Həkim qəbuluna yazıl

Canlı çat

Hipertoniya Xəstəliyinin Simptomları və Müalicəsi

Hipertoniya xəstəliyi (Yüksək arterial təzyiq) hansı hallarda risklidir?


Hipertoniya xəstəliyi arterial təzyiqin normada müəyyən olunmuş rəqəmlərdən yüksək  olmasıdır. Normada sağlam bir insanda təzyiq 120/80 mm.c.st olmalıdır.  Ancaq bu rəqəmlər 140/90 mm.c.st keçməmək şərti ilə fərqli ola bilər. Arterial təzyiq sistolik və diastolik olur. Sistolik arterial təzyiq ürək əzələsinin yığılaraq qanı damarlara qovduğu zaman yaranan təzyiqdir . Disatolik təyiq isə  ürək əzələsinin boşalması zamanı damarlarda olan təzyiqidir. Yüksək arterial təzyiq xəstəliyi daha çox 40-80 yaşlarda rast gəlinsə, daha gənc insalarda da müşahidə oluna bilir. 


Hipertoniya


Hipertoniyanın simptomları nələrdir? 


Hipertoniya əksər hallarda heç bir əlamət vermədən formalaşır. Ona görə də yüksək qan təzyiqi “Səssiz qatil”, “Lal qatil” adlandırırlar.  Buna görə də xüsusən orta yaş insanlarda  qan təzyiqinin vaxtaşırı ölçülməsi  hipertoniyanı aşkar etmək və idarə etmək üçün çox vacibdir. Bəzi hallarda isə bu xəstəlik özünü müxtəlif simptomlarala biruzə verir:


  •  Baş ağrısı

  •  Başgicəllənmə 

  •  Burundan qan gəlmə

  •  Görmənin bulanması

  •  Gözün torlu qişasına qan sızma

  •  Sinə ağrısı

  •  Qulaqlada küy-cingilti

  •  Ürək ritminin pozulması (aritmiya)

  •  Yorğunluq və ya halsızlıq

  •  Hipertoniyanın səbəbləri nələrdir?


Yüksək qan təzyiqi müxtəlif səbəblərə görə ola bilər. Bu hal çox vaxt genetik, həyat tərzi və ətraf mühit amillərinin birləşməsinin nəticəsində baş verir.  


Hipertoniya xəstəliyi birincili və Iikincili  olmaqla 2 qrupa bölünür. Birincili 95% hallarda rasta gəlinir. Xəstəliyin tam olaraq  bir səbəbi olmur.  Lakin yaranmasına təsir  göstərən bir çox risk faktorları var. Bura az hərəkətli həyat tərzi,  düzgün olmayan qidaqlanma ( fast food, çox miqdarda xörək duzu istifadəsi və s.),zərəli vərdişlər ( alkoqol, energetik içkilər, tütün istifadəsi) artıq çəki, dislipidemiya (xolesterin yüksəkliyi )  stres, şəkərli diabet, irsi meyillik daxildir, müxtəlif dərman preparatlarının qəbulu.

 İkincili isə müxtəlif xəstəliklər zamanı (böyrək xəstəlikləri, böyrək üstü vəz xəstəlikləri, yuxu apnoesi( yuxu zamanı nəfəs darlığı) esas xəstəliyin simptomu kimi müşahidə olunur.


Hipertoniya müalicə olunmazsa hansı ağırlaşmalar müşahidə oluna bilər?


Yüksək arterial təzyiqi nəzarət edilmədikdə sağlamlığa ciddi təsir göstərən xroniki bir xəstəlikdir. Bu vəziyyət damarlara, ürəyə və digər orqanları əlavə stresə məruz qoyur, müxtəlif sağlamlıq fəsadları riskini artırır. 


Hipertoniya zamanı müşahidə olunan ağırlaşmalar:


Ürək-damar xəstəlikləri. Miokard infarktı, iri damarların cırılması, ritm pozğunluğu, ürək çatışmazlığına səbəb ola bilər.


