Zəhərli Zobun Əlamətləri Nədir? Zəhərli Zob Çox Risklidir?
Boyunda yerləşən qalxanabənzər vəzilər tiroid hormonlarının ifrazından məsuldur. Bu xəstəlik qalxanabənzər vəzi hormonunun həddindən artıq ifrazı nəticəsində inkişaf edən xəstəlikdir. Bu xəstəlik hipertiroidizmə səbəb olur. Başqa sözlə hipertiroidizmin bir növüdür. Qalxanabənzər vəzi hormonları orqanizmdə maddələr mübadiləsi sürətini tənzimləmək, enerji istehsalını təmin etmək, bədən istiliyini tənzimləmək kimi bir çox funksiyaları yerinə yetirir. Bu səbəbdən sözügedən xəstəlikdə bu hormonların həddindən artıq ifraz olunması səbəbindən orqanizmin fəaliyyətində geniş pozulmalar müşahidə edilir.
Gündəlik həyat tərzinə mənfi təsir edən bu xəstəlik hər yaşda müşahidə olunsa da, ümumiyyətlə qadınlarda və 40 yaşdan aşağı xəstələrdə daha çox rast gəlinir. Bu xəstəlik müalicə edilməzsə, başqa müxtəlif xəstəliklərə səbəb olaraq ölümcül ola bilər. Bu səbəbdən xəstəliyin əlamətləri müşahidə olunan kimi bir endokrinoloq həkimə müraciət edilməlidir. Xəstəlik həkim tərəfindən aşkarlanan kimi isə vaxt itirmədən müalicələrə başlanılmalıdır.
Zəhərli zobun əsas səbəbləri aşağıdakılardır:
- Qreyvs xəstəliyi
- Zəhərli düyünlü zob (toksiki adenoma)
- Qalxanabənzər vəzi xəstəlikləri
Zəhərli düyünlü zob (toksiki adenoma). Qalxanabənzər vəzindəki bir və ya bir neçə düyün həddindən artıq miqdarda tiroid hormonu istehsal etmək üçün normal toxumadan asılı olmayaraq işləyə bilər.
Qalxanabənzər vəzi xəstəlikləri. Qalxanabənzər vəzin iltihabı tiroid hormonlarının ifrazına səbəb ola bilər.
Zəhərli zob nədir?
Hipertiroidizmin bir növü olan bu xəstəlik bədənin özünə qarşı müdafiəyə keçməsi kimi bilinən bir otoimmün xəstəlikdir. Buna zəhərli diffuz zob da deyilir. Xəstəliyi olan insanlarda otoimmün hücumlar nəticəsində tiroid vəzindən həddindən artıq miqdarda tiroid hormonu ifraz olunur. Boyundakı qalxanabənzər vəzinin həcminin artması səbəbiylə vəzin həcmi böyüyür ki, bu da zob olaraq bilinir. Bu problemə qadınlarda kişilərə nisbətən 4-5 dəfə çox rast gəlinir. Bu xəstəlik hər yaşda olan insanda müşahidə oluna bilər.
Ancaq onu da qeyd edək ki, 25-40 yaş aralığı xəstəliyin ən çox yayıldığı dövrdür. Bu, otoimmün bir xəstəlik olduğuna görə bəzi insanlarda müxtəlif növ otoimmün xəstəliklərlə birlikdə ola bilər. Bu xəstəliklərə misal olaraq sistemik lupus eritematosus, vitiliqo, revmatoid artrit və s. demək olar. Qreyvs xəstəliyi qabarıq gözlər adlanan gözlərin görünüşü ilə də xarakterizə olunan bir zob növüdür. Buna ekzoftalm deyirlər.
Zəhərli zobun əlamətləri nələrdir?
Zəhərli zobun simptomları bədəndə tiroid hormonu səviyyəsinin həddindən artıq olmasında qaynaqlanır. Bu simptomlar hər insanda fərqlidir və şiddəti səviyyəsinə görə dəyişə bilər. Xəstəliyin ümumi simptomları bunlardır:
- Sürətli ürək döyüntüsü (taxikardiya)
- Ürək döyüntüsü və ritm pozğunluqları
- Həddindən artıq tərləmə
- Həddindən artıq yorğunluq və zəiflik
- Həddindən artıq zəiflik və əzələ itkisi
- Həddindən artıq iştah
- Əsəbilik və narahatlıq hissi
- Titrəmə
- İncə, cansız saçlar və həssas dəri
- İstiyə qarşı dözümsüzlük
- Menstruasiya pozuntuları
- Göz simptomları
Ürək döyüntüsü və ritm pozğunluqları. Ürək döyüntüsündə artma səbəbinə görə döyüntü ritmində pozğunluq və aritmiya baş verə bilər.
