Bağırsaq (Kolon) Xərçəngi Nədir? Bağırsaq Xərçəngi Əməliyyatla Sağalır?
Bağırsaq xərçəngi həzm sisteminin son hissəsi olan yoğun bağırsaqda (kolon) başlayaraq yayılan xərçəng növüdür. Kolon xərçəngi olaraq da bilinən bu xəstəlik hüceyrələr nəzarətsiz şəkildə çoxaldıqda baş verir və adətən polip adlanan kiçik, xoşxassəli hüceyrə böyümələri ilə başlayır. Belə ki, müalicə olunmayan xoşxassəli poliplər zamanla böyüyərək xərçəngə çevrilir.Bu xəstəliyin simptomları ilkin mərhələdə hiss olunmur. Lakin təsadüfü müayinə testləri zamanı ilkin mərhələdə bədxassəli şiş olduğunu bilmək mümkündür. Bu həm də müntəzəm yoxlanılmaların əhəmiyyətini göstərir.
Son illərdə tibbin inkişaf etməsilə xərçəngin müalicəsində də yeniliklər tətbiq olunmağa başlayıb. Həm ənənəvi, həm də inteqrativ tibb üsulları ilə kolon xərçəngini nəzarətdə saxlamaq mümkündür.
Bağırsaq xərçənginin yaranma səbəbi nədir?
Yoğun bağırsaq xərçənginin dəqiq səbəbi dəqiq bilinməsə də, bu xəstəliyin yaranmasında bəzi amillərin mühüm rol oynadığı məlumdur. Əvvəla, genetik faktorlar bu halın yaranmasının əsas səbəblərindəndir. Yəni ailəsində kolon xərçəngi olan insanlar bu xəstəliyin inkişaf riski daha yüksəkdir. Genetik sindromlar, xüsusən də ailəvi adenomatoz polipoz (FAP) və irsi polipozis olmayan kolorektal xərçəng (HNPCC) kolon xərçəngi riskini artıran mühüm genetik faktorlardandır.Bundan əlavə, pis həyat tərzi də bu xərçəngin inkişafında mühüm rol oynayır. Az lifli, çox yağlı və işlənmiş qidalar yemək, qırmızı ətdən çox istifadə kimi vərdişlər xərçəng riskini artırır. Eyni zamanda fiziki fəaliyyətin olmaması, artıq çəki və piylənmə də bu riski artıran digər amillərdəndir.
Xroniki iltihabla əlaqəli iltihablı bağırsaq xəstəlikləri də kolon xərçəngi riskini artıran daha bir səbəbdir. Uzun müddətli iltihaba səbəb olan xəstəliklər, xüsusilə Kron xəstəliyi və xoralı kolit, xərçəngin inkişafına təsir edir.
Yaş faktorunu da gözardı etmək olmaz. Hər yaşdan olan insanların xərçəngə yoluxma ehtimalı olsa da, 50 yaşdan yuxarı insanlarda kolon xərçəngi riski əhəmiyyətli dərəcədə çox və bu risk yaşla daha da artır.
Bundan əlavə, 2-ci tip diabetli insanların bağırsaqlarında bədxassəli şiş yaranma ehtimalı var. Habelə siqaret çəkmək və həddindən artıq spirt istehlakı da bu vəziyyətin inkişafına mənfi təsir edən amillər arasındadır.
Qeyd etdiyimiz amillər kolon xərçəngi riskini artırsa da, bu, onlara sahib olan hər kəsin bu xəstəliyə tutulacağı anlamına gəlmir.
Bağırsaq xərçənginin simptomları nələrdir?
Bu xəstəliyin erkən mərhələlərində aşkar simptomlar hiss olunmur. Ancaq xərçəng inkişaf etdikcə bəzi ümumi simptomlar üzə çıxır.Xəstəliyin şiddətindən asılı olaraq simptomlar dəyişsə də, ən çox görülən ümumi əlamətlər bunlardır:
Bağırsaq vərdişlərində dəyişikliklər. Uzun müddətli qəbizlik, ishal və ya nəcisin tutarlılığında dəyişikliklər kimi bağırsaq pozğunluqları.
