Gərginlik Baş Ağrısı: Səbəbləri, Əlamətləri və Müasir Müalicə Yanaşması

Gərginlik Baş Ağrısı: Səbəbləri, Əlamətləri və Müasir Müalicə Yanaşması

Baş ağrısı bir çox xəstəliklərin ən yayğın simptomlarından biridir. Statistik olaraq insanların təxminən 70%-i həyatının müəyyən dövründə gərginlik tipli baş ağrısından əziyyət çəkir. Bu tip ağrıların əsas səbəbləri arasında stress, orqanizmdə toksiki yüklənmə və susuzlaşma mühüm yer tutur.


Gərginlik Baş Ağrısı Nədir?

Gərginlik tipli baş ağrısı birincili baş ağrılarına aiddir və aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur:

  • Başın ətrafında sıxıcı və küt ağrı

  • Gicgah, alın və boyun nahiyəsində hiss olunur

  • Adətən ikitərəfli olur

  • Yüngül və ya orta şiddətli olur

  • 30 dəqiqədən 1 həftəyə qədər davam edə bilər

  • Gözlərə təzyiq kimi yayıla bilər

Bu tip baş ağrısı daha çox qadınlarda müşahidə olunur. Miqrendən fərqli olaraq ürəkbulanma və qusma nadir hallarda olur və əksər hallarda gündəlik fəaliyyətə ciddi mane yaratmır.


Xroniki Gərginlik Baş Ağrısı

Əgər baş ağrısı ay ərzində 15 gündən çox davam edirsə, bu artıq xroniki forma hesab olunur. Bu vəziyyət:

  • həyat keyfiyyətini aşağı salır

  • baş gicəllənməsi yaradır

  • diqqət və yaddaşı zəiflədir

  • davamlı yorğunluq və əsəbilik yaradır


Əsas Səbəblər və Tetikləyici Amillər

Gərginlik baş ağrısını yaradan və ya gücləndirən faktorlar:

  • Stress və depressiya

  • Boyun və çiyin əzələlərinin gərginliyi

  • Çənə problemləri

  • Soyuq hava

  • Zərərli vərdişlər

  • Həddindən artıq qəhvə istehlakı

Bu faktorlar nəticəsində:

  • damar spazmı yaranır

  • əzələ gərginliyi artır

  • immun sistem zəifləyir


Niyə Baş Ağrısı Xronikləşir?

Yalnız ağrıkəsici dərmanlardan istifadə etmək problemi həll etmir. Əksinə:

  • ağrılar xronik hala keçir

  • dərman asılılığı yarana bilər

  • metabolik və hormonal pozuntular inkişaf edə bilər

Baş ağrısı 450-dən çox fərqli səbəbdən yarana bilər. Bu səbəbdən düzgün diaqnostika çox vacibdir.


Nə Zaman Həkimə Müraciət Etməli?

Aşağıdakı hallarda mütləq həkimə müraciət edilməlidir:

  • Baş ağrıları tez-tez təkrarlanırsa

  • Görmə pozğunluğu və keyləşmə varsa

  • Yuxusuzluq və zəiflik müşahidə olunursa

  • Qəfil və çox şiddətli ağrı yaranırsa

  • Ürəkbulanma, qusma və baş gicəllənməsi ilə müşayiət olunursa

Xüsusilə səhər saatlarında baş ağrısı ilə oyanan şəxslər gecikmədən MRT müayinəsindən keçməlidir.


Müasir İnterqrativ Müalicə Yanaşması

Bu gün müasir tibbdə yalnız simptomları deyil, səbəbi müalicə etmək əsas prinsipdir. İnterqrativ tibb yanaşması ilə:

  • Orqanizm kompleks şəkildə qiymətləndirilir

  • Fərdi müalicə planı hazırlanır

  • Həyat tərzi və qidalanma nəzərə alınır


Tətbiq Olunan Müalicə Metodları

Xroniki gərginlik baş ağrılarında aşağıdakı üsullar effektivdir:

  • Detoks və drenaj terapiyası

  • Fizioterapiya

  • Kranial osteopatiya

  • Boyun fəqərələrinin mobilizasiyası

  • Reabilitasiya proqramları

  • Boyun nahiyəsinin masajı

  • Tənəffüs gimnastikası

  • Bioloji aktiv nöqtələrə inyeksiya (Yamamoto metodu)

Bu üsullar:

  • toksinlərin orqanizmdən çıxarılmasına

  • hüceyrəarası mübadilənin yaxşılaşmasına

  • enerji balansının bərpasına kömək edir



İnterqrativ tibb yanaşması ilə gərginlik baş ağrılarında uzunmüddətli remissiya əldə etmək mümkündür. Burada əsas məqsəd yalnız ağrını aradan qaldırmaq deyil, bütün orqanizmi balanslaşdırmaqdır.

Əgər hər hansı simptom uzun müddət davam edirsə, səbəbi araşdırmaq üçün İnteqrativ Tibb üzrə mütəxəssisə müraciət etmək vacibdir. Erkən diaqnostika və düzgün yanaşma sağlamlığınızın qorunmasında əsas rol oynayır.


Aygün Məmmədova
Nevroloq
İnteqrativ tibb mütəxəssisi