Bədəninizdə nə baş verdiyini gözlə görmək imkanı…
Canlı qan analizi (qaranlıqsahəli mikroskopiya) qandakı prosesləri həmin anda, real vaxtda görməyə imkan verən müayinə üsuludur. Bu zaman siz sadəcə nəticəni oxumursunuz, öz qanınızı ekranda canlı izləyə bilirsiniz.
Canlı qan analizi necə aparılır?
Qulaq sırğalığından və ya barmaqdan 1–2 damla qan götürülür. Təxminən 15 dəqiqə ərzində siz prosesi ekranda canlı izləyirsiniz.Bu analiz:
- Orqanizmdə erkən dəyişiklikləri aşkar etməyə kömək edir
- Məhz sizə uyğun tövsiyələrin verilməsinə imkan yaradır

Qan niyə vacibdir?
- Bütün hüceyrələrə oksigen daşıyır- Hüceyrələr arasında əlaqə yaradır
Qan keyfiyyətinin dəyişməsi nədən xəbər verir?
Aşağıdakı hallar tez-tez qanda problemlərin ilk siqnalları ola bilər:- Tez yorulma, halsızlıq
- Baş ağrısı, başgicəllənmə
- Yuxu pozulması (yuxululuq və ya əksinə, yuxusuzluq)
- Diqqət və yaddaş zəifləməsi
- İmmunitetin zəifləməsi
- Depressiv vəziyyət
- Təzyiq problemləri
- Allergiya və dəri problemləri
- Əllərdə və ayaqlarda keyimə
Qanın keyfiyyəti pisləşəndə nə olur?
- Qan hüceyrələri bir-birinə birləşir
- Qan dövranı zəifləyir
- Orqanlara oksigen az çatır

Qan keyfiyyətini yaxşılaşdırmaq üçün kompleks yanaşma lazımdır:
- Düzgün qidalanma
- Kifayət qədər su içmək
- Bağırsaq sağlamlığını qorumaq
- Qaraciyər və böyrəyi dəstəkləmək
- Orqanizmi toksinlərdən təmizləmək
- Hərəkətli olmaq və s.