Təkrarlanan Sızanaqların Müalicəsi Necə Olur?

Təkrarlanan Sızanaqların Müalicəsi Necə Olur?

Sızanaqlar dəridə piy vəzilərinin tıxanması nəticəsində yaranan və adətən üz, kürək və sinə nahiyəsində görülən ümumi dəri problemidir. Xüsusilə yeniyetməlik dövründə hormonların təsiriylə tez-tez rast gəlinən sızanaqlar bəzi insanlar üçün təkrarlanan bir problemə çevrilir. 
Bu vəziyyət həm fiziki, həm də psixoloji cəhətdən narahatlığa səbəb olur. Bu narahatlıqları aradan qaldırmağın yolu isə yalnız müalicədir. 

Təkrarlanan sızanaqların yaranma səbəbi nədir?

Bu dəri problem müxtəlif amillərdən asılı olaraq yaranır. Ən çox rastlaşılan ümumi səbəblər bunlardır:
Hormonal dəyişikliklər. Hormonlar dəridəki yağ bezlərini stimullaşdıraraq daha çox sebum (yağ) istehsalına səbəb olur ki, bu da məsamələrin tıxanmasına gətirib çıxarır. Məsamələr tıxandıqda isə sözügedən problem yaranır.
Xüsusilə yeniyetməlik, menstruasiya, hamiləlik və menopauza dövrlərində olan hormonal dəyişiklər təkrarlanan sızanaqlar yaradır. 
Genetik faktorlar. Ailədə valideynlərin sızanaq problemi olubsa, uşaqların dərisində də buna meyillilik olacaq. 
Stres. Stres bədəndə kortizol səviyyəsini yüksəldir. Yüksək kortizol səviyyəsi isə dəridəki yağ bezlərinin daha çox yağ istehsal etməsinə səbəb olur. Bu vəziyyət məsamələrin tıxanmasına və dəri probleminin yaranmasına yol açır.
Dəriyə yanlış qulluq məhsullarından istifadə. Dərinizə uyğun olmayan və ya komedogen (məsamələri tıxanma) olan məhsulların istifadəsi dəri probleminin artmasına səbəb olan əsas amillərdəndir. 
Ağır makiyaj məhsulları, yağ əsaslı təmizləyicilər və nəmləndiricilər, dəri tipinə uyğun olmayan vasitələrdən istifadə sızanaqların əmələ gəlməsinə səbəb olur.
Qidalanma vərdişləri. Bəzi qidalar, xüsusilə yüksək glisemik indeksi olan qidalar və süd məhsulları həmin qidalara həssaslığı olan insanlarda dəri probleminin yaranmasına səbəb olur. 
Həddindən çox “fast food”, şəkərli və işlənmiş qidaların qəbulu da dəri sağlamlığına mənfi təsir göstərir.
Ətraf mühit faktorları. Hava çirkliliyi, rütubət və temperatur kimi ətraf mühit faktorları da dəriyə mənfi təsir göstərən amillərdir. 
Bu amillər dərinin yağ balansını pozur və təkrarlanan sızanaqların əmələ gəlməsinə səbəb olur.
Dərmanlar. Bəzi dərmanlar yan təsir kimi dəri problemi yaradır. Xüsusilə steroidlər, bəzi antidepresanlar və doğuşa nəzarət həbləri dəridə problem yaradır.
Fiziki qıcıqlanma. Dəri ilə daim təmasda olan əşyalar, məsələn, dar geyimlər, maskalar və ya telefonlar dərinin qıcıqlanmasına və təkrarlanan sızanaqların əmələ gəlməsinə səbəb olur.
Təkrarlanan sızanaqlar adətən bir çox amillərin bir araya gəldiyi zaman baş verir. Buna görə də sızanaqların müalicəsi və qarşısının alınmasına fərdi yanaşmaq və hansı səbəbdən yarandığını müəyyənləşdirmək vacibdir. 

Təkrarlanan sızanaqların hansı növləri var?