Nəcisdə qan. Nəcisdə parlaq qırmızı və ya tünd qan bağırsaq xərçənginin ən geniş yayılan əlamətlərindən biridir. Bu qanaxma bəzən gözlə görünmür, lakin gizli qan testləri ilə müəyyən edilir.
Qarın ağrısı və kramp. Bu hal qarında daimi ağrı, kramp və ya narahatlıq ilə özünü göstərir.
Ani və səbəbi bilinməyən arıqlama. Heç bir pəhriz və idman etmədən qısa müddətdə çəki atmaq xərçəngin əsas əlamətlərindəndir.
Yorğunluq və zəiflik. Bağırsaqda olan bədxassəli şiş bədəndəki dəmir səviyyəsini aşağı salır ki, bu da anemiyaya səbəbdir. Anemiya zamanı isə xəstə daim yorğun hiss edir və çox zəif olur.
Bağırsaqların natamam boşalma hissi. Tualetə getdikdən sonra bağırsaqların natamam boşalma hissi bu vəziyyətin ümumi simptomudur.
Nəcisin diametrinin daralması. Bağırsaqdakı şişlər nəcisin nazikləşməsinə səbəb olur.
Bu simptomlardan biri və ya bir neçəsi bağırsaq xərçənginin mövcudluğunu göstəricisi olsa da, onlar həm də digər sağlamlıq problemlərinin əlamətidir.
Ona görə də simptomlar ortaya çıxdığı an həkimə müraciət etmək və lazımi müayinələrdən keçmək əsas səbəbi müəyyənləşdirmək üçün çox vacibdir.
Bağırsaq xərçənginin müalicəsində hansı üsullardan istifadə olunur?
Kolon xərçənginin müalicə üsulları xərçəngin mərhələsindən, xəstənin ümumi sağlamlıq vəziyyətindən və şişin yerindən asılı olaraq dəyişir. Ümumi olaraq müalicə variantları dörd əsas formada olur:- cərrahi müdaxilə
- kimyaterapiya
- radioterapiya
- məqsədyönlü müalicələr
Bundan əlavə, əgər pasientdə xərçəngin yayılması riski varsa, limfa düyünləri də çıxarılacaq ki, bu ehtimal aradan qalsın.
Kimyaterapiya. Kimyaterapiya cərrahi müdaxilədən sonra və ya əməliyyat üçün uyğun olmayan xəstələrə təyin olunur. Bu üsul xərçəng hüceyrələrini məhv etmək üçün istifadə edilən dərmanlarla müalicə üsuludur. Kimyaterapiya xərçəngin təkrarlanmasının, yayılmasının qarşısını almaq və ya şişi kiçiltmək üçün tətbiq edilir.
Radioterapiya (Şüa terapiyası). Radioterapiya xərçəng hüceyrələrini məhv etmək üçün yüksək enerjili şüalardan istifadə edilən müalicə üsuludur.
Bu üsuldan adətən bağırsaq xərçəngi düz bağırsağa yaxın olduqda və ya xərçəngi əməliyyatla tamamilə aradan qaldırmaq mümkün olmadıqda həyata keçirir. Eyni zamanda əməliyyatdan əvvəl şişin ölçüsünü azaltmaq üçün də radioterapiya təyin edirik.
Məqsədli müalicələr. Məqsədli terapiya birbaşa xərçəng hüceyrələrini hədəf alan və son illərdə ən effektiv müalicə üsullarındandır. Bu müalicə xərçəng hüceyrələrinin böyüməsini və yayılmasını təmin edən xüsusi zülalları və ya genləri hədəf alaraq onları məhv edir. Monoklonal antikorlar və angiogenez inhibitorları bu müalicə qrupunun nümunələridir.
İmmunoterapiya. İmmunoterapiya immun sistemini gücləndirərək xərçənglə mübarizə aparan müalicə üsuludur. Bu üsulu xüsusilə müəyyən genetik dəyişiklikləri olan xəstələrdəki bədxassəli şişi müalicə etmək üçün istifadə edirik.