Həddindən artıq tərləmə. Artan bədən istiliyi həddindən artıq tərləməyə səbəb ola bilər.
Həddindən artıq yorğunluq və zəiflik. Maddələr mübadiləsinin sürətləndirilməsi enerji istehlakını artıra bilər. Bu da insanın özünü zəif hiss etməsinə səbəb ola bilər.
Həddindən artıq zəiflik və əzələ itkisi. Metabolizmanın sürətlənməsi bədəndə enerjinin tükənməsinə səbəb olur. Bu da xəstənin halsız hiss etməsinə səbəb ola bilər.
Həddindən artıq iştah. Hipertiroidizm iştahanın artmasına, amma buna baxmayaraq kilo itkisinə səbəb ola bilər.
Əsəbilik və narahatlıq hissi. Tiroid hormonlarının artması sinir sisteminə qıcıqlandırıcı təsir göstərə bilər ki, bu da əsəbilik və narahatlığa səbəb ola bilər.
Titrəmə. Hipertiroidizm nəticəsində əllərdə, barmaqlarda və ya digər bədən hissələrində titrəmə hissi ola bilər.
İncə, cansız saçlar və həssas dəri: Metabalizmanın artması nəticəsində saçların və dərinin normadan daha sürətli yenilənməsinə səbəb ola bilər.
İstiyə qarşı dözümsüzlük. Bədən istiliyinin artmasınin nəticəsi olaraq xəstə isti mühitlərə qarşı dözümsüz olur.
Menstruasiya pozuntuları. Hipertiroidizm xəstəliyinin nəticəsi olaraq qadınlarda menstruasiya dövründə dəyişikliklər ola bilər.
Göz simptomları. Bəzi Qreyvs xəstəliyində bəzi hallarda göz qapaqlarının şişməsi və gözlərin çıxıntılı görünüşü müşahidə olunur.
Bundan əlavə, xüsusilə yaşlılarda müşahidə olunan əlavə əlamətlər aşağıdakılardır:
- Atrial fibrilasiya
- Supraventikulyar aritmiya
- Konjestif ürək çatışmazlığı
- Sistolik hipertansiyon
- Tremor (əllərdə titrəmə)
- Zobun olması
- İsti nəm dəri
- Əl və ayaqlarda əzələ zəifliyi
- Gözlərdə müşahidə olunan əlamətlər
- Kişilərdə ginekomastiya (qadın tipli süd vəzisinin böyüməsi)
- Erektil disfunksiya və s.
Zəhərli zobun diaqnozu necə qoyulur?
Zəhərli zobun adətən hərtərəfli müayinə və müxtəlif testlərdən istifadə etməklə bir enokrinoloq tərəfindən diaqnozu qoyulur. Sözügedən xəstəliyin diaqnozu üçün istifadə olunan bəzi ümumi üsullar bunlardır:
Həkimin xəstəyə diaqnoz qoymaq məqsədi ilə verdiyi suallar nəticəsində əldə etdiyi xəstənin tarixçəsidir (anamnez) və fiziki müayinə: Həkim xəstənin sadaladığı əlamətləri və tibbi tarixini qiymətləndirir. Fiziki müayinə zamanı qalxanabənzər vəzinin ölçüsü, həcmi və düyünlərinin olması, əgər varsa, yoxlanılır.
Qan testləri: Qan testləri tiroid hormonlarını müəyyənləşdirib dəyərlərinə baxmaq üçün istifadə olunur. Bu testlərə TSH (tiroid stimullaşdırıcı hormon), sərbəst T3 (triiodotironin) və sərbəst T4 (tiroksin) səviyyələri daxildir. Bu xəstəlik zamanı TSH səviyyəsi adətən aşağı, sərbəst T3 və T4 səviyyələri isə yüksək olur. Bundan başqa, otoimmün antitellər (Anti-TPO, ANTİ-TG, ANTİ-TSH).
