Qreyvs xəstəliyi qalxanvari vəzinin həddindən artıq işləməsi ilə gedən autoimmun xəstəlikdir. Bu zaman orqanizm öz vəzinə qarşı anticisimlər yaradır və nəticədə vəz “dayanmadan” hormon istehsal edir.
Nəticədə orqanizmdə belə vəziyyət yaranır:
• Ürək normadan çox sürətli işləyir• Maddələr mübadiləsi həddindən artıq sürətlənir
• Sinir sistemi yüklənir
• Bədən sürətlə zəifləyir
Əgər vaxtında müdaxilə edilməzsə, bu vəziyyət ciddi fəsadlara səbəb ola bilər!

Sizdə bu əlamətlər varmı?
Əgər aşağıdakı əlamətlər sizdə varsa, diqqətli olun:• Ürək döyüntüsü (100–140 və daha çox)
• Çəki itkisi (yemək yeyə-yeyə arıqlama)
• Əsəbilik və panika hissi
• Əllərdə titrəmə
• Həddindən artıq tərləmə
• İstiyə dözümsüzlük
• Gözlərin böyüməsi (irəli çıxması)
• Yuxu pozuntusu
Bu əlamətlər çox vaxt “stress” kimi qəbul edilir, amma əslində səbəb qalxanvari vəz xəstəliyi ola bilər.
Qreyvs xəstəliyi niyə yaranır?
Bu xəstəlik tək bir səbəbdən deyil, bir neçə faktorun birlikdə təsiri ilə yaranır:• Genetik meyillilik
• Uzunmüddətli stress
• Bağırsaq problemləri
• Hormon balansının pozulması
• Orqanizmdə iltihabi proseslər
• Ağır metallarla yüklənmə
Yəni problem təkcə vəzdə deyil — bütün orqanizmdə balans pozulur.

İNTEQRATİV TİBBDƏ QREYVS XƏSTƏLİYİNƏ YANAŞMA
Ən vacib fərq burdadır:Adi yanaşmada sadəcə hormonlar aşağı salınır.
İnteqrativ tibbdə isə səbəb tapılıb aradan qaldırılır.
🔹 1. Qidalanma ilə müalicə
• İltihabı azaldan xüsusi pəhriz
• Yod balansının tənzimlənməsi
• Şəkər və kofeinin azaldılması
🔹 2. Vitamin və mineral dəstəyi
Orqanizmə lazım olan maddələr bərpa edilir:
• Selen
• D vitamini
• Maqnezium
• B qrupu vitaminləri
🔹 3. Stress və sinir sisteminin bərpası
• Kortizol balansı tənzimlənir
• Yuxu rejimi bərpa olunur
• Sinir sistemi sakitləşdirilir
🔹 4. Bağırsaq sağlamlığının düzəldilməsi
Çünki immun sistemin 70%-i bağırsaqdadır:
• Probiyotiklər
• İltihabın azaldılması
• “Leaky gut” sindromunun korreksiyası
🔹 5. Biotənzimləyici müalicə
İnteqrativ tibbdə istifadə olunan xüsusi preparatlar:
• Orqanizmin özünü bərpa mexanizmini aktivləşdirir
• İmmun sistemini tənzimləyir
• Minimal yan təsir riski daşıyır
🔹 6. Fərdi və nəzarətli müalicə
• Hormonlar davamlı izlənir
• Lazım olduqda klassik müalicə ilə birlikdə aparılır
Müalicə olunmasa nə baş verə bilər?
Qreyvs xəstəliyi nəzarətsiz qalarsa:• Ürək problemləri
• Osteoporoz (sümük əriməsi)
• Tiroid krizi (həyati təhlükə)
yarana bilər
Qreyvs xəstəliyi:
❌ Sadəcə “hormon xəstəliyi” deyil
❌ Sadəcə dərmanla tam həll olunmur
✔ Doğru yanaşma ilə
✔ Səbəbi tapılıb aradan qaldırıldıqda
✔ İnteqrativ müalicə ilə
xəstəliyi nəzarətə almaq və həyat keyfiyyətini bərpa etmək mümkündür.
Əgər sizdə:
• səbəbsiz ürək döyüntüsü
• əsəbilik
• arıqlama
• gözlərdə dəyişiklik
varsa, gecikmədən müayinədən keçmək tövsiyə olunur.
Erkən diaqnoz = daha asan və effektiv müalicə!
Dr. Lamiyə Nəbibəyli, endokrinoloq, İnteqrativ Tibb mütəxəssisi