İmmunoterapiya immunitet sisteminə xərçəng hüceyrələrini tanımağa və məhv etməyə imkan yaradaraq bədəni xərçəngdən təmizləyir.
Bağırsaq xərçənginin müalicəsində ən yaxşı nəticələr adətən müxtəlif müalicə üsullarının kombinasiyası ilə əldə edilir. Müalicə planı xüsusi olaraq xəstə üçün hazırlanır və multidisiplinar yanaşma ilə həyata keçirilir.
İnteqrativ tibb ilə bağırsaq xərçəngi necə müalicə edilir?
İnteqrativ tibb bağırsaq xərçənginin müalicəsində ənənəvi üsullarla yanaşı dəstəkləyici rol oynayır. Bu üsullar xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmağa, müalicəyə uyğunlaşmağa və yan təsirləri azaltmağa kömək etsə də, onları həkimlə məsləhətləşmədən tətbiq etmək məsləhət deyil. Həkim ətraflı müayinədən sonra hər bir fərd üçün hansı inteqrativ təbabətin faydalı olduğunu müəyyənləşdirib ona uyğun müalicə planı təyin edir.Müalicə dövründə tətbiq etdiyimiz inteqrativ təbabət üsullarına daxildir:
Qidalanma. Kolon xərçənginin müalicəsində qidalanma böyük əhəmiyyət kəsb edir. İnteqrativ müalicə yanaşması ilə xəstənin ehtiyaclarına əsaslanaraq uyğunlaşdırılmış qidalanma planının yaratmaqla onun sağalmasına müsbət təsir etmək mümkündür.
Bura iltihab əleyhinə qidalar, yüksək lifli qidalar və təzə tərəvəz və meyvələrin qəbulu ilə bağırsağı möhkəmləndirmək daxildir.
Bunlarla bərabər şəkərli, işlənmiş qidalardan və qırmızı ətin həddindən artıq qəbulundan imtina etmək, tərkibində omeqa-3 yağ turşuları, antioksidanlar və vitaminlər (xüsusilə D vitamini) olan qidalara üstünlük vermək tövsiyə olunur.
Bitki mənşəli müalicələr. Bəzi bitki mənşəli müalicələr var ki, onları həkim nəzarəti altında xərçəng müalicəsində istifadə etmək olar. Çünki onlardakı iltihab əleyhinə və antioksidant xüsusiyyətlər xərçəng hüceyrələrinin böyüməsini maneə törədərək yayılmasının qarşısını alır.
Akupunktur. Akupunktur, xərçəng müalicəsi zamanı yaşanan ağrı, ürəkbulanma, yorğunluq və kemoterapinin yan təsirlərini aradan qaldırmağa kömək edən ən yaxşı üsuldur.
İmmunitet sistemini gücləndirmək və stresi azaltmaq üçün akupunktur inteqrativ müalicə üsulları arasında geniş istifadə olunur.
Masaj terapiyası. Masaj terapiyasından xərçəng müalicəsi zamanı yaşanan ağrı, stres və əzələ gərginliyini azaltmaq üçün istifadə olunur. Masajın rahatlaşdırıcı təsiri xəstələrin stresin öhdəsindən gəlməsini asanlaşdırmaqla bərabər kimyaterapiya və radioterapiyadan sonra baş verə biləcək yan təsirlərin idarə olunmasına da kömək edir.
İmmuniteti dəstəkləyən əlavələr. Bəzi xəstələrə ehtiyac olarsa, immun sistemini dəstəkləmək üçün probiyotiklər, C vitamini, D vitamini və selenium kimi əlavələr təyin edirik.
Bu əlavələr bədənin xərçənglə mübarizə qabiliyyətini artırır və kimyaterapiyanın yan təsirlərini yüngülləşdirir.
Qeyd edək ki, bu cür əlavələrin həkimin nəzarəti olmadan qəbul etmək olmaz.
