnozun qoyulması gecikir.Hipotireozda vəzin həcmi arta da bilər(bu zaman boğulma əlamətləri olur), azala da bilər. 

Əsas səbəb:Autoimmun tireodit(və ya Haşimoto tireoditi).Müalicədə əvəzedici hormonal terapiya təyin olunur.Əgər nisbi çatışmamazlıq varsa,biotənzimliyici müalicə üsullarından istifadə edərək vəzin fəaliyyətini artırmaq olur(hormonal terapiya təyin edilmədən)

Qalxanabənzər vəzinin artanda nə baş verir?

  • Bu zaman HİPERTİREOZ yaranır.
  • Qanda tiroid hormonların səviyyəsi artır,
  • Ürək vurğularını sayı artır (taxikardiya),səyrici aritmiya
  • Halsızlıq,əl və ayaqların tez yorulması,
  • İshala meyllik,
  • Arıqlama(iştah artsa da),
  • Emosionallıq,üzün qızarması,
  • Əllərin əsməsi,
  • İstiyə dözümsüzlük,tərləmə,
  • Zamanla osteoporoz( sümüklərin “əriməsi”)
  • Bəzi hallarda isə ekzoftalm(gözün önə doğru qabarması)müşahidə oluna bilər. Hipertireozda da vəzin həcmi arta bilir.

Əsas səbəb:Diffuz toksiki zob(Qreyvs xəsətəliyi), Toksiki adenoma

Çoxdüyünlü toksiki zob.

Müalicədə antitireoid dərmanlar təyin olunur.Ehtiyac olarsa pasiyentə cərrahi müalicə və ya radiaktiv yod terpiyası da məsləhət görülə bilər.