Radioaktiv yod testləri və ya tiroid sintiqrafiyası: Bu testlər qalxanabənzər vəzinin radioaktiv yodu qəbul etmə və istifadə etmə səviyyəsini qiymətləndirir. Bu testlər qalxanabənzər vəzi düyünlərinin normal toxumadan asılı olmayaraq işlədiyini müəyyən etməyə kömək edə bilər. Yəni düyün hormon ifraz edir , yoxsa etmir.
Qalxanabənzər vəzinin USM müayinəsi: Qalxanabənzər vəzi ultrasəs müayinəsi çox rahat və geniş yayılmış müayinə üsuludur. Vəzinin strukturu, qan təchizatı ölçüsü , həcmi , düyünlərinin olub-olmaması vəzi ətrafinda limfa düyünləri haqqında məlumat verir.
İncə iynə aspirasiya biopsiyası (İİAB): Bu, tiroid düyünlərinin xərçəngli olub olmadığını müəyyən etmək üçün istifadə edilən bir prosedurdur. İynə biopsiyası ilə tiroid vəzindən hüceyrə nümunələri götürülür və araşdırılır. Bu testlərin birləşməsi xəstəliyin diaqnozunu təsdiqləmək və əsas səbəbi müəyyən etmək üçün istifadə olunur. Diaqnostik proses adətən endokrinoloq tərəfindən aparılır. Erkən diaqnoz və düzgün müalicə də çox vacibdir, çünki sözügedən xəstəlik müalicə edilmədikdə müxtəlif fəsadlara səbəb ola bilər.
Bu problemin müalicəsi xəstəliyin səbəbindən asılı olaraq dəyişə bilər.
Zəhərli zob niyə yaranır?
Zəhərli zob qalxanabənzər vəzinin həddindən artıq miqdarda tiroid hormonu istehsal etməsinin nəticəsində yaranan bir xəstəlikdir. Bu xəstəliyin 3 növü var.
Qreyvs xəstəliyinin səbəbi immunitet sistemindəki problemdir (otoimmün xəstəliklər). İmmunitet sistemi qalxanabənzər vəzin hüceyrələrinə qarşı otoantikorlar əmələ gətirir və tiroid hüceyrələri ilə mübarizə aparmağa başlayır. Nəticədə tiroid hüceyrələri həddindən artıq işləyir və qana çox miqdarda tiroid hormonu buraxır. T4 və T3 hormonlarının artması ilə TSH səviyyəsi azalır və sözügedən xəstəlik əmələ gəlir. Bu xəstəlik zamanı ürək döyüntülərinin dərəcəsi dəqiqədə 90-100 vuruşdan yuxarı olur. İnsan sakit halda olduqda belə ürək döyüntüsü hiss edir. Eyni zamanda xəstəliyin digər əlamətləri (tərləmə, titrəmə, istiyə dözümsüzlük, həddindən artıq həyəcan və s.) baş verir.
Qreyvs xəstəliyi müalicə olunmasa xəstədə zamanla göz simptomları da müşahidə oluna bilər. Gözlərin irəliyə doğru çıxması nəticəsində onların bəzi funksiyalarının pozulması ilə nəticələnir. Bunun səbəbi göz yuvasının arxasında yığılmış bir maddədir. Bu maddə mukopolisakkarid quruluşa malikdir. Gözlər irəli çıxmış görünməyə başlayır. Buna ekzoftalmiya deyilir. Bu xəstəliyə nəyin səbəb olduğu dəqiq məlum deyil.
Xəstəliyin başqa bir növü çoxdüyünlü zəhərli zob (Plummer) xəstəliyidir. Yaranma mexanizmi qreyvs xəstəliyinə bənzəyir. İmmunitetlə bağlı olmasa da hər hansı bir düyünün həddən artıq hormon ifraz etməsindən asılı olaraq da yarana bilər. Zəhərli düyünlü zob isə tək bir düyünün öz-özünə həddindən artıq hormon ifraz etməsi zamanı meydana gəlir. Bunun da səbəbi tam olaraq məlum deyil. Sözügedən problemin əmələ gəlməsinin qarşısını almaq üçün hər hansı bir üsul yoxdur. Bəzi qidaların (məsələn, qırmızı kələm kimi) xəstəliyin əmələ gəlməsində rol oynadığı sübut edilməmişdir. İmmunitet mexanizmində pozğunluğa nə səbəb olduğu bilinmir.
Zəhərli zobun hansı fəsadları var?