Təkrarlanan sızanaqlar dərinin müxtəlif nahiyələrində müxtəlif növlərdə olur. 
Komedonlar. İki növ komedon var:
  • Qara nöqtələr (açıq komedonlar). Məsamələrin tıxanması nəticəsində yaranan komedon hava ilə təmasda olduqda oksidləşərək qara rəngə çevrilir.
  • Ağbaşlar (qapalı komedonlar). Məsamələrin tıxanması nəticəsində yaranan, lakin hava ilə təmas etmədiyi üçün ağ və ya dəri rəngli qalan komedondur.
Papüllər. Kiçik, qırmızı və iltihablı olmayan blisterlər kimi görünən dəri problemləri. Papüllər çox həssas olur və toxunduqda ağrı verirlər. 
Püstüllər. Ağ və ya sarı başlı iltihablı, qırmızı blisterlərdir. Adətən papüllərin iltihabı nəticəsində yaranır.
Düyünlər. Dərinin dərin qatlarında meydana gələn iri, sərt və ağrılı dəri problemləridir. Düyünlər dəridə uzun müddət qalmasa da, izləri qala bilər.
Kistlər. İltihabla dolu böyük, ağrılı və dərin dəri sızanağıdır. Kistik sızanaq kimi də tanınır və yara izləri buraxmağa meyllidir.
Hormonal dəri problemləri. Xüsusilə çənə, çənə xətti və alt yanaq nahiyələrində hormon dalğalanmaları səbəbiylə inkişaf edən aknelərdir. 
Yeniyetməlik, menstruasiya, hamiləlik və menopauza zamanı tez-tez rast gəlinir.
Akne konglobata. Böyük, iltihablı kütlələr meydana gətirən və dərinin geniş sahələrinə yayılan dəri sızanağıdır. Bu sızanaq adətən dəridə iz buraxır və bu izlər uzun müddət getmir. 
Bu müxtəlif növlər təkrarlanan dəri problemlərinin şiddətini və müalicə üsullarını təyin etmək üçün vacibdir. Müalicəyə başlamazdan əvvəl həkim hansı növ dəri problemi ilə üzləşdiyinizi müəyyən edəcək müayinə aparır və daha sonra müalicəyə başlayır.

Təkrarlanan sızanaqların diaqnozu necə qoyulur?

Təkrarlanan dəri problemlərinin diaqnozu dermatoloq tərəfindən hərtərəfli qiymətləndirmə ilə aparılır. 
Bu prosesin mərhələləri bunlardır:
Xəstəlik anamnezi. Dermatoloq xəstənin xəstəlik tarixini və ailədə oxşar dəri problemlərinin olub-olmadığını öyrənmək üçün suallar verir. 
Bundan əlavə, xəstənin həyat tərzi, qidalanma vərdişləri, istifadə etdiyi dəriyə qulluq məhsulları və stres səviyyəsi haqqında məlumat toplanır.
Fiziki müayinə. Dermatoloq dəridə görünən lezyonları diqqətlə araşdırır. Lezyonların növü, dərəcəsi, yeri və şiddəti qiymətləndirilir. 
Papüllər, püstüllər, düyünlər və kistlər kimi müxtəlif növ dəri problemləri fərqləndirilir.
Laboratoriya testləri. Bəzi hallarda hormonal balanssızlıqları və ya digər sağlamlıq problemlərini aşkar etmək üçün qan testləri təyin edilir. 
Allergiya testləri. Bəzi hallarda dəri problemlərinə allergik reaksiyaların səbəb olduğu düşünülürsə, dermatoloq allergiya testləri edə bilər. Bu testlər xəstənin müəyyən maddələrə alerjisi olub-olmadığını müəyyənləşdirir.
Müalicəyə cavabın qiymətləndirilməsi. İlkin müalicə aparıldıqdan sonra xəstənin dəri problemlərinə reaksiyası qiymətləndirilir. Müalicə effektiv deyilsə, diaqnozu təsdiqləmək və ya alternativ müalicə üsullarını sınamaq üçün yenidən qiymətləndirmə aparılır.
Diaqnostika prosesi düzgün müalicə planını yaratmaq üçün vacibdir. Dermatoloq xəstənin dəri tipinə, problemlərin şiddətinə və altında yatan səbəblərə görə ən uyğun müalicə üsullarını təyin edir. 