Beyin zədələnməsi. Yüksək  qan təzyiqi həmçinin beyin damarlarına zərər verir ki,  və bu da  beyinə qan axınını pozaraq insult ilə nəticələnə bilər. 


Böyrək zədələnməsi. Böyrəklərin funkisyasını pozaraq böyrək çatışmazlığına səbəb ola bilər.


Görmə problemləri. Torlu qişaya qan sızmaya, korluğa səbə ola bilər


Anevrizma. Bu xəstəliyin qan damarlarının divarlarını zəiflədə bilməsi anevrizma riskini artırır, qan damarlarında balon kimi qabarıqlıqlar yaranır və həyati təhlükəsi olan qanaxma ilə nəticələnə bilir.


Sağlam qidalanma, müntəzəm fiziki fəaliyyətlə məşğul olmaq, stressi idarə etmək, tütün və həddindən artıq spirt qəbulundan qaçınmaq kimi həyat tərzi dəyişiklikləri qan təzyiqini normada saxlamağa və bu kimi ağırlaşmaların qarşısını almağa kömək edə bilər


Hipertoniya xəstəliyinin diaqnozu necə qoyulur?


Diaqnoz həkim tərəfindən bir neçə dəfə ayrı ayrı vaxtlarda təzyiq ölçülüb,  yüksək rəqəmlər alınmasına əsasən qoyulur.

Ölçülən rəqəmlərə əsasən  hipertoniyanın mərhələsi təyin olunur. 


Optimal  <120 və <80

Normal 120-129 və/ya 80-84

Yüksək normal 130-139 və/ya 85-89

I mərhələ –  140-159 və/ya 90-99

II – mərhələ 160-179 və/ya 100-109

III - mərhələ  ≥180 və/ya ≥110

Təcrid olunmuş sistolik hipertenziya ≥140 və <90


Diaqnozun təsdiqlənməsi. Bir dəfə yüksək təzyiq göstəricisi sizin yüksək arterial təzyiqiniz olduğunu bildirmir.  Diaqnozun qoyulması müxtəlif labarator və instrumental müayinələr aprıla bilər.


Butün bunları nəzərə alaraq  bu xəstəliyin müalicəsini  orqanizmə zərər vermədən inteqrativ tibblə aparmaq mümkündür. Arterial  təzyiqi kontrol edən mexanizmlər orqanzimdə vəhdət şəklində fəaliyyət göstərir. Müalicə edən zamanda tək bir orqanı müalicə etməklə və yüksək təzyiqi müvvəqəti normaya salmaqla kifayətlənmək yetərli deyil. Kompleks şəkildə yanaşamaq vacibdir.  Bunun üçün xəstəliyin ilkin mərhələsində , orqan zədələnməsi olmadan müalicəyə başalmaq vacibdir. 


Hipertoniyanın intqerativ təbabətdə müalicəsi

İntqerativ təbabətdə xroniki xəstəlik olan hipertoniyanın müalicəsi 3 mərhələdə aparılır.

1. Drenaj -detoksikasiya vasitəsilə  (Nux –vomica, berberis homaccord, hepar compositum, Lymphomiozot) orqanizmdən artıq miqdardakı maye ve toksinlər təmizlənir. 

2. İmmun hormonal sistem bərpa olunur , həmçinin pozulmuş mineral balansı tənzimlənir. 

3. Suis orqan preparatları ilə zədələnmiş orqanın bərpası aparılır.

Yanaşı olaraq Ozonterpiya aparılması ( maddələr müabadiləsi və qan dövranı sürətlənir) , düzgün qidalanma rejiminə riayət etmək ( xüsusən duz qəbulu və mineral balansı), çəki vermək və fiziki aktiv olmaq vacibdir.


Digər məqalələrimizə nəzər yetirin: