Bel və Omba Nahiyəsindəki Ağrının 10 Əsas Səbəbi Hansılardır?

Bel və Omba Nahiyəsindəki Ağrının 10 Əsas Səbəbi Hansılardır?

Bel və omba ağrısı gündəlik həyatımızda tez-tez qarşılaşdığımız və həyat keyfiyyətinə ciddi şəkildə təsir göstərən vəziyyətdir. Bu ağrılar sadə əzələ gərginliyindən tutmuş ciddi oynaq xəstəliklərinə qədər müxtəlif səbəblərdən yarana bilər. Fiziki hərəkətliliyi məhdudlaşdıran bel və omba ağrısı hər yaş qrupundan olan insanlara təsir edən problemlərdəndir.


Omba ağrısı tez-tez yerimək, oturmaq və hətta yatmaq kimi fəaliyyətlər zamanı, bel ağrısı isə uzun müddət oturma və ya ağır yük qaldırma kimi vəziyyətlərdə baş verir. Bu bloqda bel və omba ağrılarının ən çox görülən səbəbləri və bu ağrıları aradan qaldırmağın yolları haqqında danışacağıq. 

Omba ağrısının səbəbləri nələrdir?

Omba ağrısının ən çox görülən səbəbləri bunlardır:

Osteoartrit. Osteoartrit oynaqlarda qığırdaq itkisi nəticəsində inkişaf edən oynaq xəstəliyidir. Ombada osteoartrit ağrı, şişlik və hərəkətin məhdudlaşdırılmasına səbəb ola bilər. Bu vəziyyət adətən yaşlı insanlarda olur və zamanla omba ağrısı daha da artır.

Omba bursit. Bursit, oynaqlarımızda sürtünməni azaldan maye ilə dolu kiçik kisələrin (bursa) iltihabıdır. Omba bursitləri adətən omba oynağının ətrafındakı bursalarda meydana gəlir və şiddətli ağrıya səbəb ola bilir. Uzun müddət oturma və ya həddindən artıq fiziki fəaliyyət bursitis daha da qızıqlandıraraq ombadakı ağrını artırır. 


Omba sınığı. Omba sınıqları adətən yıxılan zaman olur. Sınıqlar ombada şiddətli ağrıya və hərəkətin məhdudlaşdırılmasına səbəb olur. 

Osteoporoz kimi sümük sıxlığının azalmasına səbəb olan şərtlər omba sınığı riskini artırır.

Labrum yırtıqları. Ombanı əhatə edən qığırdaq halqası (labrum) müxtəlif səbəblərdən yırtıla bilər. Bu yırtıqlar xüsusilə idmançılarda və fiziki cəhətdən aktiv insanlarda olur. Labrum yırtığı omba ağrısı, ombada klik səsləri və oynaqda tıxanma hissi kimi simptomlara səbəb ola bilər.

Tendonit. Tendonit tendonların iltihabıdır və omba ətrafındakı vətərlərdə baş verə bilər. Xüsusilə omba fleksör tendonları həddindən artıq istifadə və ya zədə səbəbindən iltihablana bilər. Tendonit, ombada hərəkətlə artan ağrı və həssaslıq ilə xarakterizə olunur.

Piriformis sindromu. Piriformis əzələsi siyatik sinirə təzyiq göstərərək omba və ayaqda ağrıya səbəb olur. Bu vəziyyət piriformis sindromu kimi tanınır və adətən uzun müddət oturmaq və ya həddindən artıq fiziki fəaliyyət səbəbindən yaranır.

İnfeksiyalar və iltihablı vəziyyətlər. Omba oynağının və ya ətraf toxumaların infeksiyaları və iltihabi xəstəlikləri (məsələn, romatoid artrit) omba ağrısına səbəb ola bilər. Bu vəziyyətdə ağrı qızdırma, şişlik və qızartı kimi simptomlarla birlikdə olur.

Əzələ və birləşdirici toxuma zədələri. Omba ətrafındakı əzələ və bağ toxumalarının zədələnməsi ağrılara səbəbdir.  Bu cür xəsarətlər qəfil hərəkətlər və ya həddindən artıq gərginlik nəticəsində baş verir.

Omba ağrısının səbəbləri olduqca müxtəlifdir və müalicə olunması üçün hansı səbəbdan olduğunu bilmək önəmlidir. Ona görə ağrıların daha da şiddətlənməməsi və əsas səbəbin müəyyənləşdirilib müalicə olunması üçün həkimə müraciət etmək məsləhətdir. 

Bel ağrısının səbəbləri nələrdir?

Bel ağrıları müxtəlif səbəblərdən yarana bilər, o cümlədən aşağıdakı səbəblərdən dolayı yarana bilər:


Əzələ gərginliyi. Əzələ gərginliyi arxa əzələlərin həddindən artıq gərginliyi və ya uzanması nəticəsində baş verir. Adətən ağır yük qaldırma, ani hərəkətlər və ya yanlış duruş nəticəsində baş verən bu vəziyyət bel ağrısının əsas səbəblərindəndir. 


Disk yırtığı. Disk yırtığı fəqərələr arasındakı disklərin sürüşməsi və ya yırtılması zamanı baş verir. Bu vəziyyət sinir köklərinə təzyiq göstərərək, bel və ayaqlara yayılan ağrıya səbəb ola bilər. Disk yırtığı adətən ani hərəkət və ya ağır yük qaldırma nəticəsində baş verir.


Artrit. Artrit onurğada oynaqların iltihabıdır. Osteoartrit, romatoid artrit və ankilozan spondilit kimi artrit növləri bel ağrısına səbəb ola bilər. 

Eyni zamanda artrit oynaqlarda da sərtlik, şişlik və ağrıya səbəb olur.


Siyatik. Siyatik, siyatik sinirin sıxılması nəticəsində yaranan tibbi vəziyyətdir. Bu zaman ağrı adətən bel nahiyəsindən başlayır və bütün omba və ayaqlara yayılaraq irəliləyir. Siyatik disk yırtığı, onurğanın daralması (onurğanın stenozu) və ya əzələ spazmları səbəbindən baş verir.


Fibromiyalji. Fibromiyalji geniş yayılmış dayaq-hərəkət ağrıları və həssaslığı ilə xarakterizə olunan xroniki ağrı sindromudur. Bel ağrısı da fibromiyaljinin ümumi simptomlarından biridir. Bu vəziyyət zamanı bel ağrısı ilə birlikdə yorğunluq, yuxu problemləri və depressiya da olur.


Onurğanın nizamsızlıqları. Skolyoz, kifoz və ya lordoz kimi onurğa əyrilikləri bel ağrısına səbəb ola bilər. 

Bu vəziyyətlər onurğanın anormal əyilmələri nəticəsində baş verir və ağrı, zəif duruş və məhdud hərəkətə səbəb olur.


Osteoporoz. Osteoporoz sümük sıxlığının azalması nəticəsində sümüklərin zəifləməsi və kövrəkləşməsidir. Onurğada sümüklərin zəifləməsi onurğanın sınıqlarına və bel ağrılarına səbəb amildir.


İnfeksiyalar və şişlər. Onurğa infeksiyaları (məsələn, spinal osteomielit) və şişlər bel ağrısının nadir səbəblərindəndir. 

Bu şərtlər müalicə tələb edən ciddi sağlamlıq problemləridir və həkim nəzarətində müalicəsi mütləqdir.


Stres və psixoloji faktorlar. Stres, narahatlıq və depressiya kimi psixoloji faktorlar arxa əzələlərdə gərginlik və ağrıya səbəb ola bilər. 

Bu səbəbdən də stres idarə üsulları bel ağrısını aradan qaldırmaqda da təsirlidir.


Yanlış duruş və erqonomik problemlər. Uzun müddət oturmaq, pis duruş vərdişləri və qeyri-erqonomik iş şəraiti bel ağrısının əsas səbəblərindəndir. 


Bel ağrısının səbəbləri olduqca müxtəlifdir və düzgün müalicə üçün səbəbin müəyyənləşdirilməsi önəmlidir. 

Omba sinir ağrısı nə üçün yaranır?

Omba sinir ağrısı sinirlərin sıxılması, onurğa problemləri və ya uzun müddət hərəkətsiz qalmaq nəticəsində meydana çıxır. Omba sinir ağrısı bəzi hallarda yalnız omba nahiyəsində hiss edilsə də, ağrı ayaqlara qədər yayıla və gündəlik həyat keyfiyyətini azalda bilər.

Omba sinir ağrısı yaşayan şəxslərdə keyimə, iynələnmə hissi və hərəkət zamanı narahatlıq müşahidə edilə bilər. Xüsusilə bel yırtığı və ya sinir köklərinə təzyiq yaradan problemlər bu ağrının əsas səbəbləri arasında yer alır. Omba sinir ağrısı müalicəsi üçün səbəbin düzgün müəyyən edilməsi vacibdir.

Bel və omba ağrısının simptomları nələrdir?