Bu xəstəlik diaqnozdan sonra mütləq müalicə tələb edən və son dərəcə ciddi sistemli nəticələrə səbəb ola bilən xəstəlikdir. Bu xəstəlik iştaha və kifayət qədər qida qəbuluna baxmayaraq maddələr mübadiləsinin sürətlənməsinə, ürəyin çox sürətli işləməsinə, həddindən artıq kilo itkisinə və nəticədə bədən müqavimətinin azalmasına, ürək və orqan çatışmazlığına səbəb ola bilər. Müalicə olunmayan zəhərli zobda göz simptomları və görmə pozğunluqları yarana bilər və ürək daşıya biləcəyindən çox yükləndiyi üçün bir müddət sonra zəifləməyə doğru gedir. Nəticədə müalicə olunmazsa, ölümcül nəticələr yaranır.
Xəstəliyin bəzi risklərini və ağırlaşmalarını aşağıdakı kimi sadalayaq:
- Ürək Problemləri
- Osteoporoz
- Göz problemləri (Qreyvs xəstəliyində)
- Tirotoksik kriz
- Hamiləliyin ağırlaşmaları
- Hipotiroidizm (Müalicə sonrası)
Osteoporoz: Yüksək tiroid hormon səviyyələri sümük sıxlığını azalda və osteoporoz riskini artıra bilər.
Göz problemləri (Qreyvs xəstəliyində): Qreyvs xəstəliyi ilə hallarda göz simptomları yarana bilər. Bu hal göz qapaqlarının şişməsi, gözlərin çıxıntılı görünüşü və göz əzələlərinin zəifləməsi kimi özünü göstərir.
Tirotoksik kriz: Nadir hallarda tiroid hormonunun həddindən artıq ifrazı tireotoksik krizə səbəb ola bilər. Bu ciddi siqnaldır və yüksək hərarət, sürətli ürək döyüntüsü, həddindən artıq tərləmə, titrəmə və huşun itirilməsi kimi simptomları ehtiva edir.
Hamiləliyin ağırlaşmaları: Xəstəlik hamiləlik zamanı ağırlaşmalara səbəb ola bilər. Bu vəziyyət körpədə erkən doğum, aşağı çəki və tiroid problemləri riskini artıra bilər.
Hipotiroidizm (Müalicə sonrası): Müalicədən sonra həddindən artıq aktiv tiroid vəzinin tənzimlənməsi üçün istifadə edilən vasitələr bəzən qalxanabənzər vəzinin həddindən artıq az fəaliyyət göstərməsinə (hipotireoz) səbəb ola bilər. Bu risklər xəstəliyin potensial ciddi fəsadlarıdır.
Buna görə də xəstəliyin əlamətləri aşkar edildikdə və ya diaqnoz qoyulduqda bir endokrinoloq həkim ilə əlaqə saxlamaq və müvafiq müalicə almaq vacibdir. Müalicə adətən simptomların şiddətinə, xəstənin yaşına, ümumi sağlamlığına və digər amillərə əsasən müəyyən edilir.
Zəhərli zob zamanı həyat tərzi və psixoloji təsirlər
Zəhərli zob yalnız fiziki deyil, psixoloji sağlamlığa da təsir edir. Tiroid hormonlarının normadan artıq ifrazı narahatlıq, panik atak, depressiya və yuxu pozuntuları kimi vəziyyətlərlə nəticələnə bilər. Bu da şəxsin gündəlik fəaliyyətini və iş həyatını mənfi təsir altına alır.
Ayrıca, bu xəstəlik zamanı sosial həyat da çətinləşə bilər. İnsanlar özlərini tez-tez yorğun, əsəbi və konsentrasiyası zəif hiss edirlər. Buna görə zəhərli zobun müalicəsi ilə yanaşı psixoloji dəstək də mühüm rol oynayır.
Həyat tərzində ediləcək kiçik dəyişikliklər – düzgün qidalanma, stress idarəsi, yuxu rejiminin normallaşdırılması və fiziki fəaliyyətin artırılması – müalicə prosesinə böyük dəstək ola bilər. Bu səbəbdən xəstəliklə yanaşı yaşamaq deyil, onu tam şəkildə idarə etmək hədəf alınmalıdır.
Zəhərli zobun müalicə üsulları hansılardır?