Aromaterapiya və efir yağları. Aromaterapiya xüsusi bitkilərdən əldə edilən efir yağlarının istifadəsi ilə xəstənin rahatlamasını və stresinin azaldılmasına təmin edir. Lavanda, çobanyastığı və nanə kimi yağlar stres idarə etmək və xəstəlik səbəbilə pozulan yuxu rejimi normallaşdırmaq üçün istifadə olunur. Həmçinin bu üsul xərçəng müalicəsinin yan təsirlərini azaltmağa da kömək edir.
Bağırsaq Xərçəngi ilə Bağlı Çox Soruşulan Suallar
Bağırsaq xərçəngi nədir və bagirsaq xercengi necə inkişaf edir?
Bagirsaq xercengi, yoğun bağırsağın daxili divarında nəzarətsiz şəkildə çoxalan hüceyrələr nəticəsində yaranır. Əksər hallarda bu vəziyyət polip adlanan xoşxassəli strukturların xərçəngə çevrilməsi ilə başlayır. Vaxtında diaqnoz qoyulmazsa, xəstəlik irəliləyərək digər orqanlara yayıla bilər.
Bağırsaq xərçənginin əlamətləri hansılardır?
Bağırsaq xərçənginin əlamətləri arasında bağırsaq vərdişlərində uzunmüddətli dəyişiklik, nəcisdə qan, qarın ağrısı və ani arıqlama kimi əlamətlər yer alır. Bu simptomlar xərçəng irəlilədikcə daha da aydın şəkildə özünü göstərir.
Bagirsaq xercengi elametleri erkən mərhələdə necə hiss olunur?
Bagirsaq xercengi elametleri erkən mərhələdə çox vaxt hiss olunmur. Ancaq zamanla qəbizlik, ishal, qanlı nəcis və halsızlıq kimi simptomlar müşahidə oluna bilər. Bu səbəbdən, risk daşıyan şəxslərin müntəzəm müayinələrdən keçməsi tövsiyə olunur.
Düz bağırsaq xərçənginin əlamətləri nə ilə fərqlənir?
Düz bağırsaq xərçənginin əlamətləri arasında nəcisdə qan, defekasiya zamanı ağrı və bağırsaqların natamam boşalma hissi xüsusi olaraq ön plana çıxır. Düz bağırsaq bölgəsinə yaxın yerləşdiyi üçün bu simptomlar daha erkən aşkar edilə bilər.
Yoğun bağırsaq xərçəngi necə inkişaf edir və hansı risk faktorları var?
Yoğun bağırsaq xərçəngi poliplərin xərçəngə çevrilməsi ilə tədricən inkişaf edir. Genetik meyillilik, az lifli qidalanma, fiziki passivlik və xroniki iltihab yoğun bağırsaq xərçənginin əsas risk faktorlarındandır.
Yogun bagirsaq xercenginin elametleri nələrdir?
Yogun bagirsaq xercenginin elametleri arasında qarında ağrı, nəcisin formasında dəyişiklik, qanaxma, arıqlama və daimi yorğunluq müşahidə olunur. Bu əlamətlər xərçəngin mərhələsinə görə dəyişə bilər.
Mədə bağırsaq xərçənginin əlamətləri nə ola bilər?
Mədə bağırsaq xərçənginin əlamətləri mədədə diskomfort, həzm pozğunluğu, iştahsızlıq və çəki itkisi şəklində ortaya çıxa bilər. Bu simptomlar bağırsaqla yanaşı mədə nahiyəsində də şişin inkişaf etdiyini göstərə bilər.
12 barmaq bagirsaq xercengi necə aşkar edilir?
12 barmaq bagirsaq xercengi adətən endoskopik müayinələrlə müəyyən edilir. Bu bölgədə yaranan xərçənglər ilkin mərhələdə özünü spesifik əlamətlərlə göstərmədiyi üçün diaqnostika prosesində görüntüləmə metodları vacib rol oynayır.
Yoğun bağırsaqda şiş aşkarlandıqda nə etmək lazımdır?
Yoğun bağırsaqda şiş müşahidə edilərsə, ən qısa zamanda biopsiya və əlavə müayinələrlə şişin xassəsi müəyyən olunmalıdır. Həkimlər bu nəticələr əsasında əməliyyat, kimyaterapiya və ya digər müalicə protokollarını tətbiq edirlər.