Bel və omba ağrısı bədənin müxtəlif hissələrində olsalar da, ümumi simptomlara sahibdirlər. Bu ümumi simptomlara aşağıdakılar daxildir:

  • Lokallaşdırılmış ağrı

  • Toxunma həssaslığı

  • Məhdud hərəkət

  • Sərtlik (xüsusilə səhərlər)

  • Şişkinlik

  • İltihab (ağrı, qızartı, lokallaşdırılmış istilik)

  • Radiasiya edən ağrı (bel, omba və ayaqlara)

  • Siyatik (yanma, qızıqlanma, uyuşma)

  • Əzələ zəifliyi

  • Balans itkisi

  • Sinir sıxılması

  • Sinir qıcıqlanması

  • Uzunmüddətli ağrı

  • Davamlı və ya təkrarlanan ağrı

Omba sinir agrisi elametleri və səbəbləri düzgün dəyərləndirmək, müalicə üçün vacibdir.

Beldə sinir sıxılması və onun əlamətləri

Beldə sinir sıxılması ağrı, keyimə və əzələ zəifliyi kimi əlamətlərlə ortaya çıxa bilər. Beldə sinir sıxılması həm gənclərdə, həm də yaşlı insanlarda müşahidə oluna bilər.

Beldə sinir sıxılması nəticəsində yaranan ağrı yalnız bel nahiyəsi ilə məhdudlaşmır. Bir çox hallarda ağrı ombaya, bud nahiyəsinə və ayaqlara doğru yayıla bilər. Erkən mərhələdə aşkar olunan beldə sinir sıxılması daha effektiv şəkildə müalicə edilə bilər.

Omba sümüyü problemləri ağrıya səbəb ola bilərmi?

Omba sümüyü bədənin ən vacib dayaq strukturlarından biridir və burada yaranan problemlər həm omba, həm də bel nahiyəsində ağrılara səbəb ola bilər. Yaş artdıqca omba sümüyü və omba oynağında aşınmalar yarana bilər ki, bu da hərəkət zamanı ağrının meydana çıxmasına gətirib çıxarır.

Bəzi insanlarda omba sümüyü ilə bağlı problemlər pilləkən qalxarkən, yeriyərkən və ya uzun müddət oturduqdan sonra daha qabarıq hiss olunur. Omba sümüyü nahiyəsində davamlı ağrı müşahidə edilirsə, problemin mənbəyini müəyyən etmək üçün tibbi müayinə tövsiyə olunur.

Bel və omba ağrısının diaqnozu necə qoyulur?

Bel və omba ağrısı tibbi anamnez, fiziki müayinə və diaqnostik testlərin birləşməsi ilə diaqnoz edilir. Diaqnoz prosesinə bunlar daxildir:


Tibb anamnez. Həkim ağrının təbiəti, müddəti və intensivliyi barədə və əvvəlki xəstəliklər, əməliyyatlar əs,as sağlamlıq vəziyyəti haqqında məlumat alır.


Fiziki müayinə. Pasiyentin duruşu, yerişi və hər hansı görünən narahatlıq əlamətlərini müşahidə etmək üçün fiziki müayinə aparılır. 

Həmçinin palpasiya üsulu ilə ağrı olan hissədə şişkinlik, əzələ spazmları və ya dəridə ləkələrin olub-olmaması yoxlanılır. Fiziki müayinə zamanı bel və ombanın elastikliyi də qiymətləndirilir.


Diaqnostik testlər. Diaqnozu dəqiqləşdirmək üçün edilən testlərə daxildir;

  • X-şüaları. Bel və ombadakı sümük anormallıqlarını, sınıqları və ya artritləri yoxlamaq üçün edilən görüntülümə testidir.

  • MRT və ya CT Skanları. Əzələlər, bağlar və disklər kimi yumşaq toxumalarla bağlı problemləri müəyyən etmək üçün edilən ətraflı təsvirlərdir.

  • Sümük skanları. Sümük xəstəliklərini və ya sınıqlarını aşkar etmək üçün istifadə olunur.

  • Elektromiyoqrafiya (EMG). Sinir sıxılması və ya zədələnməsini diaqnoz etmək üçün əzələlərin elektrik fəaliyyətini ölçür.

Laboratoriya testləri. Ağrıya səbəb ola biləcək infeksiyaları və ya iltihablı vəziyyəti müəyyənləşdirmək üçün qan testləri təyin oluna bilər. 


İxtisaslaşdırılmış testlər. Təsirə məruz qalan ərazidə sinirlərin funksiyasını qiymətləndirmək üçün testlər və oynaq infeksiyası və ya gut xəstəliyi, yəni podaqra şübhəsi hallarında birgə maye analizi aparılır.


Ağrının şiddəti və müddətindən aslı olaraq bu diaqnoz üsullarından istifadə etməklə həkim pasiyenti müayinə edir və bunun əsasında müalicə planı hazırlanır.