Zəhərli zob xəstəliyinin müalicə prosesini necə planlaşdırmaq olar? Qərar, xəstəliyin səviyyəsi, xəstənin yaşı, dərman müalicələrinə reaksiyaları kimi bir çox faktoru nəzərə alaraq həkim tərəfindən verilir. Ümumiyyətlə, xəstəliyin müalicəsində üç fərqli üsuldan istifadə edilir:
- Antitiroid dərman müalicə
- Cərrahi müalicə üsul (tiroidektomiya)
- Radioaktiv yod terapiya
Cərrahi müalicə üsulu (tiroidektomiya). Qalxanabənzər vəzində düyünləri olan və ya xərçəng şübhəsi olan şəxslərdə cərrahi əməliyyata üstünlük verilir.
Radioaktiv yod terapiya. Bu müalicə üsulu atom terapiyası kimi də tanınır və təxminən 2 ay ərzində xəstələrin 50% -ində hormon səviyyələrini normallaşdırmağa imkan verir. Qalan 50%-də isə müalicə olunmasına baxmayaraq qalxanabənzər vəzinin həddindən artıq və ya qeyri-aktiv problemləri müşahidə oluna bilər.
İnteqrativ müalicə üsulu. İnteqrativ tibb alternativ və ya tamamlayıcı müalicə yanaşmalarının, eləcə də ənənəvi tibb üsullarının istifadəsini əhatə edir. Bununla belə, inteqrativ müalicə üsullarının istifadəsindən öncə bu üsul barədə həkim ilə danışılmalıdır. Həkim mütəxəssis şəxsin vəziyyətini qiymətləndirir və müvafiq müalicə planını təyin edir.
Xəstəliyin inteqrativ müalicəsində istifadə olunan bəzi yanaşmalar bunlardır:
- Qidalanma və əlavələr
- Bitki mənşəli dərmanlar
- Akupunktur
- Yoqa və Meditasiya
- Homeopatiya
Bitki mənşəli dərmanlar: Bəzi bitki mənşəli əlavələrin (məsələn, ashwagandha, L-carnitine) zəhərli zobu idarə etməyə kömək edə biləcəyi düşünülür. Bununla belə, bitki mənşəli dərmanların istifadəsində ehtiyatlı olmaq və dozası ilə bağlı bir mütəxəssisdən məsləhət almaq lazımdır.
Akupunktur: Akupunktur bədəndəki enerji axını tənzimləməyi hədəfləyən ənənəvi Çin təbabəti üsuludur. Bu üsul bəzi pasiyentlərdə xəstəliyin əlamətlərini aradan qaldırmağa kömək edə bilər.
Yoqa və Meditasiya: Stresin idarə edilməsi bu xəstəliyin simptomlarını aradan qaldıra bilər. Yoqa və meditasiya stresi azaltmağa kömək edən bir alternativdir.
Homeopatiya: Bəzi insanlar homeopatik müalicə üsullarından istifadə edərək zəhərli zobun simptomlarını idarə edə bilirlər. Bununla belə, homeopatiya üçün elmi sübutlar məhduddur və istifadə etməzdən əvvəl bir mütəxəssislə məsləhətləşməlisiniz. Bu üsullar bəzi insanlar üçün faydalı ola bilsə də, xəstəliyin müalicəsində təsirli olan elmi cəhətdən sübut edilmiş ənənəvi tibb üsulları var.
Qeyd edək ki, inteqrativ müalicə üsullarından istifadə edərkən, ənənəvi tibbin tövsiyələrinə əməl edilməli və sağlamlıq vəziyyətini mütəmadi olaraq izləmək üçün həkim mütəxəssis ilə məsləhətləşməyi gözardı etməməlisiniz.
Zəhərli Zob ilə Bağlı Çox Soruşulan Suallar
Zobun elametleri nədir?
Zobun elametleri arasında boyun nahiyəsində şişlik, udqunarkən narahatlıq, səsdə dəyişiklik və nəfəs almaqda çətinlik kimi hallar müşahidə olunur. Bəzi hallarda ümumi zəiflik, əsəbilik və istilik həssaslığı da görünə bilər.
Boğazda zobun əlamətləri hansılardır?
Boğazda zobun əlamətləri sırasında boğazda dolğunluq hissi, udqunma zamanı ağrı, boğazda təzyiq və səsin batması ön plana çıxır. Bu əlamətlər qalxanabənzər vəzinin böyüməsi ilə əlaqəli olaraq meydana gəlir.
Gizli zobun əlamətləri nələrdir?