Təkrarlanan sızanaqlar necə müalicə edilir?

Təkrarlanan sızanaqların bir neçə müalicə üsulu var. Ən çox istifadə edilən müalicə üsullar bunlardır: 
Yerli müalicələr. Birbaşa dəriyə tətbiq edilən üsullardır. Bura daxildir:
  • Benzoyl peroxide. Bu müalicə dəridəki bakteriyaların sayını azaltmaqla və məsamələri təmizləməklə dəri problemlərini idarə edir. Antibakterial xüsusiyyətləri sayəsində iltihabı azaldır.
  • Retinoidlər. Retinoidlər məsamələrin tıxanmasının qarşısını alır və dərinin bərpasını təmin edir. Eyni zamanda bu müalicə dəri hüceyrələrinin yenilənməsi prosesini sürətləndirərək hamar və təmiz dəri əldə etməyə kömək edir.
  • Antibiotik kremlər. Bakterial infeksiyanı azaltmaq üçün istifadə edilən antibiotik kremlər iltihablı dəri problemlərini müalicə edir. Bu kremlər dəridəki bakteriyaları öldürərək iltihabın qarşısını alır.
  • Salisilik turşu. Məsamələri açır və ölü hüceyrələri dəridən təmizləyir. Həmçinin dərini təmizləməyə və yeniləməyə kömək edir.
Ağızdan alınan dərmanlar. Şiddətli və iltihablı dəri problemlərində bakterial infeksiyaya nəzarət etmək üçün antibiotiklər istifadə olunur. Bu müalicə bədəndəki bakteriyaları öldürərək iltihabı azaldır.
Eyni zamanda oral retinoidlər isə dəri hüceyrələrinin yenilənməsini təmin edir və yağ istehsalını azaldır.
Səbəb hormonal balanssızlıq olduqda isə hormon tənzimləyən dərmanlar təyin olunur.
Sağlam qidalanmaq. Yüksək glisemik indeksli qidalardan qaçınmaq və balanslaşdırılmış qidalarla qidalanmaq dərini daha təmiz və sağlam edir.
Bol su içmək. Dərinin nəm balansını qorumaq üçün kifayət qədər su içmək vacibdir. Su dərini nəm və elastik saxlamağa kömək edir.
Stresi idarəetmək. Yoqa, meditasiya və idman kimi stresi azaldan fəaliyyətlər dəri sağlamlığını yaxşılaşdırır. 
Dəriyə qulluq rutinləri. Bura daxildir;
  • Zərif təmizləmə. Dərini qıcıqlandırmayan zərif təmizləyicilərdən istifadə dəri sağlamlığı üçün vacibdir. Zərif təmizləmə dərinin təbii tarazlığını pozmadan təmizlənməsini təmin edir.
  • Nəmləndiricilər. Dərinizin tipinə uyğun nəmləndiricilərdən istifadə edərək dərinin nəm balansının qorunmağınız lazımdır. Nəmləndiricilər dərini nəmli və sağlam saxlamağa kömək edir.
  • Günəşdən qoruyucu. Günəşə çıxmazdan əvvəl SPF tərkibli məhsulların istifadəsi dərini zərərli UV şüalarından qoruyur.
Lazerlə müalicə. Lazer şüaları dəridəki bakteriyaları öldürmək və yağ bezlərini kiçildirmək üçün istifadə olunur. Lazer müalicəsi dərinin iltihabını azaldır və məsamələri təmizləyir.
Mikrodermabraziya. Dərinin üst qatında olan ölü toxumaları təmizləyir, dərinin yenilənməsini təmin edir. Mikrodermabraziya dərinin səthini hamarlaşdırmağa da kömək edir.
Fototerapiya. Mavi və qırmızı işıq terapiyası bakteriyaları öldürmək və iltihabı azaltmaq məqsədi daşıyır. Fototerapiya dəridə iltihabı və bakteriya sayını azaldır.
İnteqrativ təbabətin müalicə üsulları olaraq ozonoterapiyadan, plazmaterapiyadan həmçinin problemə uyğun olaraq mezoterapiyadan istifadə olunur.