Sol tərəfdə bel ağrısı hansı səbəblərdən yaranır?

Sol tərəfdə bel ağrısı əzələ gərginliyi, yanlış hərəkətlər, ağır yük qaldırılması və onurğa problemləri səbəblərindən yaranır. Bəzi hallarda sol tərəfdə bel ağrısı uzun müddət oturaq vəziyyətdə işləyən insanlarda daha çox müşahidə olunur və gündəlik fəaliyyətlərə mənfi təsir göstərə bilər.

Bununla yanaşı, sol tərəfdə bel ağrısı yalnız dayaq-hərəkət sistemi ilə bağlı olmaya bilər. Bəzi hallarda böyrək problemləri, daxili orqanlarla əlaqəli xəstəliklər və ya sinir sıxılması da ağrının sol tərəfdə hiss edilməsinə səbəb ola bilər. Sol tərəfdə bel ağrısı uzun müddət davam etdikdə və ya digər simptomlarla müşayiət olunduqda mütəxəssis müayinəsi vacibdir.

Sağ tərəfdə bel ağrısı niyə yaranır?

Sağ tərəfdə bel ağrısı adətən əzələlərin həddindən artıq yüklənməsi, idman zamanı zədələnmələr və ya uzun müddət eyni vəziyyətdə qalmaq nəticəsində yaranır. Sağ tərəfdə bel ağrısı xüsusilə fiziki işlə məşğul olan insanlarda daha çox müşahidə edilə bilər.

Bəzi hallarda sağ tərəfdə bel ağrısı onurğa sütunundakı dəyişikliklər, disk problemləri və ya beldə sinir sıxılması ilə əlaqəli olur. Ağrı omba və ayaq nahiyəsinə yayılırsa, bu vəziyyət sinirlərin təsirləndiyini göstərə bilər. Sağ tərəfdə bel ağrısı tez-tez təkrarlanırsa və ya hərəkət məhdudiyyəti yaradırsa, səbəbin müəyyən edilməsi üçün həkimə müraciət etmək tövsiyə olunur.

Bel və omba ağrısının müalicəsi necədir?

Bel və omba ağrıları, altında yatan səbəbdən asılı olaraq müxtəlif üsullarla müalicə edilə bilər. Bu ağrıların müalicəsi xəstənin yaşından, ağrının şiddətindən aslı olaraq dəyişsə də, ümumi yanaşma belədir. 


Dərmanlar. Həkim ağrını və ya ağrıya səbəb olan iltihabı azaltmaq üçün dərmanlar yaza bilər. Eyni zamanda əzələ rahatlaşdırıcı gellər də əzələ spazmlarını və narahatlığı aradan qaldırmaq üçün təyin edilir.


Fiziki müalicə. Bura bel və və omba əzələlərini gücləndirmək və elastikliyi artırmaq üçün xüsusi məşqlər daxildir. Bu məşqləri edən zaman həkimlə məsləhətləşmək və həkim məsləhətindən əlavə hərəkət etməmək lazımdır. Həmçinin trapevt tərəfindən manual terapiya ilə də müalicə aparıla bilər. 


Həyat tərzi dəyişiklikləri. Bel və omba üzərindəki təzyiqi azaltmaq üçün artıq çəkinin azaldılması vacibdir. Bu, əzələlərdəki gərginliyin qarşısını almaq və ağrıları azaltmaq üçün düzgün duruşda durmaq, beli bükməmək də lazımdır.


Cərrahi müalicə. Digər müalicələrin təsirli olmadığı ağır hallarda cərrahiyyə üsulu ilə nəzərə alınır.


Evdə müalicə üsulları. Ağrı və şişkinliyi azaltmaq üçün istilik və ya soyuğu bel və ya ombaya bağlamaq olar. Eyni zamanda ağrı olan yerdəki gərginliyi azaltmaq üçün istirahət etmək effektli üsullardan hesab edilir.


İnteqrativ müalicə üsulları. İnteqrativ müalicə üsulları içərisində yer alan homeosiniatriya, biopunktura, neuralterapiya, bel və omba ağrılarını azaltmaq üçün akapunktur və şiroterapi baxım üsullarından istifadə etmək effektiv nəticə verir. 


Qeyd edək ki, müalicə yanaşmaları bel və omba ağrısının səbəbindən aslı olaraq dəyişir. Ona görə də düzgün müalicə üçün həkim müayinəsində olmaq lazımdır. Həkim hərtərəfli müayinə edərək ağrıları və ağrıları yaradan səbəbi aradan qaldıracaq.