Gizli zobun əlamətləri çox vaxt aşkarlanmaz və yavaş irəliləyir. Lakin, zamanla halsızlıq, narahatlıq, arıqlama və ürək döyüntüsündə artım kimi simptomlarla özünü göstərə bilər. Gizli forma olduqda diaqnoz qoymaq daha çətin olur.
Zeherli zobun elametleri nələrdir?
Zeherli zobun elametleri arasında sürətli ürək döyüntüsü, həddindən artıq tərləmə, titrəmə, iştah artımı ilə birlikdə arıqlama, əsəbilik və əzələ zəifliyi daxildir. Bu əlamətlər bədəndə tiroid hormonlarının artması nəticəsində yaranır.
Düyünlü zobun fəsadları nələr ola bilər?
Düyünlü zobun fəsadları arasında nəfəs çatışmazlığı, udqunma çətinliyi, kosmetik narahatlıqlar və bəzi hallarda bədxassəli şişlərə çevrilmə riski yer alır. Düyünlər funksional olduqda hormon balanssızlığı da yarana bilər.
Zeherli zob qorxuludurmu?
Zeherli zob qorxuludurmu sualına cavab olaraq, bu xəstəlik müalicə olunmadıqda ürək ritm pozğunluqları, osteoporoz, tirotoksik kriz kimi ciddi fəsadlara yol aça bilər. Ona görə də erkən diaqnoz və müalicə həyati əhəmiyyət daşıyır.
Düyünlü zobun əlamətləri necə müəyyən edilir?
Düyünlü zobun əlamətləri qalxanabənzər vəzidə hiss edilən düyün, udqunarkən hiss edilən sərtlik, bəzən ağrı və boyun nahiyəsində görünən dəyişikliklərlə müşahidə olunur. Bəzi hallarda hormon ifrazında artım da ola bilər.
Zeherli zob neden yaranir?
Zeherli zob neden yaranir sualının cavabı immun sisteminin tiroid vəzini yanlışlıqla hədəf alması və nəticədə hormon ifrazının artmasıdır. Qreyvs xəstəliyi, düyünlü zob və tiroid iltihabı bu səbəblər arasındadır.
Zob xəstəliyi necə bir xəstəlikdir?
Zob xəstəliyi qalxanabənzər vəzinin böyüməsi ilə xarakterizə olunan və hormonal pozuntularla müşayiət olunan endokrin bir xəstəlikdir. Bu vəziyyət həm fiziki, həm də metabolik təsirlər yarada bilər.
Qalxanabənzər vəzi xəstəlikləri əlamətləri hansılardır?
Qalxanabənzər vəzi xəstəlikləri əlamətləri arasında boyun şişməsi, halsızlıq, istilik və soyuqluq həssaslığı, menstrual dəyişikliklər, narahatlıq və bəzən çəki dəyişikliyi ola bilər. Bu əlamətlər hormon səviyyələrinin pozulması ilə bağlıdır.
Zobun yaranma səbəbləri nələrdir?
Zobun yaranma səbəbləri arasında yod çatışmazlığı, genetik meyllilik, otoimmün xəstəliklər və hormonal pozğunluqlar yer alır. Ətraf mühit faktorları və bəzi dərmanlar da səbəb ola bilər.
Qalxanabənzər vəzi əlamətləri nələrdir?
Qalxanabənzər vəzi əlamətləri arasında boğazda şişkinlik, istilik dözümsüzlüyü, tərləmə, əsəbilik, menstruasiya pozğunluqları və göz problemləri yer ala bilər. Bu əlamətlər vəzi fəaliyyətinin artması və ya azalması ilə bağlıdır.
Zobun hamiləliyə təsiri necə ola bilər?
Zobun hamiləliyə təsiri ciddi ola bilər. Müalicə olunmayan hallar erkən doğuş, aşağı çəki, preeklampsiya və dölün tiroid pozğunluqları kimi risklərlə nəticələnə bilər. Hamiləlikdə hormon balansı yaxından izlənməlidir.
Zeherli zob zamani qidalanma necə olmalıdır?
Zeherli zob zamani qidalanma hormon balansını qoruyacaq şəkildə planlaşdırılmalıdır. Yod miqdarı diqqətlə tənzimlənməli, selen, sink və B qrupu vitaminlərlə zəngin bir pəhriz tətbiq olunmalıdır. Qidalanma planı mütləq mütəxəssis nəzarətində olmalıdır.